Fransalı senator erməni təcavüzünü qətiyyətlə pisləyir

En (Ain) Rayonunun senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan Respublikasının ərazisinə qarşı erməni təcavüzünü qətiyyətli şəkildə pisləyir. Milli.Az bildirir ki, o, erməni qüvvələrinin qanunsuz şəkildə Dağlıq Qarabağ vilayətini və ətrafındakı yeddi rayonu işğal etdiklərini xatırladıb. O, Ermənistanı fasiləsiz təxribatlarını dayandırmağa və beynəlxalq hüquqa hörmət edərək öz silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirməyə çağırır. O, regionu xaosa aparan bu faciəli gərginliyə son qoymaq üçün Azərbaycanın birtərəfli qaydada atəşkəs qərarını qəbul etdiyini xatırlatdı və Ermənistan tərəfini də bunu etməyə çağırır: "Mülki əhalini qıran, qadın və uşaqları öldürməyə tərəddüd etməyən erməni qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı yeddi rayon, sabitlik adası olan, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı əvəzedilməz müttəfiqi Azərbaycan Respublikasına aiddir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31