Musa Qasımlı: “Səfər dövlətimizin nüfuzunu artıracaq”

"Cənab Prezidentimiz İlham Əliyevin İslam Əməkdaşlıq  Təşkilatının İstanbulda keçirləcək 13-cü zirvə toplantısında iştirak etməsinin, söyləyəcəyi nitqin, keçirəcəyi ikitərəfli görüşlərin ölkəmizin maraqları baxımından böyük əhəmiyyəti olacaq". Bunu SİA-ya professor, millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə, bu səfər dövlətimizin  nüfuzunu artıracaq və beynəlxalq mövqelərini möhkəmləndirəcək: "Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələrini aradan qaldırmağa yönəldilən hər hansı sənədin qəbul edilməsi irəliyə doğru atılan bir addım olacaq".

Qeyd edək ki, Prezident İlham Əliyev 14-15 aprel  tarixlərində Türkiyəyə səfər edəcək. Prezident orada İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31