Prezidentə məktublar: "Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti tam dəstəkləyir"
9 Aprel 2016 06:15 SiyasətAzərbaycan Silahlı Qüvvələrinin təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
X X X
Hörmətli cənab Prezident.
Rusiyada yaşasaq da, cəbhədə atəşkəsin intensiv şəkildə pozulmasını, Qarabağda gedən döyüşləri diqqətlə izləyirik. Ordumuzun cəbhədəki uğurları hər birimizi sevindirir. Bu münasibətlə Sizi, xalqımızı və Ordumuzun bütün zabit və əsgər heyətini təbrik edirik. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, Orenburqda yaşayan həmvətənlərimiz adından Sizdən səfərbərlik əmri verməyinizi xahiş edirik. Bizim güclü Ordumuz var, amma biz də Vətənimiz uğrunda döyüşməyə hazırıq. Birliyimiz gücümüz, gücümüz isə təsir imkanlarımızdır.
Hörmətlə, Hüseynov Elvin İbrahim oğlu.
Rusiya Federasiyası, Orenburq şəhəri.
X X X
Hörmətli cənab Prezident!
Erməni təcavüzkarları ilə döyüşlərdə həlak olmuş Azərbaycan hərbi qulluqçuları və vətəndaşlarına görə Mahaçqala şəhəri azərbaycanlılarının milli mədəni muxtariyyəti adından Sizə dərin hüznlə başsağlığı verir və Sizi hərbi müvəffəqiyyət münasibətilə ürəkdən təbrik edirik. Dağıstan Respublikası ərazisində yaşayan 100 mindən çox azərbaycanlı ölkəmizdə baş verənlərə görə dərin narahatlıq hissi keçirir. Xalq Sizə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə inanır. İşğalçılar cəzasız qalmayacaq və qələbə Azərbaycan xalqının olacaq. Axır ki, dünya birliyi oyanacaq və ədalət zəfər çalacaq, dövlətimizin ərazi bütövlüyü bərpa ediləcək.
Böyük hörmətlə,
Azərbaycan Respublikasının Zaqatala rayonunun Danaçı kəndində doğulmuş Qurqunayev Çaydibir Məhəmməd oğlu.
Rusiya Federasiyası, Dağıstan Respublikası, Mahaçqala şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Son günlər təmas xəttində baş verən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun qazandığı uğurlar bir Azərbaycan vətəndaşı və məcburi köçkün kimi, mənim də qələbəyə olan inamımı və əzmimi daha da artırdı. Bu gün 9 milyonluq Azərbaycan xalqı Sizin ətrafınızda sıx birləşərək yürütdüyünüz siyasəti tam dəstəkləyir.
Cənab Prezident, hərbi əməliyyatlarla bağlı bəzi beynəlxalq qurumların qərəzli bəyanatları bizi bərk hiddətləndirdi. Biz bu müharibəni başlamamışıq ki, hansısa dövlətin qınağından və ya təzyiqindən qorxaq. Biz öz tarixi torpaqlarımızı işğaldan azad etmək istəyirik. Son döyüşlərdə cəmi bir neçə gün ərzində xalqımızın yumruq kimi birləşərək torpaqlarımızın azad edilməsi uğrunda əsl vətəndaş həmrəyliyi və sarsılmaz əzmkarlıq nümayiş etdirməsinin şahidi olduq. Məhz gücümüzü birləşdirərək torpaqlarımızı azad etmək bizim müqəddəs borcumuzdur.
Atəşkəs elan edildikdən sonra da atəş səslərinin eşidilməsi, mülki obyektlərin atəşə tutulması, yaralı və şəhid xəbərlərinin gəlməsi bizim hamımızı üzür. Lakin Azərbaycan böyük səbr göstərərək atəşkəsə riayət edir. Təəssüf ki, biz 22 illik atəşkəsin nəticə olaraq, yalnız ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin və Ermənistan prezidentinin qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqda sərsəm bəyanatlarının şahidi olduq. Danışıqlar prosesinin uzanması artıq səbrimizi tükəndirib. Biz torpaqlarımızın bir an əvvəl azad edilməsi üçün əmrinizi gözləyirik.
Hörmətlə,
Əsədov Fuad Dönməz oğlu
Azərbaycan Respublikası, Şuşa rayonu
X X X
Salam cənab Prezident,
Mənim 15 yaşım var. Mən cəbhə bölgəsində baş verən döyüşlərdə iştirak etmək istəyirəm. Xahiş edirəm səfərbərlik əmri verin. Həm də çox istəyirəm ki, mən də könüllülər sırasında olum.
Vəliyev Adil Samir oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri
X X X
Cənab Prezident,
Ulu öndərimiz Heydər Əliyev tərəfindən bölünməz, müstəqil və demokratik Azərbaycan uğrunda başlanan mübarizə Sizin tərəfinizdən bu gün də uğurla davam etdirilir. Şəhidlərin qanı bahasına istiqlaliyyət əldə edən ölkəni illər sınağa çəkdi. Müstəqillik qazanan ölkə dağılmaq, parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi ilə üzləşmişdi. Təsadüfi adamlar xalqın adından danışır, özünü idarə etməyi belə bacarmayanlar xalqa rəhbərlik eşqinə düşmüşdülər. Ölkəmiz də xaos hökm sürürdü. Azərbaycan xəritəsində nəhəng, qüdrətli qanadlarını açaraq Xəzərin ənginliklərində süzməyə hazırlaşan bir qartalı xatırladan ölkəmizin əzəmətinə paxıllıq edən nankor qonşularımız olan erməni faşistləri zaman-zaman öz iblis xislətlərini üzə çıxararaq torpağımıza göz dikmiş, fürsət düşən kimi yurdumuzun bütövlüyünə zərbə vurmağa çalışmışlar. Məhz bu məqsədlə ermənilər Azərbaycana düşmən kəsilən qüvvələrlə birləşərək ölkəmizə hücum etdilər. Torpaqlarımızın bir hissəsini işğal etməyə nail oldular. Bu yolda çox şəhidlər verdik, çox qan axıtdıq. Xalqımızın istəyi ilə 1993-cü ildə ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə olan inamı artırdı. Azərbaycan xalqı parçalanıb dağılmaq və müstəqilliyini itirmək kimi dəhşətli fəlakətdən xilas olundu.
Əfqanıstan müharibə veteranı, II qrup əliləm. Bir Azərbaycan vətəndaşı olaraq hər an döyüşməyə hazıram. Sizin əmriniz gözləyirəm.
Hörmətlə,
Bədəlov Səməd İslam oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri, Rvo kəndi
X X X
Cənab Ali Baş Komandan,
Mən bir Milli Qvardiyaçı kimi Sizin əmrinizi gözləyirəm. İçdiyim anda sadiq olaraq, son damla qanıma kimi düşmənə qarşı vuruşmağa hazıram. Təki Vətən sağ olsun! Ehtiyatda olan qvardiyaçı dostlarımız və öz adımdan bildirmək istəyirəm ki, hər zaman Ali Baş Komandanımızın əmrinə müntəzirik. Azərbaycan igidləri Sizin yanınızdadır. Var olsun şanlı Azərbaycan!
Hörmətlə,
Mürsəliyev Cavidan Vaqif oğlu
Azərbaycan Respublikası, Şabran şəhəri, Aygünlü kəndi
X X X
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev,
Biz Norveçdə yaşayan azərbaycanlılar olaraq ordumuzun qələbələrinə və torpaqlarımızın bir qisminin azad olunmasına sevinirik və ordumuzla qürur duyuruq. Biz inanırıq və həmişə inanmışıq ki, ermənilər tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı torpaqlarımız Sizin rəhbərliyiniz, apardığınız daxili və xarici siyasət və ordumuzun gücü ilə yaxın gələcəkdə azad olunacaq. İnşallah Azərbaycan bayrağı Xankəndi və Şuşa şəhərlərində dalğalanacaq.
Mən ailəmlə Azərbaycandan uzaqda, Norveçin Stavanger şəhərində yaşasam da, daim Vətənimiz Azərbaycanda baş verən davamlı inkişafı izləyir və Sizi hər zaman dəstəkləyirik.
Hörmətlə,
Sadıxov Emin Aydın oğlu
Norveç, Stavanger şəhəri
X X X
Hörmətli cənab Ali Baş Komandan,
Sizdən xahiş edirəm Qarabağın düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirakıma icazə verəsiniz. Mən də Azərbaycan oğluyam. Vətənimin torpaqlarını düşməndən azad etmək kimi şərəfli vəzifəni yerinə yetirmək istəyirəm.
Dərin hörmətlə,
Məmmədov Elmar Aslan oğlu
Qazaxıstan Respublikası, Astana şəhəri
X X X
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Qarabağda düşmənə vurduğumuz sarsıdıcı zərbəyə görə Sizə minnətdarlığımı bildiririk. Bu öldürücü zərbələrin ardının gəlməyini gözləyirik. Sizin bu addımınızı uşaqdan tutmuş böyüyə qədər hamı dəstəkləyir və yanınızda olduğumuzu bildiririk. Lazım gələrsə, əmrinizlə hamımız bir yumruq olub Sizin bayrağınız altında birləşməyə hazırıq. İnşallah, Qarabağda, Xocalıda tökülən qanlar yerdə qalmayacaq. Hamımız buna çox inanırıq.
Əhsən sənə Azərbaycan əsgəri! Vur zərbəni, vur qadasın aldığım!
Hörmətlə,
Mustafazadə Mirəli Asif oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu.
X X X
Möhtərəm cənab Prezident.
Ölkəmiz üçün taleyüklü məsələlərdə Ulu Öndər xalqı başına yığardı və hər kəsə sübut edərdi ki, Heydər-xalq birliyi sarsılmazdır. Bu gün tarixi bir şans yaranıb. Danışıqlar masasında hər kəs bilməlidir ki, Azərbaycan xalqı cəsurdur və müharibə istəyir. Xalqımız torpaqlarını müharibə yolu ilə almaq əzmindədir.
Hörmətli cənab Prezident, Mən Sizin adınızın tariximizə qızıl hərflərlə yazılmasını görmək istəyirəm. Bunun baş verəcəyinə inanıram.
Hörmətlə,
İsmayılov Natiq Fəxrəddin oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizi salamlayır və cəbhədəki uğurlar münasibətilə təbrik edirəm. Biz Sizə və Sizin sayənizdə formalaşan güclü Ordumuza güvənirik. Onu da bilirik ki, Ordumuz işğal olunmuş ərazilərimizi mənfur düşməndən bir həftə ərzində təmizləməyə qadirdir.
Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. İstənilən an döyüşə getməyə, torpaqlarımız, Vətənimizin və ölkəmiz uğrunda vuruşmağa hazırıq. İnanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə tam azad ediləcək.
Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Səmədov Muxtar Fəttah oğlu, məcburi köçkün.
Azərbaycan Respublikası, Laçın rayonu, Dambulaq kəndi.
X X X
Hörmətli cənab Prezident.
İlk növbədə, Sizi salamlayır və cəbhədəki uğurlar münasibətilə təbrik edirəm. Biz Sizə və Sizin sayənizdə formalaşan güclü Ordumuza güvənirik. Onu da bilirik ki, Ordumuz işğal olunmuş ərazilərimizi mənfur düşməndən bir həftə ərzində təmizləməyə qadirdir.
Cənab Ali Baş Komandan, biz Sizin əmrinizi gözləyirik. İstənilən an döyüşə getməyə, torpaqlarımız, Vətənimizin və ölkəmiz uğrunda vuruşmağa hazırıq. İnanırıq ki, Sizin uğurlu siyasətiniz nəticəsində işğal olunmuş torpaqlarımız tezliklə tam azad ediləcək.
Sizə uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıram.
Hörmətlə,
Səmədov Muxtar Fəttah oğlu, məcburi köçkün.
Azərbaycan Respublikası, Laçın rayonu, Dambulaq kəndi.
X X X
Hörmətli cənab Prezident İlham Əliyev.
Azərbaycan Respublikasının çiçəklənməsi, abadlaşması, insanların sosial təminatının yaxşılaşması, zəbt olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində göstərdiyiniz böyük səylərinizə görə Sizə minnətdarlığımı bildirirəm. Məhz Sizin siyasətinizin nəticəsidir ki, bu gün Azərbaycan xalqı sevinc içərisindədir. Şəhidlərimizi də qürurla qarşılayırıq. Xalqının indiki birliyinin formalaşmasında Sizin əməyiniz təqdirəlayiqdir.
Cənab Prezident, bir vətəndaş olaraq ölkəmizin çiçəklənməsi, azadlığı naminə, torpaqlarımızın geri qaytarılması uğrunda mübarizə aparmağa həmişə hazıram.
Hörmətlə,
Abdullayev Dünyamalı Sabir oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Boradigah qəsəbəsi.
X X X
Cənab Ali Baş Komandan.
Bir Azərbaycan gənci olaraq Sizə bildirmək istəyirəm ki, biz gənclər Sizin siyasətinizi dəstəkləyir və Sizə inanırıq. Sizin uğurlu islahatlarınız nəticəsində çiçəklənən Azərbaycan üçün döyüşməyə hazıram. Yetər ki, əmr edin, cənab Ali Baş Komandan!
Hörmətlə,
Əkbərov Vüqar Eldar oğlu.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Cəbhədə əldə olunmuş qələbə münasibətilə Sizi təbrik edirəm. Sizə qarşıdan gələn günlərdə yeni nailiyyətlər qazanmağı arzu edirəm.
Məndə öz növbəmdə Sizin verdiyiniz tapşırıqlar əsasında üzərimə düşən bütün vəzifələri yerinə yetirməyə hazıram. Mən fəxr edirəm ki, Azərbaycan Respublikasının vətəndaşıyam və Azərbaycan xalqına xidmət edirəm.
Hörmətlə,
Nəcəfov Sirac Vaqif oğlu.
Azərbaycan Respublikası, Biləsuvar rayonu, Amankənd kəndi.
X X X
Hörmətli cənab Prezident.
Ordumuzun cəbhədəki uğurlu əməliyyatlarını alqışlayıram. Bu qələbələrə sevinir və yenidən cəbhəyə getməyə daha da ruhlanıram. Mən özüm 1994-1997-ci illərdə Tərtər rayonunda hərbi xidmətdə olmuşam. Oraları çox yaxşı tanıyıram. Əgər əmriniz olsa, əldə silah yenidən Vətənin müdafiəsinə hazıram.
Hörmətlə,
Nəcəfov Aqil Çingiz oğlu.
Azərbaycan Respublikası, Zərdab rayonu, Əlicanlı kəndi.
X X X
Hörmətli cənab Prezident.
Rusiyada yaşasaq da, cəbhədə atəşkəsin intensiv şəkildə pozulmasını, Qarabağda gedən döyüşləri diqqətlə izləyirik. Ordumuzun cəbhədəki uğurları hər birimizi sevindirir. Bu münasibətlə Sizi, xalqımızı və Ordumuzun bütün zabit və əsgər heyətini təbrik edirik. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, Orenburqda yaşayan həmvətənlərimiz adından Sizdən səfərbərlik əmri verməyinizi xahiş edirik. Bizim güclü Ordumuz var, amma biz də Vətənimiz uğrunda döyüşməyə hazırıq. Birliyimiz gücümüz, gücümüz isə təsir imkanlarımızdır.
Hörmətlə, Hüseynov Elvin İbrahim oğlu.
Rusiya Federasiyası, Orenburq şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Son günlər cəbhə xəttində - Tərtər, Ağdam, Xocavənd rayonları ərazilərində baş vermiş məlum hadisələr biz keçmiş Qarabağ döyüşçülərini ciddi narahat etməkdədir. Belə ki, son günlər cəbhə xəttində yerləşən bütün sərhədyanı rayonlarımızın mülki əhalisinin xain erməni işğalçıları tərəfindən iriçaplı silahlarla intensiv atəşə tutması və düşmənin bu yöndə işğalçı siyasətini davam etdirməsi bizi hiddətləndirib. Lakin Sizin rəhbərliyinizlə qəhrəman zabit və əsgərlərimizin buna layiqli cavab verərək düşmənə həlledici zərbələr vurması, işğal altında olan məntəqələrimizin işğalçılardan azad edilməsi xəbərini ruh yüksəkliyi və böyük həyəcanla izləyirik. İyirmi ildən artıq işğal altında olan torpaqlarımızın azad edilməsi və yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın tarixi Azərbaycan torpaqlarına qayıtmasını səbirsizliklə gözləyirik.
Cənab Ali Baş Komandan, biz - Abşeron rayonunun keçmiş Qarabağ döyüşçüləri bu müqəddəs yolda Sizin hər bir addımınızı qətiyyətlə dəstəkləyirik və əmrinizə hər zaman müntəzir olduğumuzu bəyan edirik. Sizə möhkəm cansağlığı, işlərinizdə yeni uğurlar arzu edirik.
Hörmətlə,
Cabbarov Cabbar,
AVMVİB-nin Abşeron şöbəsinin sədri.
Azərbaycan Respublikası, Abşeron rayonu.
---------
18:38
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandanımız, xalqımızın igid və mərd oğlu.
Sizi salamlayır, hörmət və ehtiramımızı bildiririk. Son zamanlar Sizin komandanlığınız altında cəbhə bölgələrimizdə ordumuzun apardığı uğurlu əməliyyatlar xalqımız arasında böyük ruh yüksəkliyi yaradaraq bizi tam əmin etdi ki, işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək və biz məcburi köçkünlər öz ata-baba yurdumuza qayıdacağıq.
Möhtərəm Prezidentimiz, biz Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Bu gün hər birimiz Sizin əmrinizi gözləyirik və torpaqlarımızın azadlığı uğrunda silaha sarılaraq döyüşməyə hazırıq.
Cənab Prezident, Sizə uzun ömür, can sağlığı arzu edir, məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Gəncə şəhəri, Kəpəz rayonu, Yeni qəsəbə 2-də müvəqqəti məskunlaşmış Xocalı rayon Kosalar kənd əhalisi adından
Rzayev Şahid Şahmar oğlu
Azərbaycan Respublikası, Gəncə şəhəri
X X X
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Uzun illərdir ki, həsrətlə bu günü gözləyirdik. Mən çox şadam ki, mənfur düşmənimizə layiqli cavab verildi. Mən birinci Qarabağ müharibəsində iki dəfə yaralanmışam. Ona görə də bu hadisələr mənim üçün onqat mükafat sayılır. Şükürlər olsun ki, bu gün peşəkar ordumuz var. Mən bu günü həsrətlə gözləmişəm. Hazırda 53 yaşım var. Amma indi də məmnuniyyətlə ordu sıralarına qayıdıb Vətən uğrunda döyüşmək arzusundayam. Əminəm ki, Siz Qarabağ məsələsini tezliklə həll edəcəksiniz. Ölkəmizdə hər şey yüksək səviyyədə öz həllini tapacaq. Siz Azərbaycan tarixində unudulmaz bir şəxsiyyət kimi qalacaqsınız. Düşmənimizə gəlincə, çox istərdim ki, onları Ermənistana qədər qovaq. Ondan sonra danışığa başlayaq.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, daha böyük uğurlar arzulayıram. Sağ olun.
Hörmətlə,
Vəkilov Mahir İslam oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Möhtərəm Prezident.
İndi hamı Ordumuzun nailiyyətlərinə sevinir. Sizdən - Ali Baş Komandanımızdan səfərbərlik elan etməyinizi gözləyirik. Hamı kimi mən də döyüşlərdə iştirak etmək arzusundayam.
Qarabağ bizim torpağımızdır və onun uğrunda şəhid olanlar Allah dərgahında ən yüksək zirvəyə çatırlar. Allahdan şəhidlərimizə rəhmət, valideynlərinə səbir, yaralananlara isə şəfqət diləyirəm. Qarabağsız keçirdiyimiz illər zillətdir. Əmr edin, cənab Ali Baş Komandan! Əmr edin, düşmənin ayağını torpaqlarımızdan kəsək.
Hörmətlə,
Cümşüdov Yaşar Nadir oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Son günlər Ordumuzun cəbhədə qazandığı uğurlar bizi həddən artıq sevindirdi. Biz gənclər Sizə güvənirik və hər zaman Sizi dəstəkləyirik.
Cənab Ali Baş Komandan, ən böyük arzumuz Sizin əmrinizlə üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmaqdır. Sizə bu şərəfli işdə uğurlar arzulayırıq. Biz Sizin müsəlləh əsgərlərinizik.
