Milli satqınlar indi də gənclərin qanına susayıblar

Əli Kərimli kimi antimilli ünsürlər öz yerlərində oturdurlmalıdır

Müstəqil Azərbaycanın "qara yarası"na çevrilmiş AXC-Müsavat birliyi millətin beynini korlamaqda davam edir. Ermənipərəst qüvvələrdən sifariş alan bu cütlük öz ideoloqlarının məkrli siyasətinə sadiq qalaraq bu dövləti həmişə arxadan vurmaqdan çəkinməyiblər. Daha dəqiq bütün dövrlərdə Azərbaycanla bağlı baş verən ictimai-siyasi hadisələrdə dövləti gözdən salmağa, naliyyətlərimizi heçə endirməyə çalışıblar. Xüsusilə, AXCP sədri Əli Kərimli və onun yaxın çevrəsi bütün enerjisini Azərbaycanın beynəlxalq nüfuzuna çamır atmağa yönəldiblər. Öz media quruluşu və sosial şəbəkələrindən yararlanaraq millət və dövlət üçün taleyüklü məsələlərdə belə nizəni ürəyə sancmaqdan ləzzət alıblar. Azərbaycanın cəbhə xəttində, yaxud danışıqlar masasında üstünlüyü ələ alması bu zombiləşmiş məxluqun daim rahatlığını əlindən alıb. Bu dəfə də millətin qanına susamışlar öz ampulalarında qalaraq ordumuzun Ermənistan silahlı qüvvələri üzərində əldə etdikləri qələbəsini gözdən salmaq məqsədilə təxribata əl atdılar. Daxili vəziyyətin gərginləşməsinə hesablanmış bəyənatlar yaymaqla həm xarici havadarlarının sifarişini yerinə yetirmiş oldular, həm də ictimai rəyin yanlış istiqamətə yönəldilməsinə çəhd göstərdilər. Hazırda Azərbaycanın əldə etdiyi üstün mövqeyə dəstək vermək əvəzinə, Əli Kərimli və onun yaxın ətrafı erməni dəyirmanına su tökməklə məşğuldurlar. Məhz bu kimi amillər nəzərə alınaraq ölkə ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, xüsusən ziyalılar, gənclər baş verənlərə biganə qalmayaraq milli satqın Əli Kərimliyə anti-milli fəaliyyətinə görə yerini göstərməlidirlər. Nədən ki, artıq Ə.Kərimli və onun tərəfdarlarının Azərbaycanın milli maraqlarına zidd və ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Öz siyasi ideologiyası ilə gənclərin beynini zəhərləmiş AXCP və onun sədri Əli Kərimli indi də onları qırğına verməklə tuluğunu doldurmaq istəyir. Millət vəkili Tahir Rzayev qeyd edib ki, müharibə dəhşətdir, fəlakətdir, insan itkisidir, yurdların dağılması, iqtisadiyyatın məhvidir. Müharibə həm də siyasətdir, düşünülmüş gedişlərdir. Millət vəkilinin sözlərinə görə, ağıllı adamlar, siyasətdən düzgün nəticə çıxaranlar heç vaxt müharibə arzulamazlar, onlar müharibəni reallıqlarla əlaqələndirməyi bacarar, nəticə barədə düşünərlər: "Azərbaycan ordusunun aprelin 2-5-i günlərində düşmənə ağır zərbələr vurub cəbhədə dönüş yaratması xalqımızı ürəkdən sevindirsə də, müəyyən itkilərimiz qəlbimizi ağrıdır. Azərbaycan ordusu öz gücünü düşmənə göstərdi və onu susdurdu. Xalqımız bunu alqışladı və minlərlə insan orduya dəstəyini ifadə etdi. Bir çox dünya ölkələri də səsimizə səs verdi. Ancaq bununla bərabər hər bir kəs müharibənin dinc yolla həll edilməsinin vacibliyini dilə gətirdi. Sözsüz ki, münaqişənin sakit, ölümsüz, qansız