Türkiyə məşhurları AVCİYA-nın Obama administasiyasına petisiya ilə müraciətini dəstəkləyirlər
11 Aprel 2016 18:53 SiyasətAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına YardımAssosiasiyası (AVCİYA) aprelin 6-dan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti ElxanSüleymanovun imzası ilə Obama administrasiyasına petisiya (https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe) ilə müraciət açılıb.
Qardaş Türkiyənin ictimai və siyasi xadimləri, kütləvi informasiya vasitələri millət vəkili, AVCİYA-nın prezidenti ElxanSüleymanovun layihə rəhbəri olduğu ""Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiyaya dəstək verərək hər zaman yanımızda olduqlarını bir daha nümayiş etdiriblər.
Bu kampaniyanı bir qardaşlıq vəzifəsi hesab edən Türkiyənin ictimai- siyasi xadimləri və məşhurlarından -Türkiyə Respublikasının Avropa Birliyi naziri Egemen Bağış, Prezident məsləhətçisi Hidayət Türkoğlu, hakim partiya olan AK partinin millət vəkilləri, dövlət və qeyri-hökümət təşkilatları, məşhur ifaçılar Mustafa Sandal, Demet Akalın və b., dünyaca məşhur türk futbolçu Arda Turan, Türkiyənin məşhur futbol komandaları və futbolçuları imzalayıb və özlərinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə petisyanın linkini paylaşaraq, insanları səs verməyə səsləyib, Azərbaycanın haqq işinə dəstək olduqlarını vurğulayıblar.