Hörmətlə,
Bəxtiyarov Ruslan Səxavət oğlu, məcburi köçkün.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Hörmətli cənab Prezident.
İlk növbədə, torpaqlarımızın bir qisminin işğaldan azad edilməsi münasibətilə Sizi təbrik edirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, minlərlə gənc Vətənimiz uğrunda döyüşməyə hazırdır. Dünən atəşkəs elan edilsə də, silahlar susmur, mənfur düşmən təxribatlarını dayandırmır. Əmr edin, bütün torpaqlarımızı işğaldan azad edək.
Möhtərəm Prezident, inanırıq ki, Siz bizi yeni qələbələrinizlə sevindirəcəksiniz. Nə yaxşı ki, varsınız.
Hörmətlə,
İslamzadə Aygün Eyvaz qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Cənab Prezident.
Mən Şuşada böyüyən, uşaqlığını orada qoyub 12 yasında Bakıya gələn, hazırda isə ailəm ilə xaricdə yaşayan keçmiş media işçisi və Azərbaycan vətəndaşıyam. Son günlərdə Vətənimdə baş verənlərə bir qarabağlı, bir Azərbaycan vətəndaşı olaraq biganə qala bilmirəm və Sizdən mənim doğma yurdum Şuşanı ermənilərin əlindən almağınızı xahiş edirəm.
Cənab Prezident, Ali Baş Komandan, ordumuzun uğurları məni çox sevindirir. Sizin sayənizdə insanlarda indi çox böyük ruh yüksəkliyi var. Mən bu ruh yüksəkliyini saytlardan, sosial mediadan mütəmadi izləyirəm və böyük qələbəmizin sevincini yaşayacağımız günün çox da uzaq olmadığını hiss edirəm. Bütün səmimiyyətimlə deyirəm, səfərbərlik elan etsəniz, mən də gəlib ön cəbhədən reportajlar hazırlayacağam, fəaliyyətimlə ordumuzun uğurlarına töhfə verəcəyəm.
Sizə dərin hörmət və inamla,
Abdullazadə Xatirə Sərdar qızı
Niderland Krallığı, Deventer şəhəri
X X X
Hörmətli cənab Prezident.
Aprelin 1-dən 2-nə keçən gecə işğalçı erməni ordusunun cəbhəboyu mövqelərimizə hücumu nəticəsində mülki əhalinin öldürülməsi və hərbi qulluqçularımızın şəhid olması xəbəri bizi sarsıtdı. Lakin qüdrətli Ordumuzun cavab zərbələri nəticəsində düşmənin yüzlərlə əsgər və zabitinin, çox sayda ağır texnikasının və artilleriya qurğusunun məhv edilməsi, strateji əhəmiyyətli yüksəkliklərin və kəndlərin azad edilməsi xəbəri bütün xalqımız kimi bizi də qürurlandırdı. Xüsusilə Sizin xalqımızı qələbə münasibətilə təbrik etməyiniz hamımızı duyğulandırdı, qəlbimizdəki intiqam, qələbə odunu daha da alovlandırdı.
Möhtərəm cənab Prezident, bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Sizin ləyaqətlə davam etdiyiniz ordu quruculuğu, düzgün nizamlanmış daxili və xarici siyasətinizin nəticəsidir. Sizin ən yüksək tribunalardan dünya ictimaiyyətinə etdiyiniz xəbərdarlıq bütün xalqımız tərəfindən birmənalı dəstəklənir. Xalq Sizin və Ordumuzun arxasındadır.
Möhtərəm cənab Prezident, bütün xalqımız kimi, biz də inanırıq ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün uzaqda deyil. Torpaqlarımızın azadlığı və ölkəmizin müstəqilliyi uğrunda şəhid olan soydaşlarımızın ruhuna dua oxumaqla bərabər, Sizə və Ordumuza daha böyük uğurlar arzulayırıq. İnanırıq ki, böyük qələbə günü Sizin rəhbərliyiniz altında Şuşada, Xankəndidə qeyd ediləcəkdir.
Masallı rayon Banbaşı ərazisi sakinləri adından hörmətlə,
H.Balakişiyev
P.Əliyev
Ə.Əhmədov
B.Rəhimov və başqaları (cəmi: 74 nəfər)
Azərbaycan Respublikası, Masallı rayonu.
X X X
Cənab Ali Bas Komandan.
Mən Kəlbəcər rayonundan məcburi köçkünəm. Azərbaycan Ordusunun torpaqlarımızı düşməndən azad etmək uğrunda uğurlu əməliyyatlarını diqqətlə izləyirəm və o döyüşlərdə iştirak etmək arzusundayam. Sizdən xahiş edirəm, səfərbərliklə bağlı əmr verin. Mən Qarabağ uğrunda döyüşlərdə iştirak etmək istəyirəm.
Hörmətlə,
Süleymanlı Süleyman Asif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qala qəsəbəsi
X X X
Cənab Ali Baş Komandan.
Bu gün Vətənimizin ərazi bütövlüyünün təmin olunmasında yüksək səviyyədə apardığınız daxili və xarici siyasəti dəstəkləyirik. Uzun illərdir erməni işğalı altında qalan Qarabağ torpağının azad olunması uğrunda başlayan hərbi əməliyyatlarda iştirak etməyə hər an hazırıq. Bu gün cəbhədə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlara biz də bir azərbaycanlı və keçmiş döyüşçülər kimi sevinirik və qürur hissi keçiririk.
Cənab Ali Baş Komandan, 1991-1994-cü illərdə torpaqlarımızın müdafiəsi uğrunda vuruşmuş döyüşçülər kimi səfərbər olunmaq üçün hər an əmrinizi gözləyirik.
Tanrı Sizə və xalqımıza kömək olsun, Allah Sizi qorusun.
Hörmətlə,
Əli Eyvazov, İlham Əliyev, Cəbrayıl Əliyev, Əlövsət Qasımov, Rövşən Vəliyev, Bayram Afurcalı və s.
"Qarabağ həqiqətlərini beynəlxalq aləmə tanıtma" İctimai Birliyinin üzvləri.
Azərbaycan Respublikas, Bakı şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Sizi və Sizin simanızda Azərbaycan xalqını təbrik edir, firavan həyat arzulayıram. Allah Sizi bu dövlətin başından əskik etməsin. Amin!
Eşq olsun məğrur Azərbaycan əsgərinə ki, o cür hünərlə ermənini çox asanlıqla məyus etdi. Onları böyüdən ana və ataya halal olsun. Ən əsası biz fəxr edirik ki, Sizin kimi çox güclü prezidentimiz və ordumuz var. Allah Azərbaycanı həmişə firavan yaşatsın! Bu məktubu yazmaqda məqsədim həm də ondan ibarətdir ki, çox istərdim mən də bir vətən oğlu kimi Azərbaycan Respublikasına xidmət edim. Bu sözləri fəxrlə deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun və biz Azərbaycan xalqına da səbr versin. Bir daha Sizi və xalqımızı təbrik edirəm.
Hörmətlə,
Səfiyev Rasim İsmayıl oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndi.
X X X
Salam, cənab Prezident!
Mən ABŞ-da yaşayan amma hər zaman qəlbi Azərbaycanla döyünən bir həkiməm. Bu günlərdəki hadisələri yaxından izləyirəm. Bir qadın və ana kimi itirdiyimiz əsgərlərə ürək ağrısı ilə yanaşsam da, bir anlıq aldıqları yüksəkliklər, üstünlük əldə eləməkləri məni bir az daha təskinlik tapmama səbəb olur. Başda Siz olmaqla ordumuzu ürəkdən dəstəkləyir, Sizə yeni uğurlar arzu edirəm. İnsallah, növbəti məktubum qələbə munasibətli məktub olar.
Cənab Prezident, sadəcə düşünürəm ki, bu məcburi xidmətlərini ön cəbhədə keçən gənclərimizin aralarında həqiqətən potensiallı cavanlar var və bunlar onlarladır. 700 bal ilə universitetlərin birinə daxil olan və hərbi xidmətini 3 aya bitirəcək bir gəncin şəhid olması xəbəri mənə pis təsir etdi. Şəxsən tanımıram, amma "Allah rəhmət eləsin" deyəndən sonra, içimdən "heyif belə kadrdan" demək keçdi. Allah Sizə güc-güvvət versin. Unutmayın, biz hər zaman ətrafınızdayıq.
Hörmətlə,
Məmmədova Aytən Sirac qızı, həkim.
ABŞ, Falls Church Virginia.
X X X
Çox hörmətli cənab Prezident.
Azərbaycan Milli Ordusunun erməni işğalçılarına vurduğu zərbə xalqımızı böyük ruh vermişdir. Xalqımız həsrətində olduğu kəndlərdə, yüksəkliklərdə üçrəngli bayrağımızı görüb sevinir. Düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi xalqımızın inamını artırmışdır. Bu, qələbəmizin yaxında olduğunu göstərir. Xalqımız Sizin rəhbərliyinizlə öz torpaqlarını işğaldan azad edəcək. Biz Sizin əmrinizə hazırıq. Allah əsgərlərimizə güc-qüvvət versin, şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
Qasımov Cabir, ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Son günlər cəbhədə baş verən hadisələrlə əlaqədar həm verdiyimiz şəhidlərə görə dərin kədər hissi keçiririk, həm də qazandığımız qələbələrdən qürur duyuruq. Vətən uğrunda döyüşə getməyə hər an hazırıq. Səbirsizliklə Sizin əmrinizi gözləyirik. Allah sizə cansağlığı, Ordumuza qüvvət versin.
Məmmədov Nicat.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
X X X
Hörmətli cənab Prezident.
Son günlərdə Milli Ordumuzun düşmənə qətiyyətli cavab verməsi, çox mühüm əhəmiyyətli mövqeləri, yaşayış məntəqələrini düşməndən geri alması xəbərini böyük sevinc və fərəh hissi ilə qarşıladıq. Əsgərlərimiz bu döyüşlərdə əsl qəhrəmanlıq göstərdilər. Düşmənin yüzdən çox hərbçisinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz güclüdür, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Biz buna çox sevinirik. Cənab Prezident, xalqımızla birlikdə biz də Sizin ətrafınızda sıx birləşirik. Sizin əmrinizlə Vətənimin ərazi bütövlüyünü bərpa etməyə, Vətən uğrunda canımızdan keçməyə hazırıq. Allah Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Rəhimov Təhmiraz
Azərbaycan Respublikası, Lənkəran rayonu, Vilvan kəndi.
X X X
Möhtərəm cənab Prezident! Cənab Ali Baş Komandan.
Azərbaycan ərazilərinin erməni quldurlarından təmizlənməsi istiqamətində apardığınız uğurlu siyasət və erməni təxribatına cavab olaraq aprel ayının 1-dən 5-nə kimi davam edən düyüşlərdə qazandığınız qələbə münasibətilə ürəkdən təbrik edirəm. Cənab Ali Baş Komandan, biz peşəkar Qarabağ döyüşçüləri hər an, hər zaman Sizin yanınızdayıq.
Hörmətlə,
Abbasov Zülfüqar Bəhlul oğlu,
ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Salam, cənab Prezident!
1994-cü ildə əsgərliyə getmişəm, 1997-ci ildə hərbi xidmətdən qayıtmışam. Snayperəm. Əgər lazım olsa, canla-başla yenidən Vətənə xidmət eləməyə, onun üçün canımı verməyə də hazıram. Başda Siz olmaqla, şəhid ata və analarına başsağlığı verirəm. Allah rəhmət eləsin, məkanları cənnət olsun.
Hörmətlə,
Musayev Kazım Qurbanəli oğlu.
Azərbaycan Respublikası, Ordubad rayonu, Dəstə kəndi.
X X X
Cənab Prezident.
Sizə müraciət edirəm, razılaşmayın atəşkəsə! Sözünüzü axıra kimi deyin! Axıra kimi gedin! Çünki biz haqq yolundayıq!!! Ay Vətənim, sən qorxma ki, sənin itkilərin çox olacaq. Biz sənin üçün canımızdan keçərik fikirləşmədən!!! Sən təki istə! Yetərincə oğulların var şəhid olmağa, yetərincə oğulların var düşməni məhv etməyə. Biz Sizə, öz dövlətimizə inanırıq və onun arxasında dururuq!!! Amma bu millətə rəhminiz gəlsin! Elan edin müharibəni. Erməniyə gülüş hədəfi olmaqdansa, mən döyüşdə canımı Vətən uğrunda verərəm. İstənilən an döyüşə hazıram. Sözlərimi tam ciddi olaraq deyirəm. Mən Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini Məcidov Cavid Sahid oğlu istənilən an Vətən uğrunda qan tökməyə və can verməyə hazıram və mən tək deyiləm. Minlərlə gənc oğullarımız var. İrəli addımla ancaq, Azərbaycan. Qurda-quşa yem olma bu dəfə!
Hörmətlə,
Məcidov Cavid Sahid oğlu, ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Ağdaş rayonu.
X X X
Hörmətli cənab Prezident, Ali Baş Komandan,
Sizə məlum edirəm ki, mən ehtiyatda olan hərbi zabit kimi əmrinizi gözləyirəm. Son damla qanımadək düşmənə qarşı mübarizə aparmağa hazıram və mənim təcrübəm Ordumuza lazım olar.
Hörmətlə,
İbrahimov Vüqar Aslan oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Badamdar qəsəbəsi.
X X X
Möhtərəm Prezident, cənab Ali Baş komandan.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır və bu kateqoriyadan olan insanların hüquqlarını müdafiə edir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax Rayon Filialı da Qarabağ Müharibəsi Əlillərinin Veteranlarının və Şəhid Ailələrinin mənafelərini və hüquqlarını müdafiə edir, sosial ictimai və mənəvi problemlərinin daha səmərəli həll olunmasına köməklik göstərir, onları öz ətrafında sıx birləşdirərək bəzi qüvvələrin təsiri altına düşməsinin qarşısını alır.
Möhtərəm Prezident, 2 aprel 2016-cı ildə Ordumuzun cəbhə bölgəsində uğurları, düşməni məhv etməsi biz Qazax rayonunda yaşayan imtiyazlı təbəqəni çox sevindirir. Bizim sizə və ordumuza olan inamını daha da artırır, bizim sabaha, Azərbaycanımızın ərazi bütövlüyünün qısa müddətdə bərpa olunmasına ümidimizi artırır.
Möhtərəm Prezident, Biz, imtiyazlı təbəqə, şəhidlərimizin ruhu qarşısında baş əyirik, onlara Allahdan rəhmət diləyirik. Biz Azərbaycan ordusuna, onun Ali Baş komandanına eşq olsun deyirik. Hər an silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Şair demişkən:
Vətən adı uludursa,
Övlad onun quludursa,
Bu yol haqqın yoludursa,
Şəhid olmaq ölmək deyil.
X.Balayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyinin Qazax Rayon Filialının sədri, istefada olan mayor.
Azərbaycan Respublikası, Qazax rayonu.
X X X
Hörmətli cənab Prezident!
Son günlərdə cəbhə bölgəsində baş verən hadisələr bizə ruh verir. Nəhayət düşmən Azərbaycan əsgərinin zəhmini, gücünü gördü. Çox sag olun ki, Sizin gündəlik qayğınızla Azərbaycan Ordusu güclənərək düşməni əzdi. Düşmənin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edildi. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin, Milli Ordumuzun bundan sonra da qüdrətlənəcəyinə, torpaqlarımızın işğaldan azad edəcəyinə inanırıq. Lazım gələrsə, Sizin əmrinizlə hamımız cəbhəyə getməyə hazırıq. Allah şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
Ağayev Əliziya.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Veravul kəndi.
X X X
Hörmətli cənab Prezident.
Milli Ordumuzun erməni faşistləri üzərindəki tarixi qələbəsi münasibətilə Ali Baş Komandan kimi Sizi və ordumuzun bütün əsgərlərini ürəkdən təbrik edirəm. İşğal olunmuş bütün ərazilərimizin tam azad olunmasını Allahdan arzu edirəm. Sərəncam versəniz, bütün ailəmlə birlikdə döyüşən əsgərlərimizin yanında olmağa hazırıq.
Hörmətlə,
İsmayılov İsa Bəbir oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Şingədulan kəndi.
X X X
Hörmətli cənab Prezident.
Sizə Azərbaycan övladı kimi çox minnətdaram. Siz öz güclü dövlət idarəçiliyinizlə bir daha bütün dünyaya sübut etdiniz ki, Azərbaycan xalqı həm güclü, həm də fəxr ediləcək bir xalqdır. Bizə neçə illər sonra dövlətimizin nə qədər böyük hərbi gücə malik olduğunu əyani şəkildə göstərdiniz. Amma Sizdən bir vətəndaş kimi xahiş edirəm, əgər ermənilər yenidən hər hansı bir təxribata yol verərlərsə, onun qarşısını almaq üçün mənim və ətrafımda olan dostlarımın ön cəbhəyə getməsi üçün göstəriş verəsiniz. Bununla ən böyük arzumu həyata keçirmiş olarsınız. Sizdən bir Azərbaycan övladı kimi xahişim budur ki, kiçik yaşlı övladlarımız böyüyənə qədər canımızın bahasına olsa da Qarabağımızı işğaldan azad edək. Sizin rəhbərliyinizlə bu nailiyyətə varmaq üçün hazırıq. Allahdan arzu edirəm ki, Qarabağımızı geri alaq. Sizinlə xalq olaraq qürur duyuruq. Allah Sizi, ailənizi və bütün Azərbaycan xalqını qorusun.
Hörmətlə,
Abdullayev Elnur Abdulhüseyn oğlu,
Sahibkar.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.
X X X
Hörmətli cənab Prezident!
Mənim 16 yaşım var. Doğrudan da savadınıza, bacarığınıza, bir sözlə, Sizə heyranam. Əsgərlərimiz Qarabağımızı almaq üçün canla-başla döyüşürlər. Bilirəm, qüdrətli ordumuzun mənə ehtiyacı yoxdur. Lakin hərbi müəllimimiz bizi o qədər vətənpərvər böyüdüb ki, lazım gəlsə, mən də xanımlığımla cəbhədə erməni ilə üz-üzə döyüşərəm. Mən Sizə təşəkkür edirəm həm də ona görə ki, yataq xəstəsi olan anam barədə Sizə yazdığımız məktubu boş qaytarmamısınız, əlinizdən gələni əsirgəməmisiniz. Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı və öz adımdan böyük həvəslə deyirəm ki, Sizinlə fəxr edirik, əziz Prezidentimiz!
Hörmətlə,
Atamoğlanova Həyanə Akif qızı,
Şagird.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Həyatımda heç vaxt yaşamadığım xoşbəxtliyi son üç gündə yaşadım. Lakin verilən atəşkəs məni çox təəccübləndirdi. Özümü bir qədər məyus hiss edirəm. Bu səbəbdən sizdən Orduya hücum əmri verməyinizi xahiş edirəm. Məni utandıran qaçqın statusundan xilas edin. Çox xahiş edirəm, Orduya hücum əmri verin. Ümidvaram ki, əhaliyə bu sevincin yaşanmasına səbəb olacaq əmri verəcəksiniz.
Hörmətlə,
Muradov Mehman Şakir oğlu.
Azərbaycan Respublikası, Laçın rayonu.
X X X
Hörmətli cənab Prezident.
Torpaqlarımız uğrunda gedən döyüşlərdə uğurlarımıza görə Sizə öz minnətdarlığımızı bildirirəm. Kəlbəcərdə Murovdağ uğrunda gedən döyüşlərdə II qrup əlil olmuşam. Zəngin döyüş təcrübəm var. Ali Baş Komandan! Sizin əmrinizi gözləyirəm. Hər gün, hər an, hər dəqiqə torpaqlarımızı və dövlətimizi qorumağa hazıram. Əsl qisas vaxtı çatıb. Mən qulluq elədiyim dövrdə, 1992-ci illərdə bizə Sizin kimi prezident lazım idi ki, erməniləri məhv edək. Vətən uğrunda şəhid olmağa hazıram. Təki Vətən sağ olsun!
Hörmətlə,
Əzimov Mahir Tərlan oğlu
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Şirvan rayonu, Bayramlı qəsəbəsi.
X X X
Hörmətli Ali Baş Komandan.
