Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyada imzaların sayı 100 mini keçib
13 Aprel 2016 12:20 SiyasətAğ Evin rəsmi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış petisiyada imzaların sayı 100 mini keçib. APA-nın məlumatına görə, "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə" adlı petisiya layihəsində Obama administrasiyasından Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılmasına dəstək tələb edilir. Petisiya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31