Cəbhədə baş verən son hadisələrdən sonra
“Xüsusi texnika və texnologiya” fakültəsində tədris prosesi Havar Məmmədovun nəzarətindədir
12 Aprel 2016 13:59 SiyasətAzərbaycan Texniki Universitetinin "Xüsusi texnika və texnologiya" fakültəsinin tələbələri ilə Azərbaycanın maşınqayırma sahəsi üzrə görkəmli alimi, Əməkdar müəllim, AzTU-nun professoru Vaqif Mövlazadənin görüşü keçirilib. Görüşdə iştirak edən fakültə dekanı Ramiz Hüseynov alimin fəaliyyətinin bugünkü tələbələrə bir nümunə olduğunu deyib. Dekan çıxışında bildirib ki, cəbhədə baş verən son hadisələrdən sonra və ümumilikdə ölkəmizə qarşı erməni qəsbkarlığını nəzərə alaraq "Xüsusi texnika və texnologiya" fakültəsində tədris prosesi birbaşa olaraq Universitetin rektoru, professor Havar Məmmədovun nəzarətindədir. Məhz fakültə tələbələrinin professor Vaqif Mövlanzadə ilə görüşünün təşkili də bu diqqətin nümunəsidi. Daha sonra Vaqif Mövlanzadə tələbələrə əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına, o cümlədən dünya elminə, xüsusən də elmin maşınqayırma texnologiyası sahəsinə verdiyi töhfələrdən danışıb. Görkəmli alim bildirib ki, xüsusi texnika və texnologiya üzrə təhsil alan tələbələrin öyrənəcəyi və gələcəkdə tətbiq edəcəyi biliklər ölkəmiz üçün çox əhəmiyyətlidir. Tələbələrin böyük marağına səbəb olan görüş Vaqif Mövlanzadənin ona ünvanlanan sualları cavablandırması ilə yekunlaşıb.