Biz müharibə iştirakçısı və idmançıları cəbhəyanı rayon olan Ağcabədidə istər əvvələr, istərsə də hal-hazırda Sizin əmrinizə hazır olmuşuq ki, xalqımızın əzəli torpaqlarını erməni faşistlərindən geri alaq. Son döyüşlərdə bizim rayondan da şəhidlər oldu. Allah onlara və bütün şəhidlərimizə rəhmət eləsin! Qardaşlarımızın qanı yerdə qalmayacaq!
Hörmətlə,
Ağalarov Əmir Murtuza oğlu,
Qarabağ Müharibəsi Veteranları Birliyinin Ağcabədi Rayon Şöbəsinin sədri, Azərbaycanın Milli Qəhrəmanı E.İsmayılov adına İdman klubunun təsisçisi, keçmiş hərbi hissə komandiri
Allahverənov Ələsgər Əlican oğlu,
II qrup Qarabağ müharibəsi əlili, keçmiş bölük komandiri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
X X X
Hörmətli cənab Prezident!
Azərbaycan xalqı Sizinlədir. Nə vaxt əmr versəniz, Qarabağı azad etməyə hazırıq. Bu sözlər ürəkdən gəlir. O ürəkdən ki, 20 ildən çoxdur Qarabağ həsrəti ilə alışıb-yanır, düşmənin zorakılığına dözə bilmir. Çox sag olun! Allah Sizə kömək olsun!
Hörmətlə,
Bayramov Elxan Ələmdar oğlu, təqaüddə olan baş polis serjantı.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Mən ailənin tək övladı olsam da, Dağlıq Qarabağ problemi ilə əlaqədar hansı vaxt əmr versəniz, döyüşə getməyə hazıram.
Cənab Prezident, biz hər zaman Sizi dəstəkləyirik. Azərbaycan nə qədər sülhsevərdirsə, bir o qədər də döyüşkən xalqdır. Bütün dünya bunun şahidi oldu.
Hörmətlə,
Əmiraslanov Vüqar Ədalət oğlu.
Azərbaycan Respublikası, Hacıqabul rayonu.
X X X
Möhtərəm Prezident.
Son günlərdə işğalçı Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmiş, təmas xəttində yerləşən mövqelərimizə hücum çəkərək yaşayış məntəqələrini atəşə tutmuş, nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak olmuşlar. İşğal olunmuş əraziləri hərbi güc yolu ilə azad etmək qüdrətinin olmasına baxmayaraq, hər zaman sülh siyasətini dəstəkləyən Azərbaycan ordusu dinc əhalini qorumaq məqsədilə törədilən bu təxribatlara qarşı zəruri cavab tədbirləri görərək öz hərbi gücünü düşmənə göstərmişdir. Erməni təxribatçılarına layiqli cavab verən qəhrəman ordumuz daha əlverişli hərbi mövqelər tutaraq təmas xəttində Azərbaycanın üstünlüyünü daha möhkəmləndirmişdir. İşğalçı erməni təxribatına cavab olaraq aparılan bu döyüşlər nəticəsində Azərbaycan ordusu böyük hərbi uğurlar qazanmışdır. Biz - Azərbaycan ağsaqqalları əldə olunan bu nailiyyətlərə görə, ordumuzu və Azərbaycan xalqını təbrik edirik və əminik ki, Sizin - Ali Baş Komandanımızın rəhbərliyi altında ordumuz daha böyük qələbələr qazanacaqdır.
Cənab Ali Baş Komandan, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törətdiyi təxribatların davam etdiyi və Azərbaycan Silahlı Qüvvələrinin zəruri cavab tədbirlərinin həyata keçirildiyi bu dövrdə Respublika Ağsaqqallar Şurası üzərinə düşən vəzifələri yerinə yetirmək üçün göstərdiyi ictimai-siyasi fəaliyyəti intensivləşdirərək xalqımızın, xüsusilə də gənclərimizin milli həmrəylik və hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə daha da əzmlə çalışacaqdır. Sizi hər zaman ürəkdən dəstəkləyən, Azərbaycanın gələcək uğurlarının təntənəsinə, Vətənimizin çiçəklənməsinə çalışan Azərbaycan ağsaqqalları bu gün də Sizin - Respublika Prezidenti cənab İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir və xalqımızın haqq işinin dəstəklənməsi yolunda bütün vətənpərvərləri Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırırıq.
Dərin hörmət və səmimiyyətlə,
Heydərov Fəttah,
Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyevin uğurlu davamçısı, cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik və Sizə inanırıq. Sizin bir kəlməniz yetər bizə. Biz çox şadıq ki, Sizin kimi prezidentimiz var. Hər an, hər dəqidə şəxsən mən Sizin yolunuzda və əmrinizlə Vətən uğrunda döyüşməyə, şəhid olmağa hazıram.
Hörmətlə,
Poladov Aqşin Səfərəli oğlu, səhiyyə işçisi.
Azərbaycan Respublikası, Şirvan şəhəri.
X X X
Hörmətli cənab Prezident! Cənab Ali Baş Komandan.
Mən də bir gənc olaraq cəbhədəki gərgin vəziyyətdə bizim qeyrətli hərbçilərimizlə çiyin-çiyinə vuruşmaq istəyirəm. Mən 2007-ci ilin oktyabr ayında hərbiyə çağırıldım. Lakin həmin ərəfələrdə atamı itirdiyim üçün ailə vəziyyətimə görə dövlətim məni nəzərə aldı və hərbidə xidmətimi müvəqqəti təxirə saldı. Lakin bu gün vətənimin bugünkü gərgin vəziyyətində orada şəhid olmaq istəyirəm. Şəhid Mübariz kimi qeyrətli oğullarımız çoxdur və mən də onlardan biri. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların ailələrinə səbr versin. Cənab Prezident, biz gənclər Vətən eşqiylə alovlanıb yanırıq. Siz yetər ki, əmr verin biz yeri gələrsə, Vətəni qorumaq üçün əliyalın olsa belə düşmənin üzərinə qorxmadan gedərik. Mən özüm ailəliyəm və öz xanımımla hazırıq ki, Vətənin dadına çataq!
Hörmətli Prezident, biz gənclər hər zaman Sizin və üçrəngli bayrağımızın yanındayıq. Vətənə canımız fəda. Biz könüllülərin sayı çoxdur və bir əmrinizi gözləyirik. Allah Sizdən və əsgərlərimizdən muğayat olsun. Amin.
Hörmətlə,
Qasımov Cavid Namizəd oğlu.
Azərbaycan Respublikası, Şirvan şəhəri.
X X X
Çox hörmətli cənab Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyev.
Bir vətəndaş kimi özümə borc büldiyim üçün müraciət edirəm.
Əziz Ali Baş Komandan, bizə məlumdur ki, yerləşdiyimiz coğrafi mövqe bizi daim ədalətsiz təzyiqlərlə qarşı qarşıya qoyur. Mən başa düşürəm ki, bəzi qonşu ölkələr hərbi cəhətdən bizdən üstündür. 02.04.2016-cı il tarixində baş verənlər, ardından bu ölkələrin ədalətsiz təzyiqi göz qabağındadır. Allaha şükür ki, millətimizin vətənpərvərlik ruhu çox yüksəkdir. Baş verən bu son hadisələr daha da yüksək olmasına səbəb oldu. Çox sağ olun, təşəkkür edirəm. Mən də gecə-gündüz düşünürəm həmişə necə çətin durumda tək olduğumuzu başa düşürəm indi. Bu məktubu gözüm dolaraq yazıram, çünki Sizə inanıram. Çingiz Xan balaca bir qəbiləni dünya imperiyasına çevirmişdi. Bizim niyyətimiz dünya imperiyası olmaq deyil, Vətənimizdən zorla qoparılan torpaqları azad etməkdir. Bizim Sizin kimi Ali Baş Komandanımız var. Biz bacaracağıq.
Hörmətlə,
Abdullayev Zamin Əhmədağa oğlu, sahibkar.
Azərbaycan Respublikası, Sabirabad rayonu.
X X X
Salam cənab Prezidentimiz.
Biz bu gün Azərbaycan adlı güclü dövlətdə yaşayırıqsa, buna görə ilk növbədə Ulu Öndərimiz Heydər Əliyevə və onun davamçısı olaraq Sizə borcluyuq. Əmin-amanlığı gördük, müstəqil dövlətdə yaşadıq. Amma içimiz qan ağlayır. Torpaqlarımız erməni işğalçılarının əlindədir. Şükür bu günümüzə ki, yüksəkliklər, yaşayış məntəqələri aldıq. Şəhidlərimizin yeri cənnət olsun. Özüm ehtiyatda olan əsgərəm. Vətən eşqiylə alışıb-yanıram. Azərbaycanın igid oğulları hər an hazır və Sizin əmrinizi gözləyir. Biz ermənilərdən heç bir zaman qorxmadıq və qorxmayacağıq da. Allah Sizi başımızın üstündən bir an belə əskik eləməsin. Daima belə hünərli və mərd olun, cənab Prezidentimiz.
Hörmətlə,
Bəşirov Ülvi Fuad oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.
X X X
Azərbaycan Respublikasının Ali Baş Komandanı.
Sizi və xalqımızı cəbhədə irəlilədiyimizə görə təbrik edirəm. Mən 11-ci sinif şagirdiyəm. Ürəyi Sizinlə, əsgərlərimizlə və aldığımız yeni torpaqlarla döyünən bir azərbaycanlıyam. Qulağım Sizin "İrəli!" sözünü eşitmək istəyən sadə kəndli övladıyam. Hər gün atəşkəs ermənilər tərəfindən pozulur.
Cənab Ali Baş Komandan! Sizdən çox xahiş edirəm, məni də cəbhəyə, igid əsgərlərimizin yanına göndərin. Yaş! Yox, yaşım az olsa da, ürəyim böyükdür. Əlim silah tutur, ürəyim Vətən eşqi ilə döyünür. Sonu ölüm olsa belə, bu yoldan dönmərəm. Düzdür, mən orada doğulmamışam. Amma mənim anam - Ağdam, atam - Şuşa, özüm isə - Xankəndiyəm. Vətən sağ olsun.
Hörmətlə,
İsmayılov Elyar Eldəniz oğlu, 11-ci sinif şagirdi.
Azərbaycan Respublikası, Goranboy rayonu, Nadirkənd kəndi.
X X X
Salam cənab Prezident.
Mən şairtəbiətli insan olaraq son hadisələri poetik tərzdə ifadə etmək istərdim. Vətənimizin bütün igid və qəhrəman oğullarına həsr etdiyim kiçik şeri Ali diqqətinizə təqdim edirəm.
Get Vətənə tez borcunu ver, oğlum,
Mən öyünüm səninlə əsgər, oğlum.
Bil, sənə haqqımı halal eylədim.
Qoy ellər desin sənə "Əsgər oğlum".
Bu Torpaq, sarıl silaha, bizimdir.
Qarabağ candan da baha, bizimdir.
Sən yadından çıxarma ha bizimdir.
Ağdam, Laçın, Şuşa, Kəlbəcər, oğlum!
Qoydum adını Fədai - geri dönməz,
Şəhidlər ölməzdir, Vətən bölünməz,
Qartal uçan yerdə ilan görünməz,
Düşmənin başın əz, cəngavər oğlum!
Hörmətlə,
Həsənov Anar Vahid oğlu
Azərbaycan Respublikası, Ağcabədi rayonu
X X X
Hörmətli cənab Prezident.
Sizin dediyiniz kimi, silahlı qüvvələrimizin əzmkarlıq sayəsində azad etdikləri yüksəkliklər xalqımızın qələbəsidir. Dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün etdikləriniz bizi çox sevindirir. Allah Sizin köməyiniz olsun! Hər bir azərbaycanlı kimi mən və ailəm də Sizi və siyasətinizi dəstəkləyir, torpağımızı mənfur düşmənlərdən təmizləmək üçün çox səbirsizliklə əmrinizi gözləyirik. Nə xoşbəxt bizlərə ki, Sizin kimi uzaqgörən dövlət başçımız var. Allah Sizi var etsin!
Hörmətlə,
Şirinov Anar Şahmurad oğlu.
Azərbaycan Respublikası, Beyləqan rayonu, Allahyarlı kəndi.
X X X
Cənab Ali Baş Komandan.
Sizin yürütdüyünüz hərbi siyasəti bütün Azərbaycan xalqı alqışlayır. Bizə Dədə Qorquddan, oğuz elindən qalıb Azərbaycan. Əcdadlarımızın məzarı, şəhidlərimizin ruhu Qarabağdadır. Azərbaycan bölünməz, Qarabağ ayrılmaz. Yaşasın Azərbaycan, yaşasın İlham Əliyev!
Hörmətlə,
Pirəliyev Nəriman Pirəli oğlu,
II qrup əlil.
Azərbaycan Respublikası, Qusar rayonu.
X X X
Hörmətli cənab Prezident və Ali Baş Komandan.
Müraciətim Sizə ondan ibarətdir ki, Qarabağ torpağının azad olunması üçün hər an bir müsəlləh əsgər olaraq hazıram və Sizin əmrinizi gözləyirəm. Hərbiyə yararlı olduğum üçün bu gün ehtiyatda qalmaq mənə ağır gəlir. Hər kəs Sizin - cəsarətli Ali Baş Komandanımızın müsəlləh əsgəri olmaq həvəsindədir. Bu milli ruhu yaratdığınız üçün çox sağ olun!
Hörmətlə,
Rüstəmov Allahyar Soltan oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, Füzuli rayonu.
X X X
Hörmətli cənab Prezident.
Sizdən xahiş edirəm ki, məni könüllü olaraq cəbhəyə göndərəsiniz. Düşmənləri torpaqlarımızdan çıxarmağın vaxtı çatıb. Mən Qubadlı rayonundanam, iki uşaq atasıyam. Cəbhədə şəhid olanlardan artıq deyiləm. Odur ki, xahişimi cavabsız qoymamağınızı istəyirəm.
Hörmətlə,
Xanlarov Rauf.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik. Sizi çox sevirik. Qadın olmağıma baxmayaraq, mən də döyüşlərdə iştirak etmək istəyirəm. Siz sərəncam imzalayın, mən Vətən üçün canımı qurban verməyə hazıram. Qarabağ bizimdir, bizim olacaq!
Hörmətlə,
Əlizadə Aytac.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
X X X
Hörmətli cənab Prezident, Ali Baş Komandan.
Mən Kürdəmir rayonu Köhünlü kəndində doğulub boya-başa çatmışam. Ali təhsilimi bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində 2013-2014-cü illərdə həqiqi hərbi xidmət keçmişəm. Hazırda ailəliyəm. Övladım yoxdur. Mən bu ölkənin gənclərindən biri olaraq, Sizə yazıb xahiş edirəm ki, başladığınız bu uğurlu əməliyyatları 20 ildən çoxdur ki, heç bir səy göstərməyən, hətta gizlində erməni vandallarını dəstəkləyən, ikili mövqe tutan ATƏT-in Minsk qrupu nümayəndələrinin sözlərinə inanaraq kəsməyək, daha da irəliləyək. Başladığımız bu uğurlu əməliyyatları Sizin başçılığınızla davam edək. Hər bir azərbaycanlı, damarlarında Azərbaycan qanı axan qardaşlarımız kimi mən də Sizin əmriniz olduğu dəqiqədə, ümumiyyətlə ehtiyac olan hər an orduya yenidən qayıtmaq və torpaqlarımız uğrunda canımdan, qanımdan, ailəmdən belə keçməyə hazıram. Biz Sizi dəstəkləyir və əmrinizi gözləyirik. Xahiş edirəm biz gənclər də, uşaqlar da, böyüklər də, qocalar da ümumi olaraq respublikanın hər bir yerində yaranmış bu əhval-ruhiyyədən, gücdən, birlikdən maksimum istifadə edək, əzəli torpaqlarımızı, dədə-baba yurdlarımızı erməni vandallarından, başında bir terrorist, uşaq qatili duran şərəfsizlərdən azad edək. Sizi dəstəkləyən Azərbaycan gənci. Canlı yayımda səfərbərlik əmrinizi ən tez müddətdə görmək ümidi ilə. Uğurlar hər birimizə.
Hörmətlə,
Alıyev Sadiq Vaqif oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.
X X X
Mən hərbi xidmətimi yerinə yetirmişəm, kəşfiyyatçı olmuşam. Hazırda ehtiyatdayam. Ağdamın Yusufcanlı bölgəsində və Beyləqanda təlim keçmiş kəşfiyyatçı kimi Sizin əmrinizi gözləyirəm. Şəhidlərin qanı yerdə qalmayacaq.
Cənab Ali Baş Komandan, döyüşlərdə iştirak etmək istəyirəm.
Hörmətlə,
Əliyev Şöhrət Şikar oğlu, ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Mən əlili Azərbaycan Ordusuna qəbul edərsinizsə, canımdan belə keçməyə hazır olduğumu bildirmək istəyirəm. Düzdür, insanlar mənə "Azərbaycan Ordusunun sənin kimi əlil birinə ehtiyacı yoxdur" desələr də, mən yenə də Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyev cənablarına inanıram ki, istəyimi yerinə yetirmək üçün lazımi köməkliyi əsirgəmiyəcək. Vətənimə, millətimə, torpağıma, bayrağıma canım fəda olsun! Düşmən əsgərindən özümü daha hünərli və yararlı hesab edirəm.
Hörmətlə,
İsmayılov Adil Mövsüm oğlu.
Azərbaycan Respublikası, Göygöl rayonu, Balçılı kəndi.
X X X
Hörmətli cənab Prezident.
Xahiş edirik, cəbhə fondu yaradılsın və biz sahibkarlar ordumuza dəstək olaq. Vətən uğrunda döyüşə getməyə hazırıq.
Hörmətlə,
Nəzərov Qurban Əminağa oğlu, sahibkar.
Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.
X X X
Salam, hörmətli Azərbaycan Prezidenti.
Cənab Prezident, ordumuz düşmənə qarşı vuruşaraq əldə etdiyi nailiyyətlərə görə xalqı təbrik etdiniz. Bu nailiyyətlərin səbəbkarı Sizsiniz. Buna görə də mən də Sizi təbrik edirəm. İnsanlarda çox yüksək əhval-ruhiyyə var, hamı döyüşə hazırdır. Cənab hörmətli Prezident, dayanmaq lazım deyil, səfərbərlik elan etmək lazımdır, yalnız irəli addımlayaraq Dərələyəz mahalından keçərək Qarabağı Naxçıvanla əlaqələndirmək lazımdır. Cənab Prezident, gözüm xəstə olmağına baxmayaraq xahiş edirəm ki, məni müharibəyə göndərin. Mən Yeni Azərbaycan Partiyasının üzvü, "Dərələyəz" qəzetinin müxbiri, şair, qızıl qələm mükafatçısı, keçmiş Qarabağ döyüşçüsü kimi Vətən yolunda hər an döyüşməyə hazıram. Mən bir siyasətçi kimi Sizi şücaətinizə görə alqışlayıram və vətənpərvərliyiniz qarşısında baş əyirəm. Şəhid olsaq da təki Vətən sağ olsun, türk dünyası sağ olsun. Hər şey Vətən, millət naminə! Allah bu haqq işdə köməyiniz olsun! Allah Sizi cəmi bəlalardan hifz etsin! Mən vergili insanam, bunu ürəkdən dedim. Qəlbim Sizin üçün dua etdi, qəti qorxmayın, dualarım Sizin köməyinizdir. Belə də davam edin.
Hörmətlə,
Kərimov Habil Şahlar oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır qəsəbəsi.
X X X
Çox hörmətli Prezident.
Sizə Amerika Birləşmiş Ştatlarındakı Nüvə Sammitindəki çıxışınızı böyük qürur hissi ilə dinlədim. Azərbaycan dövlətinin memarı Heydər Əliyev kursunun layiqli davamçısının bu dərəcədə qətiyyətli və xalqına sədaqətli olması bizi son dərəcə qürurlandırır, ruhlandırır, bir millət kimi yaşamağa ümid verir. Sizinlə fəxr edirik, bu çətin və şərəfli xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun. Dövlətçiliyimizin möhkəmləndirilməsində Sizin sədaqətli əsgərinizəm.
Mən daxili işlər orqanlarında xidmət etmişəm, hazırda təqaüddəyəm, polis veteranı kimi dövlətçilik naminə əlimdən gələni əsirgəmirəm. Mənim kimi minlərlə təqaüddə olan polis əməkdaşları özlərini dövlətin mətin əsgərləri kimi hiss edirlər.
