Əli Kərimli özünüreklamla siyasi divident qazanmaq istəyir

"Aprelin 1-dən 2-nə keçən gecəsi başlanan düşmən təxribatlarına ordumuzun şücaətlə cavab verməsi və torpaqlarımızın bir qismini işğaldan azad edərək, vəziyyətə nəzarət etmək imkanı yaradan strateji yüksəkliklərin geri alması Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş nöqtəsidir". Bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, düşmənə ağır və sarsıdıcı zərbələr endirməklə ordumuz demək olar ki, torpaqların sülh yolu ilə azad olunmasına zəmin yaradıb. O, deyib ki, belə bir əlvərişli şəraitdə müharibənin başlanmasının və davam etdirilməsinin vacibliyini qeyd etməklə AXCP sədri Əli Kərimli özünün 90- cı illərdəki "qəhrəmanlı"ğından yazmaqla özünü reklam edir: "Düşünürəm ki, indiki zamanda özünüreklama ehtiyac yoxdur və kim necə döyüşübsə və 90- cı illərin əvvəlində ölkə sizin döyüşünüzlə necə qələbə qazanıbsa, hamı bilir. Həm də perşəkar ordunun yaradılmasının vacibliyindən yazan Əli Kərimli bilmir ki, neçə illər ərzində Azərbaycanda peşəkar, müasir silahlarla silahlanmış güclü ordu yaradılıb və 4 günlük hərbi əməliyyatlar zamanı hərbi gücümüzün bir qismini müharibəyə cəlb etməklə uğur qazanıb. Çox təəssüf ki, Əli Kərimli özünü qəhrəman kimi təqdim etməklə, müharibə təkliflərini verməklə, siyasi arzularına çatmaq niyyətindədir. Amma yaddan çıxarmamalıdır ki, Azərbaycan xalqının etibar və etimad göstərdiyi ölkə başçısı hər şeyi yaxşı görür və çox ağıllı, iradəli və uzaqgörən qərarlar qəbul edir. Məhz bunun göstəricisidir ki, dünya ictimaiyyəti Azərbaycanın tərəfindədir. Nə zaman müharibəyə başlanmaq lazımdırsa, Ali Baş Komandanımız daha yaxşı bilir və xalq da Prezdentin qərarlarından çox razıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31