Ermənilərin Azərbaycana uzanan gizli əli: PİN-çilər
13 Aprel 2016 13:01 Siyasət"1988-ci ildə Ermənistanın Spitak rayonunda dəhşətli zəlzələ olanda Çexiyada (o zaman ölkənin adı başqa idi) bir qrup tələbə təşəbbüs göstərərək, möhtac olan insanlara yardım aksiyası keçirdilər. Əlbəttə, tələbələrin bu təşəbbüsü alqışa layiq idi. Çətin şəraitə düşən, fəlakətə düçar olan insanlara yardım etmək müqəddəs işdir. Sonradan bu təşəbbüs əsasında adı "möhtac insanlar" (ehtiyac içində olan insanlar) kimi məna verən People in Need (PİN) adlı humanitar təşkilat yaradıldı. Lakin tezliklə bu təşkilat iç üzünü ortaya qoydu". Bunu deyən Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, 1992-ci ildə beynəlxalq humanitar hüququn prinsiplərini kobud surətdə pozaraq, Xankəndində döyüş əməliyyatlarında yaralanan erməni döyüşçülərini müalicə etmək üçün qospital yaratdı. Beynəlxalq humanitar hüququn prinsiplərinə görə, döyüşlər zamanı yaralananlara, əsir düşənlərə münasibətdə humanitar yardım göstərən tərəf neytral və qərəzsiz olmalıdır. Onlar üçün işğalçı və müdafiə olunan anlayışı olmamalıdır. Döyüşlərdə bədbəxtliyə düçar olan (yaralanan, əsir düşən və s.) şəxslərə eyni münasibət göstərilməlidir. Beynəlxalq humanitar hüququn banisi Henri Dünant hesab edirdi ki, döyüşlərdə bədbəxtliyə düçar olanlar hamısı qardaşdır. Onlara fərq qoymadan yardım edilməlidir: "Lakin PİN-in "humanizmi" ancaq ermənilərə münasibətdə özünü göstərirdi. Əslində yardım hər iki tərəfə göstərilməli idi. O vaxt yaralanaraq əsir düşən Azərbaycanlıları (hərbiçi və ya mülki şəxsləri) PİN öz qospitalına qətiyyən qəbul etmirdi. Lakin sonradan bu bədnam "humanitar" təşkilatın adı daha dəhşətli məsələlərdə hallandı. Girov götürülən azərbaycanlı əsir uşaqların orqanlarının çıxarılması və satılmasında, ermənilərlə birgə orqan transplantasiyası alverini quran bir qurum sonradan tarixinin bu şərəfsiz hissəsini gizlətməyə nail oldu. Təəssüf ki, bizm hüquq-mühafizə orqanları da bu işin ardınca getmədi. Sonradan həmin qospital vasitəsi ilə bu təşkilat azərbaycanlı əsir və girovların, xüsusən də uşaqların orqanlarının ticarətini təşkil etmişdir. Bu təşkilat Azərbaycan xalqına qarşı törədilən insanlıq əleyhinə cinayətlərin iştirakçısıdır. Belə təşkilatın Azərbaycanda insan hüquqlarının vəziyyətindən narahat olması sadəcə sinizimdir". PİN tərəfindən beynəlxalq humanitar hüququn prinsiplərinin ciddi şəkildə pozulmasının digər bir nümunəsi, onların hüquq-müdafiə təşkilatı kimi çıxış etməsidir. Kim bir nümunə göstərə bilər ki, Beynəlxalq Qırmızı Xaç, OXFAM və s. humanitar təşkilatlar siyasi məhbus məsələləri ilə bağlı kampaniyalar təşkil etsin? Bəyanatlar versin, ölkələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlasın. PİN-də əslində bu işlə ancaq Azərbaycana münasibətdə fəaldır. Bu təşkilatın antiazərbaycan kampaniyaları sistematik və davamlıdır. Amma onlar heç zaman region ökələri olan Gürcüstan və Ermənistanla bağlı heç bir kampaniya aparmır. Ermənistanda insan hüquqları pozulmur? Heç olmasa yüngülvari bir tənqidini görmüsüz bu təşkilatın Ermənistanla bağlı? Ermənilərlə siz əlaqədə fəaliyyət göstərən PİN müxtəlif layihələr və proqramlar vasitəsilə antiazərbaycan şəbəkəsi qurmağa nail olmuşdur. Bu təşkilat insan hüquqlarının müdafiəsi adı altında müxtəlif kampaniyalar təşkil edir, informasiya vasitələrini yaradır, müxtəlif beynəlxaq tədbirlərdə antiazərbaycan aksiyaları (piketlər, mitinqlər, sərgilər və s.) təşkil edir.