Bu gün Ordumuzun cəbhə xəttindəki uğurları Sizin müdrik siyasətinizin bəhrəsidir. Arzu edirəm ki, Böyük Vətən müharibəsində Qələbə günü Qızıl meydanda alman faşistlərinin bayraqlarını rüsvayçı formada ayaqlar altına atıldığı kimi, Sizin rəhbərlik etdiyiniz dövrdə erməni işğalçılarının bayraqları da ulu öndərimizin abidəsi önündə ayaqlar altına atılsın.
Torpaqlarımızın bütövlüyü uğrunda canını belə əsirgəməyən övladlarımızın vətənpərvər ruhda böyüməsi, qəhrəmanlıq göstərməsi Sizin əməyinizin bəhrəsidir.
Mən qürur hissi ilə bildirir və fəxr edirəm ki, Sizin kimi müdrik, qətiyyətli, xalqını və dövlətini sevən ölkə başçımız, rəhbərimiz var.
Ölkənin çiçəklənməsi və xalqın güzəranının daha da yaxşılaşması uğrundakı xidmətlərinizdə Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Hüseynov Balakişi Abış oğlu, istefada olan polis veteranı.
Azərbaycan Respublikası, Masallı rayonu.
X X X
Möhtərəm cənab Prezident.
Aprelin əvvəlində Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun erməni birləşmələri tərəfindən işğal olunmuş ərazilərimizin azad olunmasında - Dağlıq Qarabağda göstərdiyi şücaət bütün ölkə vətəndaşları kimi, Avstraliyada yaşayan azərbaycanlıları da qəlbən sevindirdi. İnanırıq ki, qələbəmizin ilk qaranquşu olan bu xəbərlərin ardı tezliklə Şuşadan, Cıdır düzündən gələcəkdir. Azərbaycan əsgərinin son günlərdəki zəfəri bunu bir daha sübut edir.
Cəbhə xəttindən gələn xoş xəbərlər buradakı Azərbaycan eşqi ilə yaşayan Avstraliya vətəndaşlarına bölgə həqiqətlərini ölkə ictimaiyyətinə daha əzmlə çatdırmaq üçün yeni stimul verir. Avstraliya siyasi rəhbərliyinin və Xarici İşlər Nazirliyinin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməsi faktı da bizim respublikamızın haqlı mövqeyini bu ölkədə təbliğ etmək imkanlarımızı qat-qat artırmışdır.
Əziz Prezident, ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa olunacağı günü səbirsizliklə gözləyən bütün dünya azərbaycanlıları kimi, biz də Ordumuzun bu qələbəsinə ürəkdən sevinir, Sizi və Sizin şəxsinizdə bütün xalqımızı səmimi qəlbdən təbrik edirik.
Hörmətlə,
Rzayeva Aydan,
Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təsisçisi.
Avstriya İttifaqı.
------------
15:25
Hörmətli Cənab Prezident.
Biz Quba rayon Əfqanıstan müharibəsi veteranları Sizin yürütdüyünüz daxili və xarici siyasəti yaxından izləyir və ürəkdən dəstəkləyirik. Müharibə təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir və Sizin arxanızdadır. Biz Sizə inanır və güvənirik. Yaşımızın 50-dən çox olmasına baxmayaraq, Qarabağımızı erməni işğalçılarından təmizləyərək, onları Ermənistanın paytaxtına kimi qovmaq enerjisini özümüzdə saxlamışıq. Bizə hər zaman güvənə bilərsiniz. Rəşadətli Ordumuzun Sizin komandanlığınız altında cəbhədə apardığı uğurlu hərbi əməliyyat bizi qürurlandırdı. Biz Sizinlə qürur duyur və bu münasibətlə Sizi təbrik edirik.
Hörmətlə,
Məlikov Elmar, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Quba rayon filialının sədri
Azərbaycan Respublikası, Quba rayonu
x x x
Hörmətli cənab Prezident.
Yazıb sizdən xahiş edirəm ki, ölkəmiz üçün bu çətin günlərdə mənim də Vətən, torpaq uğrunda ordu sıralarına qoşulub düşmənlə mübarizə aparmağıma icazə verəsiniz. Azərbaycan oğlu olaraq belə bir vəziyyətdə düşmənin təxribatlarını kənardan izləmək mənim üçün çətindir. Xahiş edirəm, mənə və mənim kimi minlərlə gəncimizə düşmənlə üz-üzə döyüşmək üçün əmr verəsiniz.
Hörmətlə,
Mirzəyev Azər Əlimərdan oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu
x x x
Cənab Ali Baş Komandan, möhtərəm Prezidentimiz.
Uğurlu siyasətinizin məntiqi nəticəsi olaraq cəbhədə əldə etdiyimiz uğurlara görə Sizi səmimi qəlbdən təbrik edirəm. Mən əmrinizlə xidmət etməyə hər an hazıram.
Hörmətlə,
Hüseynov Elmar Knyaz oğlu, "Azərbaycan bayrağı" ordenli ehtiyatda olan polkovnik, müharibə veteranı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
x x x
Cənab Ali Baş Komandan İlham Əliyev.
Sizin əmrinizlə mən ordu sıralarına qatılmağa hazıram. Vətənimizin hər qarış torpağının düşmən tapdağından azad olunması üçün əlimdən gələni edəcəyimə söz verirəm.
Hörmətlə,
Mahmudov Mahmud Namiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Əhmədli qəsəbəsi
x x x
Hörmətli cənab Prezident.
Ordumuzun cəbhədəki qələbəsinə ürəkdən sevinirik. Bu münasibətlə Sizi təbrik edirik.
Mən və mənim kimi digər gənclər könüllü olaraq Vətənimizin bütövlüyü uğrunda cəbhəyə yollanmağa hazırıq. Yaşasın Azərbaycan xalqı, yaşasın Prezidentimiz cənab İlham Əliyev!
Hörmətlə,
Zaidov Cavid Əliqəmə oğlu.
Azərbaycan Respublikası, İmişli rayonu
x x x
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev,
Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Hazırda Livan Respublikasında yaşayıram. Son günlər cəbhədə baş verən döyüşlərdə Azərbaycan Ordusunun qələbəsi bizi çox sevindirir. Məlumat üçün bildirim ki, biz Livanda yaşayan Azərbaycan vətəndaşları, Azərbaycandan uzaqlarda yaşamağımıza baxmayaraq, ürəyimiz hər zaman Vətənimiz ilə döyünür.
Qarabağ dedikdə, hər kəs müxtəlif hisslər keçirir. Kimisi kədərlənir, kimisi isə gəncliyini və uşaqlığını xatırlayır. Atalar yaxşı deyiblər ki, özgə atına minən tez düşər. Özgənin torpağında hökmranlıq etmək, yurd-yuva qurmaq, ondan bəhrələnmək də baş tutan iş deyil. Bu gün bizim Xankəndi, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, eləcə də bir sıra digər şəhər və rayonlarımızla yanaşı, gözəl Şuşamız da işğal altındadır. İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq. Allah bütün hərbçilərimizin və cəbhəyə yaxın yaşayan sakinlərimizin köməyi olsun. Biz sizinlə fəxr edirik, cənab Prezident, Allah Sizi qorusun!
Hörmətlə,
İrina Çerçintseva-Beaino Anatoli qızı
Livan Respublikası, Beyrut şəhəri
x x x
Cənab Ali Baş Komandan,
Mən müharibə veteranıyam, 1992-ci ildən atəşkəsə qədər döyüşlərdə iştirak etmişəm. Bütün hərbi texnikaları idarə edə bilirəm. Sizin əmrinizlə döyüşə getməyə hazıram.
Hörmətlə,
Salayev Ceyhun Soltanağa oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Türkəkəran kəndi
x x x
Cənab Ali Baş Komandan.
Bu günlərdə cəbhədə gedən döyüşlər, düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlı kimi məni də ürəkdən sevindirir. Lakin bu prosesləri televiziya və ya internet qarşısından izləmək mənə çox ağır gəlir. Bir azərbaycanlı kimi orada döyüşməyi, düşmənlə üz-üzə durmağı özümə borc bilirəm və buna hazıram. Mən əminəm ki, nankor düşmənlərimiz bundan sonra da layiqli cavablarını alacaqlar.
Cənab Ali Baş Komandan, bütün dünya azərbaycanlıları Sizinlə fəxr edirlər.
Hörmətlə,
Qasımzadə Əli Məmməd oğlu.
Azərbaycan Respublikası, Lənkəran şəhəri
x x x
Salam, cənab Prezident,
Azərbaycan vətəndaşı olmağımla qürur duyur və fəxr edirəm. Vətənim, torpağım və millətim uğrunda canımı verməyə hazıram. Azərbaycan xalqının həmrəyliyini sözlə ifadə etmək mümkün deyil. Mən də bu dövlətin bir vətəndaşı və əsgəri kimi Sizin əmrinizi gözləyirəm.
Allah millətimizi, dövlətimizi və Sizi qorusun! Yaşasın Azərbaycan!
Hörmətlə,
Cəfərzadə Anar İbrahim oğlu
Ehtiyatda olan zabit
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu
x x x
Möhtərəm cənab Prezident!
Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində yaşayan və təhsil alan yüz minlərlə həmvətənimiz erməni təxribatının qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirlərini dəstəkləyir, sürətli əks-həmlə zamanı strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqəsinin düşməndən tam azad olunması xəbərinə sevinir, döyüş tapşırığını yerinə yetirərkən şəhid olan əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyir.
Cənab Ali Baş Komandan, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Sizin uğurla davam etdirdiyiniz diaspor siyasətinin nəticəsidir ki, Rusiyada və digər ölkələrdə yaşayan yüz minlərlə azərbaycanlı Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində səylərinizi dəstəkləyir. Torpaqlarımızın geri qaytarılması hamımızın müqəddəs borcudur. Bu işdə hər zaman Sizin yanınızdayıq. Əmin ola bilərsiniz ki, Azərbaycandan kənarda yaşamalarına baxmayaraq, böyük bir diaspor ordusu Ali Baş Komandanımızın əmrini gözləyir.
Zati-alinizə dərin hörmət və ehtiramla,
Məmişov V.İ. "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədri,
Təhməzov A.S. "Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyəti" Şəhər İctimai Təşkilatının sədrinin müavini
x x x
Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı.
Azərbaycan Ordusunun şərəfli döyüş əməliyyatları hamımızın ürəyindən xəbər verir. Çoxdan idi ki, biz Silahlı Qüvvələrimizin belə şücaətlərinin şahidi olmaq istəyirdik. Mənfur düşməni torpaqlarımızdan qovub çıxarmaq vaxtıdır. Erməni faşistlərinin arxasında indi çox az beynəlxalq güc dayanır. Düşmənin hiyləgərliyi, yalan informasiyaları indi onun özünə qarşı çevrilir. Haqq nazilər, üzülməz. Sizin apardığınız müdrik və uzaqgörən siyasət öz bəhrəsini verib. İndi daha çox ölkə bizim haqq işimizi başa düşür və bizi dəstəkləyir. Bu çətin günlərdə dostlarımızı və düşmənlərimizi bir daha yaxından tanıdıq. Xalqımızın haqq işini müdafiə edənlər getdikcə çoxalır. Bu, Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Əsas odur ki, indi dünya bizi daha çox dərk edir. Düşmənlər isə ordumuzun zəfər yürüşündən təşvişə düşüblər. Cənab Prezident, xalqımız Sizə və qüdrətli ordumuza inanır, Silahlı Qüvvələrimizdən yeni-yeni qələbələr gözləyir. Ordumuzun güclənməsi cənab Prezidentimizin xalqla monolit birliyindən xəbər verir. Bu birlik əbədidir. Bütün varlığımızla Sizin əmrlərinizi yerinə yetirməyə hazırıq. Lənkəranlılar, Lənkəran ziyalıları Sizi ürəkdən dəstəkləyirlər. Qoy ən böyük zəfərimiz Qarabağımızın düşməndən azad edilməsi olsun!
Hörmətlə,
Hüseynov Bəxtiyar Baloğlan oğlu, Azərbaycan Respublikası, Lənkəran rayonu
x x x
Cənab Ali Baş Komandan,
Biz Sizin siyasətinizi dəstəkləyir və Sizin əmrlərinizi yerinə yetirməyə hazırıq. Əminik ki, tezliklə torpaqlarımızın geri alınması, yəni qələbə xəbərini eşidəcəyik. Azərbaycanımızın keşiyində durmağa, ərazi bütövlüyümüzü qorumağa və canımızdan belə keçməyə daim hazırıq.
Allah Sizi və Azərbaycan xalqını qorusun!
Hörmətlə,
Məmmədov Zaur Zakir oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu
x x x
Cənab Ali Baş Komandan,
Sizi düşmən üzərində qazandığımız qalibiyyət münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Vətənin dar günündə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdiniz. Hər bir azərbaycanlı kimi mən də Sizin rəhbərliyiniz ilə Vətən uğrunda döyüşməyə hazıram.
Allah Sizi və vətənimizi qorusun!
Kərimov Nurlan Qəzənfər oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu
x x x
Salam, cənab Prezident,
Azərbaycan vətəndaşı olmağımla qürur duyur və fəxr edirəm. Vətənim, torpağım və millətim uğrunda canımı verməyə hazıram. Azərbaycan xalqının həmrəyliyini sözlə ifadə etmək mümkün deyil. Mən də bu dövlətin bir vətəndaşı və əsgəri kimi Sizin əmrinizi gözləyirəm.
Allah millətimizi, dövlətimizi və Sizi qorusun! Yaşasın Azərbaycan!
Hörmətlə,
Cəfərzadə Anar İbrahim oğlu
Ehtiyatda olan zabit
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu
x x x
Hörmətli cənab Prezidentimiz,
Mən on ildir ki, Bolqarıstanda yaşayıram. Sofiyada Beynəlxalq İdman Akademiyasını bitirmişəm. İdman üzrə doktorluq dərəcəsi almışam. Son günlər Azərbaycan Ordusunun cəbhə boyu qazandığı qələbələr bütün azərbaycanlılar kimi, bizi ürəkdən sevindirdi. Qazanılmış qələbələr münasibətilə Sizi və bütün Azərbaycan xalqını şəxsən öz adımdan, idman ictimaiyyəti adından təbrik edirəm.
Sizin diqqət və qayğınız sayəsində Azərbaycan dünyada idman ölkəsinə çevrilib. İdmançılar Vətənin müdafiəsinə həmişə hazırdırlar. Əldə olunan bu qələbələr gələcək böyük qələbələrdən xəbər verir. İnanırıq ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəkdir. Azərbaycan xalqı Sizin ətrafınızda daha sıx birləşərək, bütün dünyaya xalqla-rəhbər, xalqla-hakimiyyət birliyini ən yüksək səviyyəsini nümayiş etdirir.
Möhtərəm Prezident, bütün Azərbaycan xalqı Sizinlədir. Əmin olun ki, Vətən uğrunda döyüşməyə həmişə hazırıq.
Dərin hörmətlə,
Asif Əliyev, fəlsəfə doktoru.
Bolqarıstan, Sofiya şəhəri
x x x
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin qətiyyətiniz, uğurlu daxili və xarici siyasətiniz nəticəsində müzəffər Ordumuzun cəbhədə düşmənə vurduğu ağır və sarsıdıcı zərbələr xalqımızın qələbə əzmini yüksəltmiş, böyük qələbəyə inamı daha da möhkəmləndirmişdir. Sizin ətrafınızda birləşən Azərbaycan xalqı və bütün dünya azərbaycanlıları düşmənə son zərbəni vurmaq üçün günləri sayırlar. Sizin böyük sərkərdəlik bacarığınız, qətiyyətiniz və mətinliyiniz cəbhədə Vətən uğrunda döyüşən igid əsgərlərimiz üçün ruh yüksəkliyi yaratmış, onların əzmini artırmışdır.
Cənab Prezident, mən inanıram ki, bu gün ulu öndərin həmişəyaşar xatirəsi qəlbimizdə dərin kök saldığı kimi, onun ruhu da bizimlədir. Çünki Sizin komandanlığınız altında qəhrəman Azərbaycan Ordusu həm də ümummilli liderimizin xəyallarını reallaşdırmaqdadır.
Möhtərəm Prezident, bütün Azərbaycan gəncləri kimi, Qubadlı gəncləri də bu qələbə münasibətilə riqqətə gəlmiş və torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün Sizin əmrinizi gözləməkdədir.
Bu sevinci bizə yaşatdığınız üçün Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
İmanov Savalan Vəlixan oğlu.
Azərbaycan Respublikası, Qubadlı rayonu, Mollabürhan kəndi
x x x
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Son illərdə respublikamızın inkişafı və apardığınız uğurlu siyasətin nəticəsi kimi deyə bilərik ki, ölkəmiz gündən-günə inkişaf edir və çiçəklənir. Əlbəttə, bu inkişaf Ordumuzun qüdrətlənməsinə də öz təsirini göstərib.
Hörmətli cənab Prezident, apardığınız uğurlu siyasət bütün Azərbaycan gəncləri tərəfindən dəstəklənir. Bütün səfərləriniz və beynəlxalq təşkilatlarda uğurlu çıxışlarınız hər bir vətənsevər gənc kimi bizi də sevindirir. Azərbaycan gənci olaraq Sizinlə fəxr edirik. İnanın, Azərbaycan gəncliyi apardığınız uğurlu siyasəti bəyənir və dəstəkləyir.
Cənab Ali Baş Komandan, bir vətəndaş və Sizin sıravi əsgəriniz kimi torpaqlarımızın azad olunması üçün əmrinizi gözləyirik. Əminik ki, Sizin rəhbərliyiniz altında uğurlarımız daha çox olacaq.
Hörmətlə,
Qardaşov Tale Mirzağa oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Əhən kəndi
x x x
Hörmətli Ali Baş Komandan, Sizə müraciət edən üç uşaq anası, Vəkillər Kollegiyasının üzvüdür. Mən və ailəm Sizi cəbhədəki uğurlar münasibətilə təbrik edirik və bu uğurlara görə Sizə minnətdarlığımızı bildiririk. Mənim uşaqlarım vətənpərvərlik ruhunda böyüyürlər. Biz düşməni bir neçə günə tar-mar edəcək gücə və Sizin kimi sərkərdəyə sahib bir xalqıq. Doqquz yaşlı oğlum Beyrək cəbhədən gələn xəbərləri fasiləsiz izləyir. Cənab Ali Baş Komandan, bu gün bizim ailəmizin üzvləri torpaqlarımızın bütövlüyü uğrunda vuruşmağa hazır vəziyyətdədirlər. Əminik ki, torpaqlarımızın düşmən tapdağından tam azad olunacağı gün uzaqda deyil və dəftərlərin, gündəliklərin üzərindəki işğal tarixləri yaxın zamanlarda qələbə tarixi ilə əvəz olunacaq. Sizə təşəkkürümü bildirəm.
Hörmətlə,
Seyidli Səadət Mərhəmət qızı
Azərbaycan Respublikası, Gəncə şəhəri
x x x
Cənab Ali Baş Komandan İlham Əliyev.
İlk növbədə, Sizi Ordumuzun əzmkarlığı, qazandığı bu şərəfli qələbə münasibətilə təbrik edirəm. Sizin baş komandanlığınız əsasında biz 20 ildən artıq işğal altında olan torpaqlarımızın bir hissəsini olsa belə yenidən qaytara bildik. Təəssüflər olsun ki, atəşkəs elan olunduğunu eşitdik. Düşünürəm ki, artıq bıçaq sümüyə dirənib. Xahiş edirəm, döyüş əmrinizi bizə çox görməyin. Yetər ki, Siz əmr edin. Son damla qanımıza qədər vuruşmağa hazırıq.
Mən Azərbaycan Dillər Universitetinin tələbəsiyəm. Heç bir hərbi biliyim, praktik təcrübəm olmasa da, Milli Ordumuza əlimdən gələn hər bir köməyi etməyə hazıram. Biz Sizə, Sizin komandanlığınız altında olan Ordumuza güvənirik. Siz də bizə güvənin, cənab Prezident! Bu savaşı biz başlamamışıq, lakin izn verin, biz sona çatdıraq.
Hörmətlə,
Nəbiyev Nəimi Ağazər oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.
x x x
Hörmətli cənab Prezident.
Milli Ordumuzun uğurlu əks-hücumlarla düşmən ordusu üzərində qələbə qazanması Sizin hərbi gücümüz haqqında dəfələrlə dediyiniz fikirləri tam sübuta yetirdi. Bu münasibətlə Sizi və ölkəmizə baş ucalığı gətirən Milli Ordumuzun şəxsi heyətini təbrik edirəm.
