Beynəlxalq təşkilatlara müraciət ünvanlandı

Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupu adından Dağlıq Qarabağ işğalı ilə bağlı BMT Baş Katibi Ban Kİ- Moon, Avropa Parlamentinin Prezidenti Martin Şultz, ATƏT-in Fəaliyyətdə olaN sədri , Alman Federel Hokuməti Xarici İşlər Naziri Cənab Frank Walter Ştanmayer ATƏT Parlament Assambleyasının Prezidenti İİKa Kanervaya müraciət ünvanlanıb. Assambleyadan "OLAYLAR" -a daxil olan müraciətdə beynəlxalq hüququn Ermənistan dövləti tərəfindən konkret faktlarla öz əksini tapıb. Müraciətdə beynəlxalq təşkilat rəhbərlərinin diqqətinə çatdırılıb ki, Dağlıq Qarabağ tarix boyu Azərbaycan tərkibində bir vilayət olub. Sovet imperiyasının çöküşündən sonra özünün qeyri qanuni müstəqilliyini elan edib. Əlbəttə ki, bu məsələdə kənardan dəstəklə daha da cəsarətlənmiş Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü qəsb edib: "Sizlərdən tələbimiz və ricamız budur ki, Ermənistanın işğalçı, etnik təmizləmə siyasətinə hüquqi qiymət verəsiniz. Bunu eyni zamanda beynəlxaq hüquq normaları tələb edir. Çünki aşağıda göstərilmiş olan beynəlxalq hüququn prinsipləri Ermənistan hökuməti tərəfindən pozulub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31