Ohanyan Qarabağdakı məğlubiyyətə görə erməni generalları danladı

Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda səfərdə olub. Milli.Az baku.ws-ə istinadən bildirir ki, erməni nazir səfər çəçivəsində generallarla görüş keçirib. Görüşdə Qarabağdakı 4 günlük müharibədən danışan erməni nazir generalları sərt tənqid edib. Hərbi əməliyyatlar zamanı böyük itkilərə görə öz iradlarını bildirən nazir müəyyən tapşırıqlar da verib.

Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfi cəbhədə təxribat törətməyə cəhd edib. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib və bir neçə hərbi yüksəkliyi əldə edib. Aprelin 5-də tərəflərin razılığı ilə atəşkəs elan olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31