Hörmətlə,
Rzayev Nizami Yolçu oğlu.
Azərbaycan Respublikası, Qubadlı rayonu
x x x
Hörmətli cənab Prezident.
Mən Ordumuzun bu qələbəsinə görə Sizə təşəkkürümü bildirir, başda Siz olmaqla bütün əsgərlərimizə möhkəm cansağlığı arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
Ehtiyatda olan hərbiçi kimi hər an döyüşə getməyə hazıram və bunun üçün Sizin əmrinizi gözləyirəm.
Hörmətlə,
Kərimov Araz Polad oğlu.
Azərbaycan Respublikası, Göyçay rayonu
x x x
Cənab Ali Baş Komandan.
Bildirmək istəyirəm ki, Sizin apardığınız siyasəti bəyənir və dəstəkləyirəm. Ordumuzun bu uğurları münasibətilə bütün xalqımızı təbrik edirəm.
Cənab Ali Baş Komandan, mən də ordu sıralarına qatılmaq, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin səfərbərlik barədə əmrinizi gözləyirəm.
Hörmətlə,
Rüstəmov Cəmil Bəybala oğlu, tələbə.
Azərbaycan Respublikası, Lənkəran şəhəri
x x x
Hörmətli cənab Prezident.
Mən 1994-cü ildə 1998-ci ilədək baş çavuş kimi hərbi xidmət keçmişəm. Bununla belə, Vətən qarşısındakı borcumu tam ödəmədiyimi düşünürəm. Yenidən hərbiyə qayıdaraq ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşmağa hazıram. Siz əmr edin, biz işğal altında olan torpaqlarımızı azad edək.
Sizinlə fəxr edirik, cənab Prezident!
Hörmətlə,
Hacıyev Eldəniz Şəmşir oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Mamusta kəndi
x x x
Hörmətli Ali Baş Komandan,
Sizi salamlayır və xalqımızla birlikdə qələbələrin davamını gözləyirik. Azərbaycan torpağı uğrunda şəhid olmuş hərbçilərə və dinc sakinlərə Allah rəhmət eləsin. Hər an Sizdən səfərbərlik əmrini gözləyirik. Biz Lənkəran sakinləri olaraq torpaqlarımızın azadlığı uğrunda canımızı və qanımızı verməyə hazırıq. Azərbaycan bayrağının düşmən tapdağı altında olan torpağımızın hər bir yerində dalğalanmasını səbirsizliklə gözləyirik. Bütün reportajları televiziya vasitəsilə qürurla izlədik və özümüzü cəbhədə hiss etdik. Var olsun Azərbaycan! Şəhidlər ölməz, Vətən bölünməz! Yaşasın Azərbaycan!
Dadaşov Şakir Əbdüləli oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu
x x x
Hörmətli cənab Prezident.
Neçə gündür ki, sosial şəbəkələr vasitəsilə qələbələrimiz haqqında xəbərləri oxuduqca, videoları izlədikcə gözlərim dolur. Boğazımda düyünlənən vətənpərvərlik hissimi hayqırtıya çevirmək, səsimi dünyaya çatdırmaq istəyirəm. Bu, Sizin uğurunuzdur, bu, Azərbaycan xalqının uğurudur.
Hörmətli cənab Prezident, mən Vətənim üçün hər şey etməyə hazıram. Xalqımın günahsız qanı tökülən hər bir nümayəndəsi üçün on ermənini öldürməyə hazıram. Biz işğal altında olan bütün torpaqlarımızı geri alacağıq, biz qalib gələcəyik. Çünki bizim Sizin kimi Ali Baş Komandanımız var. Sizinlə qürur duyuram. Allah Sizləri və bütün qəhrəman oğullarımızı qorusun. Amin.
Hörmətlə,
Rəsulova Əsmər Şahin qızı.
Azərbaycan Respublikası, qax rayonu, Zərnə kəndi
x x x
Hörmətli cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı kimi hər an Ordumuzun yanında olmaq və işğal altında olan torpaqlarımızın geri qaytarılması uğrunda döyüşlərdə iştirak etməyə hazıram. Təki Vətənimizin ərazi bütövlüyü təmin edilsin.
Hörmətlə,
Həsənov Elnur Mahal oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu
x x x
Cənab Ali Baş Komandan,
Sizin uğurlu siyasətiniz və son günlər cəbhə xəttində Silahlı Qüvvələrimizin qalibiyyəti hər kəsdə tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyi daha da artırıb.
Möhtərəm Prezident, mən bu məktubu həyəcanla və gözü yaşlı yazıram. Mən ehtiyatda olan zabitəm. Türkiyədə 5 il ali hərbi təhsil almışam, xidmət dövrümün 4 ilini Füzuli istiqamətində ön cəbhədə keçmişəm. O əraziləri əlimin içi kimi tanıyıram. Sizdən çox xahiş edirəm, məni bu dövlət bu günlər üçün oxutdurub, peşəkar zabit kimi kənarda qalmaq məni öldürür. Cənab Prezident, mən Vətənim üçün könüllü döyüşmək, əsgərlərimizə hərbi qaydaları daha mükəmməl öyrətmək, düşməni torpaqlarımızdan qovub çıxarmaq arzusundayam. Xahiş edirəm, məni bu müqəddəs vəzifədən kənarda qoymayın. Peşəkar zabit olaraq bu, mənim namus və şərəf borcumdur. Əmr verin, cəbhəyə yollanım.
Allah Sizə uzun ömür, cansağlığı versin!
Hörmətlə,
Mehdiyev Ceyhun Həsrət oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
x x x
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Biz Norveçdə yaşayan azərbaycanlılar ordumuzun qələbələrinə və torpaqlarımızın bir qisminin azad olunmasına sevinir, ordumuzla qürur duyuruq. Biz inanırıq və həmişə inanmışıq ki, erməni işğalçıları tərəfindən zəbt edilmiş Dağlıq Qarabağ və digər torpaqlarımız Sizin rəhbərliyiniz, apardığınız daxili və xarici siyasət, ordumuzun gücü ilə yaxın gələcəkdə azad olunacaq. İnşallah, Azərbaycan bayrağı Xankəndi və Şuşa şəhərlərində dalğalanacaq.
Biz Azərbaycandan uzaqda yaşasaq da, daim Vətənimizdə baş verən davamlı inkişafı izləyir və Sizi hər zaman dəstəkləyirik.
Hörmətlə,
Musəvi Mirsadiq
Norveç Krallığı, Stavanger şəhəri
x x x
Hörmətli Ali Baş Komandan,
Cəbhədə erməni təxribatına sarsıdıcı cavab verilməsi bir daha Azərbaycan Ordusunun gücünü göstərdi. Biz də döyüşə hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik. İstəyirik ki, düşmənə daha ağır zərbələr endirək və uzun illərdir həsrətində olduğumuz qələbəni qazanaq.
Allah Sizi qorusun!
Hörmətlə,
Məhərrəmov Elmir Atamoğlan oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
x x x
Çox hörmətli Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev.
Öncəliklə Sizə bir Azərbaycan övladı olaraq fəxr hissi ilə təşəkkürümü bildirmək istəyirəm. Siz ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçiləndə çox sevinc dolu hiss keçirdim. Ulu öndərimiz, ümummilli liderimiz, Azərbaycanın əbədiyaşar dühası Heydər Əliyevdən sonra ölkəmizə məhz onun siyasi kursunu keçmiş bir Ali Baş Komandan lazım idi və biz azərbaycanlılar da Sizi fəxr hissi ilə dəstəkləməyi qərara aldıq. Hər zaman Sizinlə fəxr edəcəyimizə əminik. Bu gün bütün Azərbaycan və eləcə də dünyada yaşayan azərbaycanlılar Sizin ətrafınızda sıx və dağılmaz ordu kimi birləşməyə hazırdır. Bu istəyi, bu sevgini, bu inamı məhz Siz özünüz qazandınız. Yürütdüyünüz cəsur siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya ölkələri sırasında öz sözünü deyə bilir. Siz və Azərbaycanın yenilməz, ucalardan uca, güclü ordusu bu günlərdə bizlərə qələbə sevinci yaşatdınız. Bu qələbələr Sizin qətiyyətli siyasətinizin bariz nümunəsidir.
Hörmətli cənab Prezident, bu gün Azərbaycan Ordusu Sizin sayənizdə çox güclüdür və bu günlərdə bunu bütün dünyaya sübut etdi. Mən bir Vətən övladı olaraq torpaqlarımız uğrunda daim mübarizə aparmağa hazıram. Bir Azərbaycan qadını kimi qəlbimdə Vətən sevgisi, gözümdə qorxmazlığımla hər zaman qeyrətli oğullarımızın yanında olmağa hazıram. Biz Sizinlə və azərbaycanlı olmağımızla fəxr edirik.
Hörmətlə,
Tarverdiyeva Lalə Hüseyn qızı
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
x x x
Möhtərəm Ali Baş Komandan,
Əziz Prezidentim,
Sizin ABŞ-da IV Nüvə Sammitində keçirdiyiniz uğurlu görüşlər Azərbaycanın beynəlxalq münasibətlər sahəsində yeni strateji mərhələdir. Bu görüşlərədək Siz G-20 Ankara Sammitində, Almaniyada Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında da ölkə maraqları baxımından ona yeni siyasi prioritetlər qazandırdınız.
Məkrli və mənfur qonşu yenə həsəd hissini boğa bilmədi, xaincəsinə atəşkəs rejimini pozub, hücuma keçdi. Bütün Xalq Sizə və sözünüzə təşnə idi, yolunuzu dualarla gözləyirdi. Gecə yarı Təhlükəsizlik Şurasının təcili iclasını keçirdiniz, xalqın öz liderinə olan inamı bir daha yüksəldi.
Reallıqdır ki, hər bir müharibənin sonu sülhlə bitir. Siz, Ali Baş Komandanımız, işğal altında olan torpaqlarımızın qaytarılmasının ilkin variantı kimi daim sülh çağırışları edirsiniz. Dünən də, bu gün də Azərbaycan vətəndaşları tam yekdilliklə Sizin sülh niyyətinizi alqışlayır. Siz torpağını sevən, ən böyük vətənpərvər, sülhsevər ulu öndər Heydər Əliyev məktəbinin layiqli yetirməsisiniz!
Bu gün məhz ulu öndər Heydər Əliyev siyasətinin ideologiyası olan azərbaycançılıq, dövlət-xalq, ordu-vətəndaş vəhdəti Azərbaycanda əsas istiqamətdir.
Addım-addım qələbəyə doğru gedirik. Bu yeni addımınız mübarək əziz Prezidentim! Sizin Təhlükəsizlik Şurasındakı qətiyyətli, cəsarətli çıxışınız bizi qürurlandırdı. "Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin" sözlərinizdə ürək ağrısı ilə yanaşı, qələbə təşnəsi də var idi. Var olun!
Arzu edərdim ki, torpaqlarımızın işğal günləri 2-5 aprel tarixi kimi qələbə günləri ilə əvəzlənsin!
Möhtərəm Ali Baş Komandan, düyünlənmiş qətiyyətli yumruğunuz, əzəmətli sərt bəyanatınızla xalqa cəsarət, qüvvət verdiniz, igidliyə, torpaqsevərliyə səslədiniz, 1990-cı illərdə olan təşvişi insanların düşüncəsindən sildiniz.
Addım-addım əldə olunan qələbəmiz bir daha mübarək, Şuşada Azərbaycan bayrağını öz əlinizlə yüksəldəsiniz!
Hörmətlə,
Rəna Mirzəzadə
AMEA, fəlsəfə elmləri doktoru
Azərbaycan Respublikası, Bakı şəhəri
x x x
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Biz, Füzuli rayonu Bala Bəhmənli kənd sakinləri Əsədov Qoşqar Fəxrəddin oğlu və atam Əsədov Fəxrəddin İbədulla oğlu ordumuzun cəbhədəki uğuruna görə qürur duyur və buna görə Sizə sonsuz dəstəyimizi bildiririk.
İşğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunmasına dair əmrinizi səbirsizliklə gözləyir və son nəfəsimizə qədər Vətənə və Ali Baş Komandana sadiq olacağımızı bəyan edirik.
İnşallah, Azərbaycan Sizin rəhbərliyinizlə bu haqlı davasından qalib çıxacaq.
Hörmətlə,
Əsədov Qoşqar Fəxrəddin oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu
-----------
09:50
Möhtərəm Azərbaycan Respublikasının Prezidenti.
Mən Ukrayna saytlarından birinin redaktoruyam. Azərbaycana başçılıq etdiyiniz bütün müddət ərzində, eləcə də Qarabağda münaqişənin eskalasiyası dövründə ölçülüb-biçilmiş və müdrik siyasətinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Fəxr edirəm ki, tarixi Vətənimin qüdrətli ordusu və arxasında harada yaşamasından asılı olmadan bütün Azərbaycan xalqının durduğu Prezident var. Mən Ukrayna ordusunda könüllü işləmişəm, hərbi hissədən təşəkkürnamə almışam, bir neçə ictimai aksiya təşkil etmişəm və həmişə hiss etmişəm ki, xalqımızın müdrik Prezidenti var. Prezident vəzifəsində fəaliyyətinizə görə Sizə səmimi təşəkkürümü bildirmək və bəyan etmək istəyirəm ki, Azərbaycanın suverenliyinin bərpası və müstəqilliyinin möhkəmlənməsi işinə öz töhfəmi verməyə həmişə hazıram. Vətənimə, xalqıma və Azərbaycan Prezidentinə xidmət etməyə həmişə hazıram. Burada özüm barədə verdiyim bütün məlumatlar həqiqidir. Kiyevdə Azərbaycan dövlətinə az da olsa faydam toxunsa, çox şad olardım.
Hörmətlə,
Əliyev Asif Rasim oğlu
Ukrayna, Kiyev şəhəri
x x x
Hörmətli cənab Prezident.
Səfərbərlik haqqında əmrinizi gözləyirik. Mən Azərbaycan vətəndaşıyam, Moskvada yaşayıram. Torpaqlarımızı azad etmək üçün Azərbaycana gəlmək istəyirəm. Səbirsizliklə Sizin əmrinizi gözləyirəm. İşğalçıların 20 ildən çoxdur ki, torpaqlarımızda yaşaması yetər.
Hörmətlə,
Hüseynli Şükufə Pərviz qızı
Rusiya Federasiyası, Moskva şəhəri
x x x
Hörmətli cənab Prezident.
Sizdən çox razıyıq. Sevinirik ki, Sizin kimi Prezidentimiz var. Allah Sizi qorusun. Biz daim Sizinləyik və Sizi dəstəkləyirik.
Son günlər cəbhədə Ordumuzun düşmənə divan tutması hamımızı qürurlandırdı. Biz də Ordumuzu dəstəkləyir, Ali Baş Komandanımızın yanındayıq. Əmriniz olarsa, könüllü olaraq cəbhəyə yollanmağa hazırıq. Əminik ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək.
Hörmətlə,
Rzayeva Zeynəb İlham qızı.
Azərbaycan Respublikası, Şirvan şəhəri
x x x
Hörmətli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev.
Biz Sizin səfərbərlik haqqında əmrinizi gözləyirik. Rusiya Federasiyası vətəndaşı olsam da, hesab edirəm ki, torpağını müdafiə etmək hər bir azərbaycanlının borcudur. Biz hamımız gözəl Qarabağımızı erməni işğalçılarından azad etmək istəyirik. Səbirsizliklə Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
Səftərzadə Təbriz Çingiz oğlu
Rusiya Federasiyası, Proxladnı şəhəri
x x x
Hörmətli cənab Ali Baş Komandan.
Son günlər cəbhədə baş verən hadisələr ermənilərə verilmiş bizim çoxdan gözlədiyimiz layiqli cavabdır.
Hörmətli cənab Prezident, biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq. Əminik ki, Sizin rəhbərliyinizlə tezliklə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə hazıram. Bunun üçün bütün laçınlı gənclər sizin əmrinizi gözləyir
Hörmətlə,
Niftəliyev Kəmaləddin Nizami oğlu.
Azərbaycan Respublikası, Laçın rayonu, İmanlar kəndi
x x x
Hörmətli Prezident.
Mən Finlandiya və Böyük Vətən müharibəsi veteranının oğluyam. Bəxtim gətirib. Axı Azərbaycan adlı gözəl ölkədə anadan olmuşam, kiçik vətənim isə Lənkəran şəhəridir. Özümü vətənpərvər adlandıra bilərəm, çünki Vətən mənim üçün boş söz deyil, dəyər verdiyim məfhumdur. Mən 1983-1986-cı illərdə SSRİ Hərbi Dəniz Donanmasında xidmət etmişəm. Xidmətimi bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyində işləməyə başlamışam. SSRİ dağılandan sonra Rusiya DİN-də işləməyə davam etmişəm. 2015-ci ilin mayında polis kapitanı rütbəsində pensiyaya çıxmağıma baxmayaraq, döyüş ruhum yüksəkdir, könüllü olub cəbhənin istənilən nöqtəsində Vətənimi müdafiə etməyə və müqəddəs Azərbaycan torpaqlarını erməni terrorçularından azad etməyə hazıram. Cəsur ordumuz Sizin rəhbərliyiniz ilə düşmənə layiqli cavab verdi.
Əziz Prezident İlham Əliyev, biz həmişə Sizinləyik. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Allah müqəddəs və sevimli Vətənimizi, bütün xalqımızı qorusun!
Hörmətlə,
İrzayev Eldar İrza oğlu
Rusiya Federasiyası, Moskva şəhəri
x x x
Hörmətli cənab Prezident İlham Əliyev.
Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan hərbi birləşmələrinin təxribatlarına qarşı uğurlu döyüş əməliyyatları zamanı qardaşlarımızın həlak olması ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu şad olsun. Biz həmişə doğma Azərbaycanın yanındayıq. Biz Ust-Kamenoqorskdan gəlib cəbhədəki qardaşlarımıza qoşulmaq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmək üçün Sizin əmrinizi gözləyirik. Biz Sizi çox sevirik, Sizə inanırıq. Allah Sizə kömək olsun!
Hörmətlə,
Əliyev Elxan Elyar oğlu
Qazaxıstan Respublikası, Ust-Kamenoqorsk şəhəri
x x x
Azərbaycan Respublikasının Prezidenti
Cənab Ali Baş Komandan.
Azərbaycan xalqı həmişə Sizə inanıb və inanır. Sizin sayənizdə işğal altındakı torpaqlarımızın azad edilməsi prosesi artıq başlanıb. Sevincimin həddi-hüdudu yoxdur. Bir hərbiçi, Azərbaycan oğlu kimi fəxr edirəm ki, Sizin kimi qayğıkeş, millətini sevən Prezidentimiz var. Artıq Ordumuz müasir texnika və silahlarla təmin olunub və düşmənə layiqli cavab verməyə qadirdir.
Son günlər müşahidə etdiklərim məndə qürur və iftixar hissi yaratdı. Bütün bunlara görə Sizə minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, varsınız, cənab Prezident! Allah Sizi qorusun.
Minnətdarlıq hissi ilə,
Əliyev Murad Sərhad oğlu.
Azərbaycan Respublikası, Hacıqabul rayonu
x x x
Salam, cənab Prezident, rəşadətli Azərbaycan Ordusunun Ali Baş Komandanı.
Bir vətənpərvər və 1995-1997-ci illərdə məhz "Lələ Təpə" strateji yüksəkliyinin ətəyində Füzuli rayonunun keşiyində durmuş ehtiyatda olan hərbi qulluqçu kimi, mən Sizin tək böyük şəxsiyyətin başçılıq etdiyi xalqıma və orduma görə sevinc və qürur hisslərimi gizlədə bilmirəm. Siz həm xarici, həm də daxili siyasətinizlə bütün dünyaya sübut etdiniz ki, Azərbaycan sadəcə kiçik ölkə deyil, çoxəsrlik tarixi və gözəl ənənələri olan dövlətdir. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Siz mənim Prezidentimsiniz. Bu məktubu da Sizə Rusiyadan ölkəmin iqtisadiyyatının, hərbi qüdrətinin inkişafında və Vətənimizin hər bir vətəndaşının sosial durumunun yaxşılaşmasında əzmkar əməyinizə görə sonsuz təşəkkürümü bildirmək üçün yazıram. Sizi inandırıram ki, hər an bütün işlərimi atıb Bakıya gəlməyə, torpaqlarımızı düşməndən tam təmizləmək üçün silaha sarılmağa hazıram. Sonda ölkəmizin istər hərbi, istərsə də iqtisadi qüdrətini hələ uzun müddət artırmağa davam etməyiniz üçün Sizə möhkəm cansağlığı və güclü olmağı arzu edirəm. Xalqımızın və Vətənimizin rifahı naminə gördüyünüz və bundan sonra da görəcəyiniz bütün işlərə görə Sizə təşəkkür edirəm.
