Ermənilərə təlim keçən yaraqlılar məhv edildi
11 Aprel 2016 12:44 SiyasətTürkiyənin cənub-şərqində keçirilmiş xüsusi əməliyyat nəticəsində 7 snayper məhv edilib. Türkiyənin xüsusi xidmət orqanlarının məlumatına görə, onlar Azərbaycanın işğal edimiş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak ediblər. SİA-nın məlumatına göra, bu barədə "TGRThaber" telekanalına istinadən məlumat verilir. Onlar, həmçinin Dağlıq Qarabağda ermənilərin qanunsuz silahlı qruplaşmalarına təlim keçiblər. Məhv edilmiş yaraqlıların ASALA erməni terror təşkilatı ilə bağlı sıx əlaqələrinin olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31