Elçin Mirzəbəyli od püskürdü

“Yetər daha!!! Ləyaqətiniz olsun!”

"Şəhid qanı ilə necə, şəkil çəkdirmək istəyən var? Bəlkə şəhid analarının gözləri, şəhid övladlarının niskilli ürəkləri ilə şəkil çəkdirib paylaşasınız. Yetər daha!!! Ləyaqətiniz olsun! Bu günün də, sabahın da qəhrəmanları yalnız onlardır. Bu iyrəncliyə son qoyun artıq". "OLAYLAR"-ın xəbərinə görə, belə bir etiraz dolu fikirləri "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli facebook səhifəsində qeyd edib: "Mən bu Vətənin və onun şərəfli övladlarının təəssübünü çəkən bütün ləyaqətli azərbaycanlılara səslənirəm: Canlarını AzərbayCanımızın ərazi bütövlüyü uğrunda fəda edən, qazi olan igidlərimizin qəhrəmanlıqları üzərindən özlərini Azərbaycan cəmiyyətinə vətənpərvər kimi sırımağa çalışanların gözlərinin içinə tüpürün!!!. Tüpürün ki, bir daha cəsarət etməsinlər. Vətəni səssiz sevərlər, pıçıltı ilə. Səs edən dil yox, əməl olmalıdır. Mən tamarzı olduğum Böyük Qələbəni baxışlarımla qutlayacağam. Otağımdakı Bayrağa sarılacağam və bunu bir mən biləcəyəm, bir də Bayraq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31