Hörmətlə, sıraya düzülmək üçün Sizin əmrinizi gözləyən
Əkbərov İxtiyar Ələkbər oğlu
Rusiya Federasiyası, Tver şəhəri
x x x
Salam, hörmətli Prezident.
Vətəndən uzaqda yaşayıram. Könüllü olub torpaqlarımızı düşməndən təmizləmək istəyirəm. Səfərbərlik elan edəcəyiniz təqdirdə mənim namizədliyimi də nəzərdən keçirməyinizi xahiş edirəm. Çünki vətənim Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq mənim üçün böyük şərəfdir.
Hörmətlə,
Əliyev Firuddin Elyar oğlu
Qazaxıstan Respublikası, Ust-Kamenoqorsk şəhəri
x x x
Möhtərəm Prezident İlham Əliyev.
Mən Gürcüstanda yaşayan azərbaycanlıyam. Xahiş edirəm ki, işğal altındakı torpaqların azad edilməsi prosesini dayandırmayın. Torpaqlarımızın azad edilməsində iştirak etməyi çox istəyirəm. Azərbaycan bayrağını Xankəndiyə, Şuşaya özüm sancmaq arzusundayam.
Hörmətlə,
Avacəlilov İsmayıl Oruc oğlu
Gürcüstan, Rustavi şəhəri
x x x
Salam, hörmətli cənab Prezident.
Bu məktubu Sizə Vətənimə görə qürur hissi ilə yazıram. Sizin əzminiz və xalqımın səyləri sayəsində ölkəmiz böyük nailiyyətlər əldə edib. İcazə verin, Rusiyada tanıdığım, amma üzrlü səbəblərdən məktub yaza bilməyən bütün azərbaycanlılar adından Sizə təşəkkür edim. Respublikamızın bu möhtəşəm qələbəsinə görə Sizə minnətdarlığımı və dəstəyimi ifadə etmək istəyirəm.
Sizə və ailə üzvlərinizə cansağlığı arzu edirəm. Biz həmişə Sizinləyik. Sülhsevər respublikamızın düşmənlərinə qarşı bu ədalətli və müqəddəs müharibədə Allahdan Sizə qələbə arzu edirəm. Azərbaycana eşq olsun! Rəşadətli Azərbaycan Ordusuna eşq olsun! Əsgərlərimiz döyüşə nəğmə ilə gedirlər. Onlar ölümü sevinclə qəbul edirlər, çünki düşmənlərdən fərqli olaraq, onlar şəhid olurlar. Bu torpaqlar bizim olub, bizimdir və bizim olacaq. Mən fəxr edirəm ki, azərbaycanlıyam.
Hörmət və qürur hissi ilə,
Sultanov Samir Əzizxan oğlu
Rusiya Federasiyası, Dolqoprudnı şəhəri
x x x
Cənab Ali Baş Komandan.
Mən və sədri olduğum Demokratik Azərbaycan Dünyası Partiyasının çoxsaylı üzvləri və tərəfdaşları torpaqlarımızı düşməndən azad etmək üçün səfərbərliyə hazırıq. Əmrinizi gözləyirik.
Hörmətlə,
Hüseynov Əlisahib Vəli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu
x x x
Hörmətli Prezident.
Həmişə qalib olun, Allah xalqımıza, Sizə və ailə üzvlərinizə daim sevinc bəxş etsin. Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür, saysız-hesabsız uğurlar və səadət arzu edirəm. Qoy, qələbə həmişə Sizinlə olsun. Milyonlarla insanı sevindirdiyiniz üçün Allah da Sizi sevindirsin. Amin!
Hörmətlə,
Səmədov Faiq Mürvət oğlu
Rusiya Federasiyası, Moskva şəhəri
----------------
07.04.2016
21:47
Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edirlər.
X X X
Çox hörmətli Prezident, cənab Ali Baş Komandan.
Son günlər cəbhə xəttində yaranmış gərginlik bizi - Latviyada yaşayan azərbaycanlıları da narahat edib. Keçirilən hərbi əməliyyatlar nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, ailələrinə isə səbir diləyir, dərin hüznlə başsağlığı veririk. İşğaldan azad edilmiş yüksəkliklər barədə xəbərlərə görə fərəh və qürur hissi keçiririk. Sizi və timsalınızda bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirik. İnanırıq ki, məqsədyönlü və məğrur siyasətiniz nəticəsində tezliklə ərazi bütövlüyümüzü tam şəkildə bərpa edəcəyik.
Latviyada yaşayan azərbaycanlılar olaraq daim ruhumuz və canımızla xalqımızın yanında olduğumuzu bəyan etmək istəyirik. Tanrı Sizləri qorusun.
Hörmətlə,
Zalov Ceyhun Eminbala oğlu.
Latviya Respublikası, Riqa şəhəri.
X X X
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.
Son günlər Ordumuzun zəfəri hər birimizi ürəkdən sevindirir. Mən və bütün sabirabadlı gənclər Sizin ətrafınızda sıx birləşərək, Vətənimizin müdafiəsi uğrunda torpaqlarımızın işğaldan azad olunması üçün hər an Vətənə ləyaqətlə xidmət etməyə hazırıq. Sizin əmrinizi gözləyirik. Sizə güvənir, Sizinlə qürur duyuruq. Yaşasın Azərbaycanın Silahlı Qüvvələri! Eşq olsun Ali Baş Komandanımıza!
Hörmətlə,
Həsənli Murad Etibar oğlu.
Azərbaycan Respublikası, Sabirabad rayonu.
X X X
Salam, cənab Prezident.
Biz fəxr edirik ki, Sizin kimi xeyirxah və nəcib Prezidentimiz var. Sizin əmriniz bizim üçün qanundur. Mən xarici ölkələrə gedəndə həmişə yorulmadan bizim çox gözəl Prezidentimizin olmasından fəxrlə danışıram. Həmişə deyirəm ki, biz mütəşəkkil olmalı, ümumi düşmənə qarşı birgə mübarizə aparmalıyıq. Biz bütün işləri Prezidentin öhdəsinə qoya bilmərik. Özümüz də əlimizdən gələni etməliyik, çünki Prezident birdir, biz isə 9 milyonuq. Mən həmişə demişəm və həmişə də deyəcəyəm: Sizin kimi Prezidentlə bizi ancaq qələbə və bütün sahələrdə inkişaf gözləyir.
Hörmətlə,
Əkbər Elmir Yusif oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri
X X X
Hörmətli Prezident İlham Əliyev.
Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar zamanı həlak olmuş şəhid qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı diləyirəm. Allah şəhidlərimizə rəhmət etsin.
Mən Qarabağda azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə döyüşməyə hazıram. Erməni cəlladları bilsinlər ki, onların silahlı qüvvələrindən qat-qat güclü olan şanlı Azərbaycan Ordusunun tərkibində döyüşmək istəyən minlərlə könüllü var. Mən də bu könüllülərdən biriyəm. Allah Azərbaycana kömək olsun. Azərbaycan uğrunda son damla qanımıza qədər döyüşməyə hazıram.
Hörmətlə,
İrmak Kadir Yaşar oğlu
Türkiyə Respublikası, Ordu şəhəri
X X X
Salam, hörmətli cənab Prezident.
Mən Rusiyanın Novosibirsk şəhərində yaşayıram. Azərbaycanlıyam. Mənim 2 yaşım olanda buraya köçmüşük. Amma qəlbim və ruhum Azərbaycandadır, biz ailəliklə Azərbaycan xalqına və torpaqları uğrunda döyüşən əsgərlərə görə narahatıq. Xəbərlərə baxırıq, amma Azərbaycandakı hadisələr barədə hamı - televizordan da, KİV-lər də yalan danışırlar. Biz Rusiyada yaşamağımıza baxmayaraq həmişə Azərbaycanın tərəfindəyik. Biz ermənilərə qalib gələcəyik. Çünki Dağlıq Qarabağ bizim torpağımızdır.
Hörmətlə,
Bayramzadə Eltun Əli oğlu
Rusiya Federasiyası, Novosibirsk şəhəri
X X X
Faina Ələkbərovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident,
Səbirsizliklə gözlədiyimiz günün yaxınlaşdığına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bir qarış torpağın belə qayıtması bizim üçün Böyük Qələbənin başlanğıcıdır. Aprelin 4-də 160 N-li Klassik gimnaziyada Qarabağdakı son hadisələrlə bağlı mitinq keçirildi. Gimnaziyanın bütün şagirdləri hamılıqla Sizi dəstəkləyir. Cənab Prezident, biz Sizinləyik!
Dərin hörmətlə,
Ələkbərova Faina Emmanuil qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu
X X X
Əziz və hörmətli Prezidentimiz.
Qardaş Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda əsgərlərin şəhid olması xəbəri məni dərindən sarsıtdı. Allah şəhidlərimizə rəhmət etsin. Bununla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm.
Bu, onu göstərir ki, ermənilər tarix boyu ölkələrimizin sabitliyini pozmaq adətini tərgitməyiblər. Təcavüzkarlara layiqli cavabı verdiniz, onlara ağır zərbə vurdunuz. Türk dünyasının minlərlə gənci kimi, mən də bu döyüşlərdə Sizinlə birlikdə vuruşmağa hazıram.
Hörmətlə,
Öktem Ercan Əbdürrəhman oğlu
Türkiyə Respublikası, Bursa şəhəri
X X X
Bu gün hər bir azərbaycanlının qəlbi Qarabağla döyünür, onun bütün fikirləri, hissləri və arzuları orada baş verən hadisələrlə bağlıdır. Bu, həm Azərbaycanın ən müasir tarixini öz qanı ilə yazan döyüşçülərimizin əsgəri şücaəti, həm də ümumxalq məhəbbəti qazanmış liderin ətrafında sıx birləşməkdir. Türk ruhu, fatehlərin ruhu dirçəlmədən bu qələbə mümkün olmazdı. Bizi danışıqlar girdabına sürükləyən, - adamı, bax, bu narahat edir, - siyasət Susaninlərinin ürəyinin sərinlik tapmasına imkan verməyin. Qoy Sizin müdrikliyiniz və çoxillik prezidentlik təcrübəniz Azərbaycanı "xeyirxahların" köhnə hiylələrindən uzaqlaşdırsın.
Hörmətlə, öz Vətənini sevən milyonlarla azərbaycanlıdan biri
Qasımov Tofiq Qasım oğlu
Rusiya Federasiyası, Moskva şəhəri
X X X
Hörmətli cənab Prezident,
Aprel ayının ilk günlərində Azərbaycan ordusunun düşmənin həmlələrini dəf edərək işğalçıya sarsıdıcı zərbə vurması bizi çox sevindirdi. Əldə edilən uğur doğma torpaqları işğal altında olan biz qubadlılı məcburi köçkünləri ikiqat sevindirdi, torpaqlarımızın işğaldan azad edilməsinə əminlik hissi daha da artdı. İnanırıq ki, rəşadətli ordumuz işğal altında olan bütün ərazilərimizi Sizin komandanlığınız ilə mənfur düşməndən azad edəcəkdir.
Seyid övladı olaraq Ulu Tanrıdan diləyim budur ki, zəfər, qələbə həmişə Sizinlə olsun!
Həsənov Hüseyn Həsən oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
X X X
Hörmətli Prezident, Cənab Ali Baş Komandan.
Dövlətimizin və millətimizin inkişafı naminə gördüyünüz müstəsna xidmətlərə görə Sizə şəxsən öz adımdan və qarabağlı gənclər adından dərin təşəkkürümü bildirirəm. Son günlər Milli Ordumuzun cəbhədə göstərdiyi qəhrəmanlıq bizi olduqca sevindirib və ruhlandırıb. Lakin atəşkəsin elan olunması bir o qədər də məyus edib. Şübhəsiz ki, Siz dövlətimiz və millətimiz üçün ən doğru qərarı verirsiniz. Ümid edirik ki, xalqımızın olduqca yüksək olan qələbə, döyüş əhval - ruhiyyəsini, Vətən, torpaq yanğısını nəzərə alaraq, çox qısa bir vaxtda döyüş əmrini verəcəksiniz. Ölkəmizin demək olar ki, bütün bölgələrində gənclərimiz bu tələb və xahişlə yürüşlər keçirməkdədir. Sizdən xahiş edirik ki, bizim bu xahişimizi nəzərə alasınız.
Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizə bu şərəfli işinizdə uğurlar arzu edirəm. Allah Sizi qorusun. Amin.
Hörmətlə,
Rüstəmov Xəyyam Vəzir oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.
X X X
Cənab Ali Baş komandan.
Mən keçmiş döyüşçü kimi yazıb Sizə bildirirəm ki, biz hər zaman Sizin və Ordumuzun yanındayıq. Lazım gələrsə, hər an əldə silah Vətənimizin müdafiəsinə qalxmağa hazırıq. Ön cəbhəyə yollanmaq üçün Ali Baş Komandanımızın əmrini gözləyirik.
Hörmətlə,
Zülfüqarov Elnur İmran oğlu.
Azərbaycan Respublikası, Ağsu rayonu.
X X X
Hörmətli cənab Prezident.
Bu gün Naftalanda hər kəs, o cümlədən keçmiş döyüşçü olaraq mən Ordumuzun qazandığı uğurlara şad oluruq. Bu savaşda Ermənistan ordusunun zəif olması gün kimi aşkardır. Keçmiş döyüşçülər olaraq bu prosesləri kənardan izləmək bizim üçün ağırdır, biz də orada iştirak etmək, əsgərlərimizə dəstək vermək istərdik. Bu gün bizim şəhid olan qardaşlarımız atəşkəs elan olunandan sonra dünyaya gəlmiş oğullardır. Onlar müharibəni gözləri ilə görməyiblər, lakin Şəhidlər Xiyabanını görüblər və onların içində bu Vətən üçün şəhid olacaq qədər istək yaranıb. Azərbaycan cəmiyyəti yetərincə vətənpərvərdir. Ermənistanda səfərbərlik elan olunması, Azərbaycan Ordusu ilə müqayisədə erməni ordusunun zəif olmasını göstərir. Əgər bu gün Ermənistanda ordudan tərxis olunmuş insanlar səfərbərliyə çağırılırsa, bu, Ermənistan ordusunun nə dərəcədə zəif və aciz olduğunun göstəricisidir.
Biz keçmiş döyüşçülər Sizin əmrinizlə könüllü olaraq müharibəyə getməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hər an hazırıq. Biz Sizi daim dəstəkləyir, apardığınız siyasətinizi bəyənirik. Qarabağ uğrunda gedən döyüşlərdə Ali Baş Komandanımıza uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyinizlə qüdrətli Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı azad edəcək.
Hörmətlə,
Nuriyev Münasib Mikayıl oğlu, Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Naftalan rayonu.
X X X
Möhtərəm Cənab Prezident.
Sizi və xalqımızı cəbhə xəttində baş verən və igid, cəsur, rəşadətli əsgərlərimizin göstərdiyi şücaətdən münasibətilə təbrik edir, həmişə Sizin yanınızda olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Mən bir gənc müəllim, ehtiyatda olan çavuş, tağım komandirinin müavini kimi həmişə torpaqlarımız, Vətənimiz uğrunda döyüşməyə hazıram.
Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər, Sizinlə qürur duyurlar.
Cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizə müntəzirəm. Səfərbərlik elan olunan kimi döyüş tapşırığını yerinə yetirmək üçün cəbhəyə yollanacağam. Erməni təxribatının qarşısının alınması zamanı şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət diləyir, ailələrinə, xalqıma başsağlığı verir və deyirəm: "Vətən sağ olsun!"Bu şüar həmişə bizi ruhlandırıb və ruhlandıracaqdır. Düşmənə endirilən bu ağır zərbələrdən sonra inanıram ki, nəinki ermənilər, hətta bütün dünya Azərbaycanın nəyə qadir olduğunu gördü və anladı. Ulu Tanrı Sizi həmişə qorusun, cənab Prezident!
Hörmətlə,
Xələfov Elmir Aqil oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
X X X
Hörmətli Prezident İlham Əliyev.
Can Azərbaycan və Türkiyə olaraq biz qardaş ölkələrik. Biz həmişə birlikdə olmuşuq və olacağıq. Cənab Prezident, ermənilərə qarşı apardığınız qətiyyətli mübarizədə düşmənə layiqli cavab verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm. Təcavüzkar ermənilərə qarşı döyüşdə mən də iştirak etməyə hazıram. Azərbaycana canımız fəda olsun. Allah Azərbaycan dövlətini və Ordusunu qorusun. İnşallah, Qələbə bizimdir.
Hörmətlə,
Aktürk Atilla Orhan Zəkəriyyə oğlu
Türkiyə Respublikası, Sivas şəhəri
X X X
Cənab Ali Baş Komandan.
Bu gün biz çox qürurverici günlər yaşayırıq. Azərbaycanın qəhramanlıqlarla dolu keçmişi fəxrlə öz gələcəyini yaşayır. Biz uğurlu gələcəyə inamla və İlhamla irəliləyirik.
İşğal olunmuş torpaqlarımızda əldə etdiyiniz qələbələr münasibətilə Sizi - Ali Baş Komandanımızı və şücaətli Ordumuzu təbrik edirəm. Bu mərdlik və qəhrəmanlıq döyüşündə Sizə möhkəm cansağlığı, iradə və dözüm arzulayıram. Qələbə müjdəli xəbərlərinizi səbirsizliklə gözləyirik.
Hörmətlə,
Kazımova Nurlana Səməndər qızı, müəllim.
Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi.
X X X
Hörmətli cənab Prezident.
Atam Suvarov Bafali Gülhəsən oğlu 1994-cü ilin aprel ayında birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərin birində şəhid olub. O vaxt mənim 7 yaşım var idi. Atamın cəsədi səngərdən çıxarmaq mümkün olmamışdı. Onun döyüş yoldaşları onu Ağdam rayonunun hazırda işğal altında olan Güllücə kəndində dəfn etmişdilər. Atam döyüşlərdə cəsurluq və qəhrəmanlıq göstərmişdi. Düşmənin mühasirəsinə düşmüş döyüş yoldaşlarını öz canı bahasına çıxara bilmişdi. Atam 1993-cü ilin oktyabr ayından şəhid olan günədək cəbhədə olmuşdu. Şəhid olduqda isə onun üç körpə övladı atasız qaldı.
Son günlər cəbhədə baş verən hadisələr, Ordumuzun düşmənə endirdiyi zərbələr məni və ailəmi çox fərəhləndirib. Qarabağda bütün şəhidlərimizin qısası alınırdı. Buna baxmayaraq, torpaqlarımız hələ də işğal altındadır.
Hörmətli cənab Prezident, Sizin əmrinizi gözləyirik. Atamın şəhid olduğu torpağın işğaldan azad olunmasında iştirak etmək ən böyük arzumdu.
Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər azrulayıram. Azərbaycan xalqımız Sizinlə fəxr edir.
Hörmətlə,
Suvarov Emin Bafalı oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Möhtərəm Cənab Prezident.
Sizi və xalqımızı cəbhə xəttində baş verən və igid, cəsur, rəşadətli əsgərlərimizin göstərdiyi şücaətdən münasibətilə təbrik edir, həmişə Sizin yanınızda olduğumu diqqətinizə çatdırmaq istəyirəm. Mən bir gənc müəllim, ehtiyatda olan çavuş, tağım komandirinin müavini kimi həmişə torpaqlarımız, Vətənimiz uğrunda döyüşməyə hazıram.
Cəbhə bölgəsində yerləşən Ağcabədi rayonunun sakinləri Sizin daxili və xarici siyasətinizi daim dəstəkləyirlər, Sizinlə qürur duyurlar.
Cənab Ali Baş Komandan, Sizin bütün əmrlərinizə müntəzirəm. Səfərbərlik elan olunan kimi döyüş tapşırığını yerinə yetirmək üçün cəbhəyə yollanacağam. Erməni təxribatının qarşısının alınması zamanı şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət diləyir, ailələrinə, xalqıma başsağlığı verir və deyirəm: "Vətən sağ olsun!"Bu şüar həmişə bizi ruhlandırıb və ruhlandıracaqdır. Düşmənə endirilən bu ağır zərbələrdən sonra inanıram ki, nəinki ermənilər, hətta bütün dünya Azərbaycanın nəyə qadir olduğunu gördü və anladı. Ulu Tanrı Sizi həmişə qorusun, cənab Prezident!
