Ermənistanla sərhəddə yerləşən Alican keçid məntəqəsinin qarşısında aksiya keçirilib
11 Aprel 2016 14:08 Siyasətİqdırın Ermənistanla sərhəd keçid məntəqəsi sayılan Alican keçid məntəqəsinin qarşısında etiraz aksiyası keçirilib. Bu barədə "OLAYLAR" -a məlumatı İqdırda fəaliyyət göstərən Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADEF) İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal verib. Bildirib ki, İqdırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təşkil etdiyi aksiya Azərbaycan dövləti və onun Silahlı Qüvvələrinə dəstək xarakteri daşıyıb.: "Aksiyada Ermənistanın aprelin əvvəllərində cəbhə xəttində yol verdiyi təxribat xarakterli hərəkətləri pislənilib, bu ölkənin işğalçılıq siyasətinin dayandırılması tələb olunub. Həmçinin beynəlxalq təşkilatlardan Dağlıq Qarabağ probleminə biganə qalmamaq istənilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31