Şəhid pilotlar və polkovnik-leytenant Murad Mirzəyev torpağa tapşırılıb

Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev dəfn olunublar. APA-nın məlumatına görə, qəhrəman hərbçilər II Fəxri xiyabanda torpağa tapşırılıblar. Dəfn mərasimində şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlərin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, Azərbaycanın dövlət himni səsləndirilib. Şəhidlərin tabutu bükülmüş bayraq yaxınlarına verilib. Dəfn zamanı "Şəhidlər ölməz, vətən bölünməz" şüarı səsləndirilib. Şəhidlərin məzarı üzərinə əklillər və güllər düzülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31