Qarabağ separatçıları Rusiya mediasını biabır etdi

Rusiyanın bəzi kütləvi informasiya vasitələrində aşkar ermənipərəstlik, Dağlıq Qarabağdakı erməni separatçılarına dəstək artıq idiotizm səviyyəsinə çatıb. Milli.Az bildirir ki, Rusiyanın internet məkanında ən populyar xəbər saytlarından olan Gazeta.ru dünən gecə saatlarında aşkar dezinformasiya yayıb. "Dağlıq Qarabağ münaqişə zamanı Azərbaycanın itkilərinin 2,5 min nəfər olduğunu deyir" başlıqlı xəbərdə Dağlıq Qarabağdakı separatçıların liderinin mətbuat katibi David Babayana istinadən bildirilir ki, guya Azərbaycan döyüşlərdə 2500 nəfər itki verib. Özü də xəbərin RİA Novosti tərəfindən yayıldığı bildirilir. Fəqət, RİA Novosti belə xəbər yaymayıb və gazeta.ru ermənilərin sifarişini yerinə yetirməklə özünü çox pis vəziyyətə qoyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31