Onun bildirdiyinə görə, PİN öz şəbəkəsinə xeyli azərbaycanlı da cəlb edə bilib. Bu şəxslərin bir qismi elə bu PİN vasitəsilə, saxta sənədlər əsasında Avropada siyasi sığınacaq almışdır. Digər qisim isə ölkədə hüquqmüdafiəçisi və ya jurnalist adı altında fəaliyyət göstərir. PİN öz kampaniyalarında bu "resurslardan" səmərəli istifadə edir. Məsələn, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edərkən Prezidentin AŞPA-dakı çıxışı zamanı "ağıztikmə aksiyası". Bizim Prezidentdən əvvəl orada Sərkisyan da çıxış etmişdi. Sərkisyanı öz ölkəsində və ondan kənarda sevməyən, ona müxalif olan xeyli erməni olmasına baxmayaraq, onun çıxışı zamanı belə aksiya təşkil edilməmişdi. Bəlkə də bu "aksiyanı" da demokratiyanın ayağına yazmaq olardı. Amma niyə "bizimkilər" bunu öz iradələri ilə deyil, erməni sifarişi ilə edirdi?
Avroviziya mahnı müsabiqəsi və Avropa oyunları ərəfəsində başlanmış total anatiazərbaycan kampaniyası zamanı bu şəbəkə xüsusi fəallığı ilə seçilib. Müxtəlif adlar altında təşkil olunan kampaniyalar hamıya bəllidir: "Başqa bir kampaniya. Bakının "Sovetski" adlanan ərazisində söküntü işləri həyata keçirilir. Təbii ki, burada pozuntular da ola bilər, hansısa abidə kimi əhəmiyyət daşıyan binanın qorunmaması ehtimalı da ola bilər. Vətəndaşlar buna etiraz edə bilərlər. Mülkiyyət hüquqlarını müdafiə etmək üçün addımlar atıla bilər. Amma bu yaxınlarda əvvəl erməni KİV-lərində, sonra Avropa və Azərbaycanda məlum şəbəkə kampaniyalara start verdi. Məqsəd doğrudan da bizim abidələri müdafiə etmək idi? Qətiyyən. Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında ermənilər tərəfindən Ermənistanda və işğal altında olan ərazilərdə tarixi, mədəni, hətta təbiət abidələrinin dağıdılması barədə məsələlər qaldırıb. Hər dəfə Azərbaycan bu istiqamətdə fəallaşanda Ermənistan əks tədbirlər görür. Bu zaman da belə oldu. Şəbəkə işə düşdü. Ermənilərin təbliğat maşınının məqsədi bəlli idi. Dünyaya göstərmək ki, azərbaycanlılar nəinki özgə mədəniyyətlərə və abidələrə, hətta öz mədəniyyətinə və abidələrinə sayğı göstərmir. Bu çirkli kampaniyaya qoşulanlardan gözlənti çox olmasa da, fikirləşmək olardı ki, Ermənistanın işğal siyasətinə dəstək kampaniyalarında bu "bizimkilər" iştirak etməz. Son hadisələr bu ümidləri də puç elədi. İnformasiya müharibəsidə erməni tərəfi buradakı və Avropadakı "partizanlarını" döyüşə atdı. Etiraf edək ki, "bizmkilərin" bu döyüşdə iştirakı xeyrimizə deyil. Dezinformasiya "özümüzünkülərin" əli ilə yayılır və daha inandırıcı çıxır. Misal, PİN-çi şəbəkə yazır ki, "iki qotur təpə alınıb, əvəzində bu qədər əsgər həyatını itirib" və s. Bunlar qərəzli deyilsə və erməni sifarişi yerinə yetirmirsə onda cavab versinlər. Erməni hücuma keçibsə nə etmək lazım idi? Başqa variant var idimi? Bəlkə qaçmaq lazım idi? Əlbəttə hətta bir nəfər şəhid varsa, o da çoxdur. Amma nə təklif edirsiz? Erməni hücüma keçib və uduzub. Lap olsun sizlərin dediyi kimi iki təpə. Bu da uduzmaqdır. Bircə gün döyüşdə olan hər kəs yaxşı bilir strateji yüksəklik nə deməkdir. Bəzən belə bir yüksəkliyi ələ keçirmək bütöv bir rayonu azad etməkdən daha əhəmiyyətli ola bilər. İndi ermənilər Azərbaycandakı və azərbaycanlılardan ibarət şəbəkəsi vasitəsi ilə informasiya müharibəsində belə yolla üstünlüyü ələ almaq istəyir. Döyüşdə uduzub informasiya müharibəsində əvəzini çıxmaq istəyir. Onların ən yaxın köməkçiləri isə erməniyə müntəzir olanlardır".
Fakt odur ki, ermənilər xeyli həmvətənimizi öz məqsədlərinə xidmət etməyə yönəldiblər. Avropada yaratdıqları müxtəlif təşkilatlar "bizimkiləri" təsir agenti kimi cəlb edib və bütün antiazərbaycan təşviqatını bu insanların iştirakı ilə təşkil edir. Bu barədə düşünmək lazımdır. Həm də çox ciddi. Amma o şəbəkə üzvlərinə toxunmaq lazım deyil. Başqa yollar tapmaq lazımdır. Həm də nəzərə almalıyıq ki, bu şəbəkə antiazərbaycan qüvvələrinin şəbəkələrindən yalnız biridir. Onu da bilmək lazımdır ki, şəbəkənin üzdə olan nümayəndələri ilə yanaşı, kölgədə qalanları da var. İlana zəhər verən (informasiya laboratoriyası rolunu oynayanlar) qüvvələr daha təhlükəlidir. Onlar bəzən hökumətə münasibətdə loyal mövqe nümayış etdirirlər. Ən təhlükəli də elə onlardır.
Alim