Hörmətlə,
Xələfov Elmir Aqil oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
X X X
Azərbaycan Respublikasının möhtərəm Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyev.
Biz, Rusiya Federasiyasının Perm diyarında yaşayan azərbaycanlılar əsası böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyirik. Sizin Azərbaycanın siyasi-iqtisadi inkişaf kursunu məqsədyönlü şəkildə davam etdirməyiniz sayəsində Vətənimiz dünyada layiqli yerini tutub. Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu azad etmək və ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün bu gün Azərbaycan Respublikasının yetərincə güclü ordusu var. Bu gün ordumuzun əsgərləri erməni hərbçiləri ilə döyüşlərdə düşmənə layiqli cavab verərək şəhid olurlar. Bununla əlaqədar, biz şəxsən Sizə və şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Perm diyarında yaşayan azərbaycanlılar da Sizin ilk çağırışınızla tarixi torpaqlarımızı işğalçılardan azad etmək uğrunda döyüşməyə hazırdırlar.
Hörmətlə,
İsayev Çingiz Mikail oğlu
Rusiya Federasiyası, Perm şəhəri
X X X
Məhyəddin Şirinovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
İlk növbədə, Sizi təbrik edirəm. Çünki odumuzun bu səviyyəyə yüksəlməsində bir Ali Baş Komandan kimi Sizin böyük xidmətiniz var. Keçmiş döyüşçü və bir vətəndaş olaraq fəxr edirik ki, Sizin kimi rəhbərimiz və düşmənə layiq olduğu yeri göstərən, onun ordusunu bir həmlədə darmadağın edən Silahlı Qüvvələrimiz var.
Dərin hörmətlə,
Şirinov Məhyəddin Əbdürrəhman oğlu
Qubadlılı məcburi köçkün
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
X X X
Cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev.
Moskvada yaşayan bütün kəlbəcərlilər adından Sizi salamlayıram. Son günlər vətənimiz Azərbaycana qarşı erməni təcavüzkarlarının hücumları heç də təsadüfi deyil. Belə qonşu ilə yoldaşlıqda çomağımızı unutmamalıyıq. Amma bizi fərəhləndirən əsgər və zabitlərimizin aprelin 2-də düşmənə endirdikləri sarsıdıcı zərbədir. Ordumuzun cəbhədə qazandığı nailiyyətlər və əldə olunan strateji mövqelər çox sevindiricidir. Məhz buna görədir ki, əsgərlərimizdə və xalqımızda əhval-ruhiyyə yüksəkdir. Azərbaycan alınmaz qalaya çevrilib. Artıq düşmənə bəlli oldu ki, Ordumuz məğlubedilməz və qüdrətlidir. Bu bir neçə gündə harada yaşamasından asılı olmayaraq, bütün millətimiz vahid bir əsgərə çevrildi.
Cənab Ali Baş Komandan. Biz Moskvada yaşayan kəlbəcərlilər Vətən yolunda, torpaqlarımızın işğaldan azad edilməsi üçün son damla qanımıza qədər vuruşmağa hazırıq. Məqsədimiz sülhdür. Amma bunu başa düşməyənlərə gücümüzü göstərməyə məcburuq. Biz Vətənin və Sizin müsəlləh əsgərləriyik. Başqa cür ola da bilməz. Azərbaycanın bütün oğulları Sizinlədir. Bunu bizə "Vətən oğlu mətin dur!" deyən ümummilli liderimiz Heydər Əliyev tövsiyə edib. Sizi əmin edirik ki, lazım gələrsə, Vətən uğurunda döyüşmək hər birimizin borcudur və biz buna hazırıq.
Allah Sizi və Azərbaycan xalqını qorusun.
Hörmətlə,
Nəcəfov Rövşən Novruz oğlu.
Rusiya Federasiyası, Moskva şəhəri.
X X X
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Əvvəlcə cəbhədə qazanılan uğura görə Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun!
Yaşım çatmasa da mən də düşmənlə döyüşmək üçün ön cəbhəyə yollanmaq istəyirəm. Qardaşlarım düşmənlə üzbəüz döyüşür, bir yerdə qərar tuta bilmirəm. Xahiş edirəm, cəbhəyə yollanmağıma, şəhidlərimizin qisasını almağıma icazə verəsiniz.
Hörmətlə,
Quliyev Ramal Ramin oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu
X X X
Hörmətli Prezident İlham Əliyev.
Başda Siz olmaqla Azərbaycan dövləti və xalqı hər zaman bizi dəstəkləmisiniz. Tam haqlı olduğunuz Qarabağ münaqişəsində Türkiyə vətəndaşı kimi, Sizin yanınızda olmağı özümə şərəf bilirəm. İki övladımla birlikdə Qarabağda döyüşməyə hazıram. Allah sizə yar olsun. Dualarımız sizinlədir.
Hörmətlə,
Ersöz Serhat Murad oğlu
Türkiyə Respublikası, Giresun şəhəri
X X X
Hörmətli cənab Prezident.
Uzun danışıb vaxtınızı almaq istəmirəm. Son günlər qoşunların təmas xəttində baş verənləri nəzərə alaraq, hərbi əməliyyatlarda iştirak etməyimə icazə verməyinizi acizanə surətdə Sizdən xahiş edirəm. Mən Sərhəd Qoşunlarının N hərbi hissəsində xidmət etmişəm. Xidmət zamanı hərbin sirlərinə dərindən yiyələnmişəm. Sizin qərarınızı səbirsizliklə gözləyirəm və buna böyük ümid bəsləyirəm. Çox sağ olun. Mən ölkəmlə fəxr edirəm.
Hörmətlə,
Dadaşzadə Aydın Ayaz oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri
X X X
Cənab Prezident,
Biz - Binəqədi rayon sakinləri əmrinizlə hər an düşmənə qarşı döyüşə hazırıq. Sizdən xahiş edirik bu barədə əmr verəsiniz. Düşmən bilsin ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bütün xalq torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyir.
Möhtərəm Prezident, azyaşlı olsam da, Vətənimi qorumağa və canımı bu yolda qurban verməyə hazıram. Əmrinizi gözləyirəm.
Hörmətlə,
Süleymanov Səid Akif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
X X X
Hörmətli cənab Prezident.
Allah Sizə və ordumuza kömək etsin. Cəbhədə Azərbaycan Ordusunun uğurları bizi çox sevindirir. Biz - Türkiyədə təhsil alan tələbələr səfərbərlik haqqında Sizin əmrinizi gözləyirik.
Biz Vətən uğrunda döyüşlərdə iştirak etməyə hazırıq. İnşallah, şanlı bayrağımızı Qarabağda dalğalandıracağıq. Qarabağ bizimdir və həmişə bizim olacaq.
Hörmətlə,
Nəsirli Maarif
Xudaverdiyev Tural
Alxasov Qədri
Abdullayev Emin
İsayev Elvin
Əmirli Elçin
Abbaszadə Abas
Nəbiyev Məhəmməd
Nəsirov İsmayıl
Türkiyə Cümhuriyyəti, Ərdəhan şəhəri
Cənab Prezident!
X X X
Milli Ordumuz çox böyük şücaət göstərib düşmənə layiqli cavab verdi. Bir sıra strateji yüksəkliklər azad olundu. Bu qələbə biz lənkəranlı gəncləri də hədsiz sevindirdi. Düşmənin çoxsaylı canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz düşmənin ordusundan güclüdür. Biz Sizinlə və Milli Ordumuzla fəxr edirik. Sizin əmrinizlə vətən ordusunda hər an şəhid olmağa hazırıq.
Hörmətlə,
Rəhimov Ramazan.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Hirkan qəsəbəsi.
X X X
Hörmətli cənab Prezident!
Əvvəlcə Sizi hörmətlə salamlayıram. Mən türk vətəndaşı Adnan Yılmaz, 2003-cü ildən bəri ölkənizdə işləyirəm. Bura da mənim öz vətənim, buradakı insanlar da mənim öz qardaşlarımdır. Buradan qazandığım pul ilə ailəmi dolandırıram. Allah azərbaycan və türk millətlərinə kədər yaşatmasın, düşmənlərimizi məhv etsin. Son günlərdə ermənilərlə olan vuruşmalarda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Mən də bu vətənin bir övladıyam, ulu babalarım buralarda necə vuruşubsa mən də bu vətən üçün veriləcək hər bir tapşırığı yerinə yetirməyə hazıram. Sizdən xahişim odur ki, icazə verin, məni cəbhəyə göndərin, bu vətən üçün düşmənlərlə mübarizə aparım. Vətən torpağında ölmək mənim üçün ən böyük şərəfdir.
Hörmətlə,
Yılmaz Adnan, özəl sektor işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Mən bir Azərbaycan vətəndaşı olaraq daim Sizinle olduğumu səmimi qəlbdən bildirmək istəyirəm. Mənim arzum torpaqlarımızı azad etmək, erməni işğalını tamamən dayandırmaqda olan addımlara dəstək olmaqdır. Xahiş edirəm, məni də döyüş bölgəsinə könüllü dəstəyə çağırış edəsiniz. Sizdən xahiş edirəm əmr edin gedək döyüşək və həsrətində olduğumuz torpaqlarımıza qovuşaq. Siz bizim fəxrimizsiniz. Qarabağda sevincimiz və qələbəmiz olacaq. Vətən sag olsun!
Hörmətlə,
Mehtiyev Namiq Hüseyn oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu.
X X X
Hörmətli cənab Prezident!
Mən 2008-2010-cu illərdə hərbi xidmətdə olmuşam. Hərbi təlimləri yaxşı keçərək lazımi təcrübə toplamışam. Sizin əmrinizi gözləyirik. Torpaqlarımızı könüllü olaraq azad etməyə hər an hazırıq.
Hörmətlə,
Qasımov Teymur Tələt oğlu
Sahibkar
Azərbaycan Respublikası, Masallı rayonu .
X X X
Hörmətli cənab Prezident!
Sizin yorulmaz fəaliyyətinizlə Azərbaycan həqiqətləri dünyaya sübut olunur. Bu günlərdə dünya şahid oldu ki, erməni quldurları Azərbaycan torpaqlarını işğal etdiklərinə görə Azərbaycan Ordusu onlara ağır zərbə vurub, düşmən xeyli canlı qüvvə və texnika itirib. Əgər onlar ölmək istəmirlərsə, Azərbaycan torpaqlarından çıxıb getsinlər. Onsuz da Milli Ordumuz bu torpaqları gec-tez azad edəcək. Biz inanırıq ki, Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə Ordumuz düşmən üzərində tam qələbə çalacaq, xalqımızın tarixi haqqı qaytaracaq, şəhidlərimizin ruhunu şad edəcəkdir. Allah Sizi qorusun.
Hörmətlə,
Əhmədova Elduzə, Lənkəran şəhəri Qadınlar Şurasının sədri.
Azərbaycan Respublikası, Lənkəran şəhəri
X X X
Cənab Ali Baş Komandan.
Son günlər Sizin və döyüşkən hərbçilərimizin sayəsində cəbhədə aparılan uğurlu əməliyyatlar, Azərbaycanın erməni işğalında olan bəzi ərazilərinin azad olunması bizi cox qürurlandırdı. Bu münasibət ilə Sizə öz minnətdarlığımı bildirirəm. Mən ehtiyatda olan zabit-leytenant Məmmədli Yasin Məhərrəm oğlu Azərbaycanın digər ərazilərinin erməni işğalından azad olunmasında ön cəbhədə iştirak etmək və qanımın son damlasına kimi erməni işğalçılarına qarşı döyüşmək istəyirəm. Bunun üçün də tam hazır vəziyyətdə Sizin müharibə əmrinizi gözləyirəm.
Cənab Prezident, bir daha bizə bu gözəl qələbə hissini yaşatdığınıza görə Sizə təşəkkür edib, çox sağ olun deyirəm!
Hörmətlə,
Məmmədli Yasin Məhərrəm oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu.
X X X
Hörmətli cənab Prezident.
Ordumuzun cəbhədə bir neçə strateji yüksəkliyi ələ keçirməsi münasibətilə Sizi təbrik edirik. Bu anlarda özümüzü Qarabağda hiss edirik. Biz bu uğurları Sizin rəhbərliyinizlə qazandıq.
Möhtərəm Prezident!
Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə vuruşmaq hər bir azərbaycanlının arzusudur. Bizim arzumuz Sizin komandanlığınızla torpaqlarımızı yağı düşməndən azad etməkdir. Bu yolda Sizə və ordumuza uğurlar arzu edirik. Bu çətin və məsuliyyətli işinizdə uğurlar diləyirik.
Hörmətlə,
Ağahüseynov Fərid, müəllim.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Sevinc dolu göz yaşları ilə Sizə təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı! Bizə yaşatdığınız bu qələbə sevincinə görə çox sağ olun. Qəti şəkildə düşmənə cavab verməyiniz xalqımızın başını dik tutub yas saxlamağına yetdi. Düşmənin ağılı varsa dediyiniz kimi rədd olub çıxarlar Qarabağdan. İnsallah!
Hörmətlə,
Məmmədov Anar Şahin oğlu.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.
X X X
Hörmətli cənab Prezident!
Qarabağda baş vermiş son döyüşlər bizi çox sevindirir ki, ermənilərin bizim əzəli torpaqlarımızda at oynatmasının sonu çatıb. Daxili qoşunlarda xidmət etmiş biri kimi her an öz vətənimi qorumağa hazıram. Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
Orucov Emin Mübariz oğlu, ehtiyatda olan hərbçi.
Azərbaycan Respublikası, Ucar rayonu.
X X X
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən vətənpərvər insan kimi demək istəyirəm ki, Azərbaycan Respublikasının müstəqilliyi və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda son nəfəsimə qədər döyüşməyə hazıram, yetər ki, VƏTƏN sağ olsun. Mən Sizin apardığınız siyasəti alqışlayır və qazandığınız qələbə münasibəti ilə Sizi təbrik edirəm. Vətən uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirəm. Torpaq, uğrunda ölən varsa Vətəndir!
Dərin hörmətlə,
Xəlilov Elçin Səməd oğlu
Azərbaycan Respublikası, Yevlax şəhəri
X X X
Hörmətli cənab Prezident.
Son günlərdə cəbhədə baş verən hadisələr bizdə böyük qürur hissi yaradır. Sizin sayənizdə Dağlıq Qarabağ yenidən Azərbaycanın olacaq. Biz xalq olaraq hər zaman Sizinləyik və atdığınız addımlar xalqımızın ürəyincədir. Qeyd etdiyiniz kimi, "Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var". Növbəti uğurları səbirsizliklə gözləyirik. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!
Hörmətlə,
Quluzadə Fidan, tələbə.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.
X X X
Cənab Ali Baş Komandan!
Dağlıq Qarabağda baş verən hadisələri izlədikcə sevincdən yerə göyə sığmırıq. Bir əmr verin sarılaq silaha. Mən orda konullu qulluq eləmək istəyirəm. Vətən torpağı uğrunda vuruşmaq böyük şərəfdir.
Hörmətlə,
Ələnurov Elnur Mənsur oğlu.
X X X
Azərbaycan Respublikası, Quba rayonu.
Hörmətli cənab Prezident.
Men Xocalıda anadan olmuşam, hazırda Şəkidə yaşayıram. Sizə yazmaqda məqsədim bir Azərbaycan övladı kimi Qarabağda gedən döyüşə qatılmaq istəyidir. Sizdən xahiş edirəm mene köməklik edin men de qüdrətli ordumuzla çiyin-çiyinə döyüşüm. Xocalıda şəhid olan cəmi şəhidlərimizin qisasını almaqda köməklik edin. Vətənim uğrunda şəhid olmaqdan çəkinirəm.
Hörmətlə,
Əliyev Etibar İlqar oğlu.
Azərbaycan Respublikası, Xocalı rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Mən Qarabağ veteranı keçmiş döyüşçü olaraq Sizi və Azərbaycan xalqını cəbhədəki ordumuzun şanlı uğuru münasibətilə təbrik edirəm. Xahiş edirəm döyüş yolu keçmiş bir veteran kimi torpaqlarımızın azad olunması uğrunda yenidən döyüşlərə çağırılmağıma icazə verəsiniz. Hər an əmrinizə müntəzirik!
Hörmətlə,
Əkbərov Seyfəddin Həmdulla oğlu, Qarabağ müharibəsi veteranı.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Dağüzü kəndi.
X X X
Hörmətli cənab Prezident.
Sizi və Azərbaycan xalqını qələbəmiz münasibəti ilə təbrik edirəm. Biz həm döyüş meydanında, həm də mənəvi-psixoloji baxımdan düşməndən güclü olduğumuzu göstərdik. Hər an Sizin əmrinizlə cəbhəyə yollanmağa hazıram.
Hörmətlə,
Əkbərov Əsgər Həmdulla oğlu.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Çayüzü kəndi.
X X X
Hörmətli cənab Prezident.
Mən hazırda universitetdə qiyabı oxuyuram, 5-ci kurs tələbəsiyəm. Sizdən xahiş edirəm ki, məni könüllü olaraq hərbi xidmətə çağırasınız. Təmas xəttində gedən döyüşlərdə mən də iştirak etmək istəyirəm. Vətənimin müdafiəsində durmağı müqəddəs borcum hesab edirəm.
Hörmətlə,
Əliyev Tuqay Elheydər oğlu, tələbə.
Azərbaycan Respublikası, Ağsu rayonu, Pirhəsənli kəndi.
X X X
Çox hörmətli cənab Prezident.
Son günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun göstərdiyi qəhrəmanlıq, torpaqlarımızın bir hissəsinin azad olunması bütün Azərbaycan gəncləri kimi hər bir Lənkəran gəncini də hədsiz ruhlandırmışdır. Milli Ordumuz düşmənin ordusundan qat-qat güclü olduğunu sübut etdi və ermənilərə yaxşı hərbi dərs keçdi.
Cənab Prezident, xalqımızla birlikdə biz də Sizin ətrafınızda sıx birləşirik. Sizin əmrinizlə Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə, Vətən uğrunda canımızdan keçməyə hazırıq.
Hörmətlə,
Əliyev Mehman Telman oğlu.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının vətəndaşı kimi mən də vətənimdə qulluq etmək istəyirəm. Sizin əmrinizlə döyüşəcək igid əsgərlərimizlə birlikdə inşallah Şuşada, Xankəndində, Ağdamda öz üçrəngli bayrağımızı sancacağıq.
Hörmətlə,
Əmirov Samir Mirəli oğlu.
Azərbaycan Respublikası, Yardımlı rayonu, Daşkənd kəndi.
X X X
Hörmətli cənab Prezident.
Sizi və bütün xalqımızı aprelin 1-dən 2-nə keçən gecə düşmənlərimiz üzərində əldə etdiyiniz Qələbə münasibətilə Tovuz rayonu sakinləri adından təbrik edirəm.
Mən özüm də keçmiş döyüşçü kimi torpaqlarımızın azadlığı uğrunda döyüşmək üçün həmişə hazıram. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir diləyirik. Amin. Gün o gün olsun ki, üçrəngli bayrağımız Şuşada, Xankəndində, Qarabağda və bütün Azərbaycanda dalğalansın.
Hörmətlə,
Əhmədov Sakit Şamil oğlu, keçmiş döyüşçü.
Azərbaycan Respublikası, Tovuz rayonu.
X X X
Möhtərəm Ali Baş Komandan.
Avropada təhsil alan tələbələr arasında və ümumiyyətlə dünya Azərbaycan gəncləri arasında elə nüfuza maliksiniz ki, bir çağırış yetər ki, əhatənizdə sıra dağlar kimi düzülək!!!
Hörmətlə,
Həsənzadə Eşqin, 2-ci kurs tələbəsi.
Latviya Respublikası, Riqa şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Mən Goranboy rayonunun Safikürd kəndində yaşayıram. 20 il bundan əvvəl Qarabağ münaqişəsini görmüşəm. Onda mənim az yaşım vardı. Fikirləşib arzu edirdim ki, böyüyəndə layiqli əsgər olacam və oldum da. Füzuli rayonunun döyüş bölgəsi olan Şükürbəyli kəndində qulluq etmişəm. Mən həmişə fikirləşirdim ki, Qarabağı azad edək. Kəndimizdə topların, raketlərin səsi gəlir, təcili yardım avtomaşınları rayona gedir. Əsgərlərin döyüşə həvəslə getməsinin şahidiyik.