başa çatması daha düzgün yoldur və Azərbaycan Prezidenti cənab ilham Əliyev, eləcə də, bütün xalq torpaqlarımızın müharibəsiz, danışıqlar yolu ilə geri qaytarılmasının tərəfdarıdır. Müharibə isə son addımdır". Millət vəkilinin dediyinə görə, təəssüflər olsun ki, radikal müxalifət düşərgəsi, Əli Kərimli kimi uzağı görməyən siyasətçilər belə düşünmürlər: "Əli Kərimli ordumuzun uğurlu qələbələrini heçə endirərək, peşəkar ordu yaratmaq təklifi ilə çıxış edir. Məgər Azərbaycan ordusu peşəkar deyil? Digər tərəfdən müharibənin davam etdirilməsinin tərəfdarıdır. Bu mövqeyi ilə o reallıqlardan uzaq olduğunu, nəticəni dərk etmədiyini ortaya qoyur. Hakimiyyətdə olduqları illərdə qurban verdikləri minlərlə insanın faciəsindən düzgün nəticə çıxarmadığını bir daha göstərir. Cox təəssüflər olsun ki, Əli Kərimli bu gün özünü 90-cı illərin qəhrəmanı, əlinə silha alıb Qarabağda döyüşən bir döyüşçü kimi təqdim edir. Bu, əsl vətəndaş mövqeyi deyil, heç vətən yolunda qan tökənlər özlərini bu qədər tərifləmirlər. Nə etmək olar, bu Əli Kərimli düşüncəsidir, ancaq sağlam düşüncə deyil". Politoloq Elçin Mİrzəbəyli hesab edir ki, AXCP sədrinin "müharibəyə davam" məzmunlu çağırışları onun indiki şəraitdə də siyasi spekulyasiyadan əl çəkmədiyinin göstəricisi kimi qiymətləndirilir. Aprelin 5-də 4 günlük döyüşlərdən sonra Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs razılaşmasının əldə olunmasının ardınca Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun sosial şəbəkədəki kontingenti "müharibə partiyası" qiyafətinə bürünüb. Maraqlıdır ki, Qarabağ cəbhəsində aprel gərginliyinə qədər hökm sürən atəşkəs müddətində savaşa bir dəfə də çağırış etməyən Ə.Kərimli atəşin dayandırılmasından sonra "müharibənin qatı tərəfdarı"na çevrilib. Elçin Mirzəbəyli bildirib ki, AXCP sədrinin bu yalançı canfəşanlığı onun siyasi maraqlarından irəli gəlir: "Azərbaycan Ordusunun cəbhədəki uğurlu əks-hücum əməliyyatları xalqın əhval-ruhiyyəsini və əlbəttə ki, vətənpərvərlik hisslərini xeyli gücləndirib-hər birimiz bunun şahidiyik. Dövlət lazım bildiyi anda Ermənistanın işğalı altında olan ərazilərimizin hərbi güclə azad etmək əzmini bütün dünyaya göstərdi və ciddi, uğurlu nəticələr qazanıldı, mənəvi-psixoloji üstünlük qazanıldı.Yenə də, dövlət zəruri saydığı məqamda atəşin dayandırılmasına razılıq verdi və gücləndirdiyi mübarizəni diplomatik müstəviyə keçirdi.Lakin bu uğurlar Əli Kərimlini və onun dəstəsini məmnun etmir. Bu adam hətta dövlət belə mühüm məqamlarda da xalqın vətənpərvərlik hissi üzərində marağına uyğun siyasət qurmağa çalışır.Amma unudur ki, xalq onun da mənsub olduğu siyasi komandanın Azərbaycanı hansı uçuruma saldığını yaxşı xatırlayır. Kərimlinin yaddaşı qısa ola bilər, xalqın yox. Ona görə də, Kərimli belə ucuz, spekulyativ addımlarla ictimai rəyi dəyişə biləcəyini düşünürsə, çox yanılır".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31