Əli Kərimlini tarix bağışlamayacaq

Azərbaycan ordusunun uğurunu həzm edə bilməyən Əli Kərimli sosial şəbəkələr vasitəsilə hakimiyyət əleyhinə təbliğat maşınını işə salıb. Məsələ ilə bağlı "OLAYLAR"-a münasibət bildirən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili deyib ki, Əli Kərimli və onun ətrafı xarici qrant mənbələrinə satılıb: "Əli Kərimli son hərəkəti ilə demək olar ki, iç üzünü tam olaraq ifşa etmiş oldu. Əli Kərimliyə bir sualım var? Sən necə insansan, necə vətəndaşsan? Səndə bir zərrə qədərdəmi vətən sevgisi yoxdu?. Son hadisələr subut etdi ki, Əli Kərimli muxalifət lideri yox erməni dəyirmanına su tökən biridir. Onda xalq, millət, dövlət anlayışı yoxdur". Toğrul Allahverdili deyib ki, Əli Kərimlini tarix bağışlamayacaq və onu zaman özü mühakimə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31