Sosial layihələrin icrası, yoxsa xeyirxah əməl?
Dövlət başçısının təşəbbüsü bunların vəhdətini təşkil edir
11 Aprel 2016 14:05 SiyasətDünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi inkişaf etmiş bir sıra ölkələrdə sosial siyasətin karrektə edilməsilə nəticələndi. Azərbaycanda isə əksinə, uzunmüddətli dövr üçün nəzərdə tutulmuş sosial-iqtisadi siyasət sosialyönümlü xərclərin artırılması ilə müşayət olundu. Artıq nəzərdə tutulan sosial layihələrin reallaşmasına start verilib. Dövlət büdcəsinə edilmiş dürüstləşmədən sonra konkret sahələr üzrə əməli fəaliyyətə başlanıb. Onu da qeyd edək ki, dövlət vətəndaşların özləri tərəfində həll edilməsi mümkün olmayan irimiqyaslı sosial layihələrin icrasına üstünlük verir. Belə layihələrdən biri də sosial mənzillərin inşaasıdır ki, yalnız bununla aztəminatlı ailələrin mənzil problemini həll etmək mümkün olar. Nəinki mümkün olar, hətta demək olar ki, yaxın zamanlarda bu layihənin reallaşması çoxlu sayda vətəndaşların sevincinə səbə olacaq. Ona görə ki, sözügedən layihənin dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, sosial mənzillərin tikintisi proqramının yaxın zamanlarda ictimaiyyətə təqdim ediləcək. Belə bir təşəbbüsün məhz ölkə başçısı tərəfindən irəli sürülməsi bir daha sübut edir ki, Azərbaycan prezidenti vətəndaşlarının sosial problemlərinə biganə deyil, əksinə həmin problemlərin həllinə nail olmaq məqsədilə yeni-yeni təşəbbüslərlə çıxış edir. Dövlət başçısı bəyan edub ki, regionlarda işsizliyin azaldılması və maddi imkanları aşağı olan aztəminatlı əhalinin mənzil probleminin həlli üçün yaxın zamanlarda nəinki Bakıda və bütün şəhərlərdə, rayon mərkəzlərində sosial mənzillərin tikintisinə başlanacaq. Dünya təcrübəsindən istifadə etməklə, vətəndaşların belə evlərə sahib olma qaydaları və həmin mənzillərdə yerləşdirilən insanlara mülkiyyət hüququnun verilmə prosedurları müəyyən ediləcək. Azərbaycan Prezidenti Sosial Mənzil Fondunun yaradılmasında əsas məqsədin belə mənzilləri aztəminatlı əhaliyə aşağı qiymətlərlə və uzun müddətə kreditlə təqdim etməklə onların mənzil problemlərinin həllindən və sosial rifah hallarının yaxşılaşdırılmasından ibarət olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, sosial mənzillərin tikintisi əlavə iş yerlərinin yaradılması, mənzilə ehtiyacı olan əhali qrupunun belə ehtiyaclarının ödənilməsi ilə yanaşı, bu mənzillərin əhaliyə təqdim edilməsi nəticəsində yeni zəruri istehlak ehtiyaclarının yaranacağı nəzərə alınmaqla, paralel şəkildə iqtisadiyyatın 20-dək digər sahələrinin də inkişafına səbəb olacaq. Qeyd edək ki, dövlət başçısının bu təşəbbüsü həm də xeyirxah bir əməl kimi dəyərləndirilmlidir. Nəzərə almaq lazımdır ki, ölkədə baş verən devalvasiyanın nəticəsi olaraq insanların bir çoxunin ipoteka şərtləri ilə mənzil almaq imkanını məhdudlaşıb. Mənzil bazarında qiymətlərin tez-tez dəyişməsi isə əhali arasında sosial evlərə ehtiyacı artırıb. Məhz belə bir məqamda dövlət başçısının yeni bir təşəbbüslə çıxış etməsi təbii ki, alqışa layiqdir. İqtisadi ekspertlər hesab edirlər ki, manatın devalvasiyasından sonra mənzil bazarında müşahidə olunan qiymət azalmaları müxtəlif səbələrsən yenidən arta bilər. Bu isə mənzilə sahib olmaq istəyənlərin işini çətinləşdirir. Nəticə etibarı ilə cəmiyyətin mənzilə ehtiyacı olan müxtəlif təbəqələrində sosial evlərə və güzəştli ipoteka kreditlərinə tələbat artır. Maraqlıdır ki, sosial evlərin tikilməsi hansı təbəqədən olan vətəndaşlarımızın mənzilı olan ehtiyacını ödəyə biləcək? Milli Məclisin Sosial Siyasət Komitəsindən verilən məlumata görə, həmin evlər təbii ki, aztəminatlı ailələr üçün nəzərdə tutulub. Məlumdur ki, sosial vəziyyəti yaxşı olan ailələr özləri istədikləri mənzillərə sahib olurlar. Sosial evlərdən isə özlərinə mənzil ala bilməyən şəxslər faydalanacaqlar. Mənzillər tam təmirli olacaq. Hər bir şəraiti qurulacaq. Maya dəyərini aşağı salmaq üçün çoxmərtəbəli binalar formasında tikilməsi nəzərdə tutulub. Vətəndaşların bu evlərə sahib olma qaydaları da çox sadədir. Bununla bağlı dünyanın müxtəlif ölkələrinin təcrübələri mövcuddur. Komitədən onu da bildiriblər ki, vətəndaşlar bəzən güzəştli ipoteka kreditləri ilə sosial evləri qarışdırırlar. Ancaq bunlar fərqli anlayışlardır. Güzəştli ipoteka krediti ilə vətəndaş harada istəsə, müəyyən şərtlər daxilində mənzilə sahib ola biləcək. Ancaq sosial evlər isə konkret müəyyənləşdirilmiş mənzillərdir. Sosial evlər ipoteka şərtləri ilə verilmir. Bu mənzillər vətəndaşlara kirayə müqaviləsi əsasında verilir. Vətəndaşlar müəyyən müddət orada yaşayıb, müqaviləyə uyğun olaraq, ödənişi bitirdikdən sonra həmin evlərə sahiblənirlər. Xatırladaq ki, heç bir halda dövlətin vətəndaşa ev vermək öhdəliyi yoxdur. Lakin buna baxmayaraq dövlət sosial mənzil fondu vasitəsilə vətəndaşa mənzilə sahib olmaq üçün kömək edir. Bununla da minlərlə ailə uzun müddətdən bəri əziyyət çəkdiyi mənzil problemindənqurtulmuş olur. Daha dəqiq, imkansız, maddi imkanları aşağı olan ailələr mənzillə təmin edilmiş olur. Onu da qeyd edək ki, belə layihələrin həyata keçirilməsi iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan vermiş olacaq. Sosial mənzillərin istismara verilməsi dövlət orqanları və bələdiyyələrin öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsinə şərait yaradacaq, daşınmaz əmlak bazarının inkişafına köməklik göstərəcək, yeni iş yerlərinin açılması və ən nəhayət tikinti materialları sektorunun dirçəlməsinə səbəb olacaq.
Alim