"Prezident üçün ən önəmli məsələ Dağlıq Qarabağın işğaldan azad edilməsidir"

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında əsas diqqət mərkəzində dayanan məsələlərdən biri Dağlıq Qarabağın işğaldan azad edilməsilə bağlı fikirlər oldu. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, dövlət başçısı bu sahədə ordu quruculuğuna daha çox diqqəti çəkib: "Cənab prezident bir daha bəyan etdi ki, bizim üçün ən önəmli məsələ Dağlıq Qarabağ və ətraf 7 rayonun erməni işğalından azad edilməsidir. Bunun üçün ordu quruculuğu davam etdiriləcək. Aprel ayının əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatının qarşısını Azərbaycan Ordusu aldı və sübut etdi ki, dövlətimiz öz ərazilərini işğaldan güc yolu ilə də azad edə bilər. Amma biz sülh danışıqlarına sadiqik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31