Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib - FOTO
9 Aprel 2016 12:38 SiyasətBu gün bir qrup gənc AXCP sədri Əli Kərimlinin evi qarşısında aksiya keçirib. Trend bildirir ki, aksiyada gənclər Ə.Kərimlinin sosial şəbəkədə qeyd etdiyi antiazərbaycan fikirlərinə etirazlarını ifadə edərək müxtəlif şüarlar səsləndiriblər.Aksiyada gənclər "Muharibədə olmayan müharibə təbliğatçısı", "Şəhid qanından istifadə edən şərəfsiz", "Vətən satqınlarına Azərbaycanda yer yoxdur", "Əli Kərimliyə ar olsun", "Milli satqın", "Erməni nokəri" kimi şüarlar səsləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31