Cənab Prezident! Sizin sayənizdə əsgərlərimizin çəkdiyi əziyyətlər hədər getmir. Torpaqlarımız erməni daşnaqlarından təmizlənir. Torpaqlarımızın geri qayıtmasına görə çox sevinirəm. Mən də əsgərlərlə çiyin-çiyinə durub döyüşmək istərdim.
Hörmətlə,
Həsənov Əli Həsən oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, Goranboy rayonu, Safikürd kəndi.
X X X
Salam hörmətli Prezident İlham Əliyev.
Mən Mehdi Xudai yazıb Sizə bildirirəm ki, bir azərbaycanlı kimi Sizin əmrinizlə doğma Azərbaycanımızın torpaqlarını qorumaq üçün əlimə tüfəng alıb müharibəyə qatılmağa və şəhid olmağa hazıram. Sizin və Azərbaycanın yolunda vuruşmağa və Vətən uğrunda can verməyə hazır olduğumu bildirirəm. Sizə və bütün azərbaycanlılara uğurlar arzulayıram.
Hörmətlə,
Xudai Mehdi.
İran İslam Respublikası, Təbriz şəhəri.
X X X
Hörmətli Prezident İlham Əliyev.
Azərbaycan əsgər və zabitlərinin döyüşlərdə həlak olması ilə əlaqədar mənim başsağlığımı qəbul edin. Erməni cəlladları tezliklə başa düşəcəklər ki, onlar Azərbaycan ordusu qarşısında gücsüzdürlər. Allah şəhid olmuş əsgər və zabitlərə rəhmət eləsin. Məni Qarabağ problemi çox narahat edir. Allah böyükdür. O Sizə kömək olacaq. Qabaqcadan dərin təşəkkürümü bildirir. Siz çox böyük siyasətçi, filosof və diplomatsınız.
Hörmətlə,
Stivenson Jozef, hazırda Naftalanda "Çinar" sanatoriyasında dincələn İsrail vətəndaşı.
Azərbaycan Respublikası, Naftalan rayonu.
X X X
Hörmətli cənab Prezident.
Azərbaycan ordusunun cəbhədəki qələbələri münasibəti ilə Sizi təbrik edir, Qarabağın bütünlüklə mənfur ermənilərdən tezliklə azad olunması yolunda dönməz mövqeyinizdə uğurlar arzulayıram. Məhz Sizin iradəniz sayəsində ermənilər əlacsız qalaraq atəşkəs istədilər. Sizin seçdiyiniz hərbi-siyasi taktika öz nəticəsini cəmi bir-iki gündə göstərdi. Bununla da bütün dünya, o cümlədən ermənilərin havadarları da gördülər ki, Azərbaycanın güclü ordusu var, Azərbaycanın çox müdrik rəhbəri var. Cənab Prezident, biz qarabağlılar Sizə inanırıq və tezliklə torpaqlarımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Tanrı Sizi qorusun.
Hörmətlə,
Bayramov Hüseyn, təhsil işçisi.
Azərbaycan Respublikası, Ağdam rayonu.
X X X
Hörmətli cənab Prezident!
İstər ön, istərsə də arxa cəbhədə hər zaman vuruşmağa, əlimdən gələn köməyi etməyə hazıram. Sizi və Vətənimizi bu qələbə münasibətilə təbrik edirəm. Əsl qələbəmiz qabaqdadır. Torpaqlarımız uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə, yaxınlarına səbr diləyir və başsağlığı verirəm. Mən də öz canımla, qanımla Vətən uğrunda döyüşməyə hazıram. İnsallah üç rəngli bayrağımız Qarabağda dalğalanacaq. Bunun üçün Sizin əmrinizi gözləyirik. "Vətən sag olsun!" deyib vuruşmağa, canımı verməyə hazıram.
Hörmətlə,
Məmmədov Abbas Vəli oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Culfa rayonu.
X X X
Hörmətli cənab Prezident.
Sizdən xahiş edirəm ki, məni döyüş bölgəsinə göndərəsiniz. Şəhidlərimizin qanı yerdə qalmasın. Şəhidlər ölməz, Vətən bölünməz. Sizi və ailənizi bu qələbə münasibətilə təbrik edirəm. Mən də bir Azərbaycan vətəndaşı olaraq Vətənimiz üçün canımdan və qanımdan keçməyə hazıram. Yaşasın Azərbaycan! İnşallah Azərbaycanımızın bayrağı Qarabağımızda dalğalanar. Eşq olsun Azərbaycana!
Hörmətlə,
İmamverdiyev Elnur Mətləb oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri
X X X
Cənab Prezident.
Son döyüşlərdə əldə etdiyimiz qələbələr bütün Azərbaycan xalqını təsirləndirir. Mən cəbhə xəttində xidmət etmiş keçmiş zabit kimi Sizin əmrinizi gözləyirəm. Ermənilərin törətdikləri cinayətlərin cəzasının verilməsi vaxtı çatıb və mən bu cəzanı verənlər sırasında olmaq istəyirəm.
Hörmətlə,
Hacıyev Elbrus Əjdər oğlu
Azərbaycan Respublikası, Qəbələ rayonu, Böyük Əmilli kəndi
X X X
Cənab Prezident.
Sizin səyiniz nəticəsində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə cəbhədə üstünlük əldə olunub və düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu münasibətlə Azərbaycan xalqı adından Sizə dərin minnətdarlığımızı bildiririk. Əgər ölkədə səfərbərlik elan olunarsa torpaqlarımız uğrunda canımızdan belə keçməyə hazırıq!
Hörmətlə,
Rəhimov Arif Rəşid oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
X X X
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Son günlərdə Milli Ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar bizi çox sevindirdi. Biz fəxr edirik ki, Sizin kimi müdrik bir Prezidentimiz var. Allah Sizi qorusun. Ümid edirik yaxın zamanda Şuşada, Xankəndində Sizinlə yanaşı o yerləri ziyarət edəcəyik. Haqq işində Allah Sizə yar olsun! Sizi təbrik edirik.
Hörmətlə,
Paşayev Səfalı "Tərəqqi" medallı mühəndis.
Azərbaycan Respublikası, Masallı rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Sizin uğurlu siyasətinizi və dünya arenasındakı qətiyyətli addımlarınızı gözü götürməyən düşmən qüvvələrinin hücumunu dəf edərək cəbhə xəttində ordumuzun irəliləməsi münasibətilə ailəm adından və öz adımdan Sizi və Silahlı Qüvvələrimizin hər bir əsgər və zabitini təbrik edirəm. Ailəmiz adından bildirmək istəyirəm ki, biz hər an Sizin yanınızdayıq. İnanırıq ki, Azərbaycan Ordusu öz gücünü ortaya qoyaraq Sizin Komandanlığınızla Qarabağımıza doğru irəliləyəcək. Bu günlərin yaxında olduğuna əminik.
Cənab Ali Baş Komandan, biz iki qardaşıq və ikimiz də Sizin əsgəriniz olaraq döyüşə qoşulmağa hazırıq. Atamız da birinci Qarabağ müharibəsində iştirak edib, o, hazırda həyatda olmasa da biz onun yolunu getmək arzusu ilə hər an Sizin əmrinizi gözləyirik.
Dərin hörmətlə,
Həsənli Mikayıl Raqif oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri
X X X
Hörmətli cənab Prezident.
Cəbhədə Azərbaycan əsgərinin şücaəti və qəhrəmanlığı Sizin Ordumuza olan yüksək diqqət və qayğınızın nəticəsidir. Mən Sizə minnətdarlığımı bildirirəm. Döyüşdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi erməni işğalçılarından azad olunmayana qədər atəşi dayandırmamağı Sizdən xahiş edirəm. Mən 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabitəm və Sizin əmrinizi gözləyirəm. Hər an döyüşə getməyə hazıram. Gün o gün olsun ki, Qarabağ erməni işğalından azad olunsun və Sizi təbrik edək! Qələbə! Qələbə! Qələbə!
Dərin hörmətlə,
Ağakişiyev Mahir Ağakişi oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu
X X X
Cənab Ali Baş Komandan.
Sizi ordumuzun qələbəsi münasibətilə təbrik edirəm. Biz Azərbaycan gəncləri Sizin əsgərinizik və Sizin əmrinizi gözləyirik. Ümid edirəm ki, Şuşaya, Xankəndinə Azərbaycanın üçrəngli bayrağını taxmaq mənə nəsib olacaq və o gün mənim ən xoşbəxt günüm olacaq.
Ulu Öndərimizin cəsarətli və qəhrəman oğlu! Allah Sizi və Azərbaycanımızı qorusun.
Hörmətlə,
Səmədov Nəsimi.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.
X X X
Hörmətli cənab Prezident.
Men 1999-cu ildə 157 saylı hərbi hissənin 6-cı taborunda xidmət etmişəm. Murovun sol cinahından Gülüstandan Barabbad meşələrini yaxşı tanıdığıma görə könüllü olaraq döyüşə qatılmağa Sizin əmrinizlə hazıram. Xalqımız öz Ordusunun gücünə inanır, torpaqlarımızı görmək istəyir.
Hörmətlə,
Qocayev Vüqar Sabir oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
X X X
Cənab Ali Baş Komandan İlham Əliyev.
Azərbaycan Respublikamızın, Vətənimizin müdafiəsi uğrunda Sizin haqq yolunda apardığınız siyasətin nəticəsi olaraq Ordumuzun uğurlarına görə Sizi, müdafiə naziri Zakir Həsənovu, Ordumuzu və bütün Azərbaycan xalqımızı sevinc, qürur hissi ilə təbrik edirik. Təəssüflər olsun ki, Allah yolunda, haqq yolunda Vətənimizin müdafiəsi uğrunda şəhidlərimizi vermişik və verməkdəyik, bu şəhidlik zirvəsi hər kəsə nəsib olmur və müqəddəs şəhidlərimizə Allah rəhmət eləsin deyirik, qəbirləri nurla dolsun. Şəhidlərimiz bütün xalqımızın itkisidir və Sizə bütün xalqımıza Allahdan böyük səbir diləyirik.
Hörmətli Ali Baş Komandan, rayon ictimaiyyətinin vətənpərvərlik və Ordu ilə həmrəylik mövzusunda keçirdiyi yığıncağa görə sevindik və minnətdarıq. Biz də keçmişdə düşmənlərimizə layiqli cavab verə bilmədiyimizə baxmayaraq, indi Sizin haqq yolunda siyasətinizə dəstək olaraq əmrinizlə xalqımızın, Vətənimizin müdafiəsi uğrunda düşmələrimizə layiqli cavab verməyə hazırıq. Qusar rayon "Qarabağ Qaziləri" İctimai Birliyinin adından haqq yolunda siyasətinizə dəstək olaraq minnətdarlığımızı bildiririk və Sizinlə bərabər xalqımıza uğurlu işıqlı gələcək arzulayırıq.
Hörmətlə,
Ramazanov Ramazan, "Qarabağ Qaziləri" İctimai Birliyinin sədri.
Azərbaycan Respublikası, Qusar rayonu.
X X X
Salam cənab Ali Baş Komandan.
Mən bir Azərbaycan oğlu kimi ordumuzun döyüşlərdə mükəmməl iştirakına, erməni vəhşilərini qorxu altına saldığına və onlara öz gücümüzü göstərdiyinə görə Sizi təbrik edirəm. Sevincimin həddi hüdudu yoxdur. O gün olsun ki, tam qələbə ilə azad olunan torpaqlarımızda hərbi paradlar keçirək. Azərbaycan xalqı fəxr edir ki, Sizin kimi mərd və dəyanətli prezidenti var. Her zaman Sizinləyik, əmrinizi gözləyirik. Siyəzən rayonu döyüşə hazırdı. Allah qəhrəmancasına şəhid olan zabit və əsgərlərimizə qəni-qəni rəhmət eləsin. Amin!
Hörmətlə,
Nəsbiyev Vüsal Xalidşah oğlu.
Azərbaycan Respublikası, Siyəzən rayonu.
X X X
Hörmətli cənab Prezident.
Milli Ordumuzun qəhrəmanlığı ən yüksək qiymətə layiqdir. Son günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşməni darmadağın etməsi, bəzi yüksəkliklərin ələ keçirilməsi hamımızı hədsiz sevindirmişdir. Düşmənin ciddi itkilər verərək geri çəkilməsi Milli Ordumuzun gücünü bir daha göstərmiş oldu. Bu qələbə Sizin zəhmətinizin, yorulmaz fəaliyyətinizin nəticəsidir. Allah Sizi qorusun! Allah şəhid balalarımıza rəhmət eləsin.
Hörmətlə,
Rzayeva Siddiqə, təqaüddə olan mədəni-maarif işçisi.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
X X X
Hörmətli cənab Prezident!
Son günlər cəbhə zonasında erməni daşnaqlarının atəşkəsi pozması və bizim dinc insanlarımıza qarşı atəş açması həm Siz, həm də ki xalqımız tərəfindən yaxşı qarşılanmadı. Düşmən ordusuna qarşı dövlətimiz öz gücünü göstərdi. Bu güc və qüvvəyə nail olmağımızda dövlətçilik ənənələrinin əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunun davamçısı olaraq Sizin gördüyünüz işlərin mühüm rolu vardır. Bi siyasət xalqımız tərəfindən həmişə dəstəklənir. Bu günlərdə qazanılan qələbə münasibətilə Sizi təbrik edirəm. Bir vətəndaş olaraq bildirmək istəyirəm ki, biz gənclər Sizin əsgəriniz olaraq işğal altında olan torpaqlarımızın qaytarılması uğrunda mübarizə aparmağa və canımızdan keçməyə hər an hazırıq.
Hörmətlə,
Quliyev Əzizağa Kişibala oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu
X X X
Hörmətli Ali Baş Komandanımız!
Çox sağ olun ki, belə dövlət idarə edirsiz, hərbçilərimizi, insanlarımızı qoruyursuz. İnşallah bir gün Sizin əmrinizlə erməni təcavüzkarlarına qalib gələcəyik. Biz Sizin səfərbərlik əmrinizi səbirsizliklə gözləyirik. Yaxşı ki, varsınız.
Hörmətlə,
Mirzəli Samir Seymur oğlu
Rusiya Federasiyası, Domodedovo rayonu.
X X X
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının xilaskarı, qurucusu, banisi, dünya azərbaycanlılarının lideri, zəmanəmizin dahi şəxsiyyətlərindən biri, tanınmış siyasi və dövlət xadimi kimi bütün dünya miqyasında adını tarixə yazmış Ümummilli Liderimiz və Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməlli qoyulan, çiçəklənən, doğma, müstəqil Azərbaycan Respublikası günü-gündən inkişaf edir və abadlaşır.
Ulu Öndərimiz Heydər Əliyevin oğlu, layiqli davamçısı, Prezidentimiz və Ali Baş Komandan İlham Əliyev cənabları!
Son günlərdə qüdrətli ordumuzun nankor düşmənlərimiz olan ermənilərə vurduğu zərbə və ordumuzun qələbəsi Qərbi Azərbaycandan didərgin düşmüş qaçqınları da sevindirdi. Hamımız Sizin əmrinizi gözləyirik. Vətən uğrunda şəhid olmağa hazırıq. Qərbi Azərbaycandan didərgin düşmüş 86 yaşlı Saniyə nənə də əlinə silah alıb ermənilərlə vuruşmağa hazırdır. Vətənə məhəbbət və ruh yüksəkliyi məni cavanlaşdırır və mənə qüvvət verir. Sizin əmrinizi gözləyirəm. Xalq şairi Səməd Vurğun demişkən:
Bilsin ana torpaq, eşitsin Vətən
Müsəlləh əsgərəm mən də bu gündən.
Sizin arxanızda 10 milyona yaxın Azərbaycan xalqı və 86 yaşlı Saniyə nənə durur. Biz Sizinlə fəxr edirik. Mən ürəyimdə iki arzu ilə yaşayıram. Vətənimiz nankor düşmənlərdən azad olunsun və yaxın vaxtlarda üçrəngli bayrağımız Qarabağda, Şuşada dalğalansın. Sizin Azərbaycanın ömürlük Prezidenti olmağınızı arzulayıram.
Hörmətlə,
Cəfərova Saniyə Yunis qızı, Qərbi Azərbaycandan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Buzovna qəsəbəsi.
X X X
Cənab Ali Baş Komandan.
Son günlər cəbhədə mənfur düşmənin məhv edilməsi, Ordumuzun bəzi yüksəklikləri və yaşayış məskənlərini işğaldan azad etməsi bizi sevindirir. Allah bu əməliyyat zamanı şəhid olan əsgərlərimizə rəhmət eləsin. Vətən başın sağ olsun!
Hörmətli cənab Prezident, biz həmişə Sizinləyik, Sizə inanır və güvənirik. Mənim 16 yaşım var. Mənim atam hərbiçi olub. 1990-1994-ci illərdə Vətənimizin ərazi bütövlüyü uğrunda qanlı döyüşlərdə iştirak edib. Mayor rütbəsi ilə təqaüdə çıxıb. O, hər zaman mənə ermənilərin necə satqın, mənfur millət olduğu haqqına danışıb və məni vətənpərvər ruhda böyütməyə nail olub. Bunları deməklə bildirmək istəyirəm ki, mən də atam kimi Vətənim, Ali Baş Komandanım uğrunda döyüşməyə hər an hazıram. Lazım gələrsə, gözümü qırpmadan canımdan da keçərəm.
Cənab Prezidentim, Azərbaycan xalqı yaxşı bilir ki, bizim bu günlərə gəlib çıxmağımızın səbəbi Ümummilli Liderimizin uğurlu siyasətidir. Allah Ulu Öndərimizə rəhmət etsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə böyük uğurlar, qələbələr qazanır və qazanacaq. Bu qələbələr münasibətilə Sizi öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Allah Sizi qorusun. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Biz müasir Azərbaycan Respublikasının gəncləri Sizin ətrafınızda sıx birləşmişik və Sizin döyüş əmrinizə hər an hazırıq.
Hörmətlə,
Süleymanlı Şamil Kamil oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Hörmətli Prezidentimiz İlham Əliyev.
Baxmayaraq ki, Vətəndən ayrı yaşayır, amma hər an ürəyimiz Vətənlə döyünür! Ali Baş Komandanımız, biz Sizin əmrinizi gözləyirik. Və Vətən uğrunda canımızdan keçməyə hazırıq!
Hörmətlə,
Məsimov Mahir.
Rusiya Federasiyası, Volqoqrad şəhəri.
X X X
Hörmətli cənab Prezident!
Böyük ruh yüksəkliyi ilə müraciət edərək bildiririk ki, düşmənə qarşı istər ön cəbhədə, istər arxa cəbhədə döyüş və diversiya tapşırıqlarının yerinə yetirməyə tam hazırıq.
Cənab Prezident, hər an əmrinizi gözləyirik. Bizə bu xoşbəxtliyin nəsib olacağına inanırıq.
Ağdam rayon 95 saylı orta məktəbin kollektivi adından hörmətlə,
Səlimov Allahyar Ələkbər oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.
X X X
Çox hörmətli Prezident.
Sərrast atəşlə qüdrətli və yenilməz ordumuz düşməni çökdürəcək hala gətirəndə mən çox sevinirəm. Mən də özümü ordu sıralarında hiss edirəm. Ümid edirəm ki, mənə də yenidən düşmən qarşısına çıxmaq imkanı verəcəksiniz. Əmrinizi gözləyirik.
Hörmətlə,
Səfərov Asəf Ağaseyidəli oğlu, ehtiyatda olan hərbiçi.
Azərbaycan Respublikası, Abşeron rayonu.
X X X
Hörmətli və sevimli Prezidentimiz!
Sizi çox sevirəm, Sizə çox inanıram. Bizə yaşatdığınız bu sevinc üçün bir sadə vətəndaş kimi təşəkkür etmək istədim. Bütün çətinliklərə baxmayaraq Azərbaycanı bir müstəqil dövlət kimi ayaqda tutmaq üçün əlinizdən gələni etdiyinizin şahidiyik. 26 ildi həsrətini çəkdiyimiz bu qələbə sevincini bizə yaşatdığınız üçün Sizə ürəkdən təşəkkür edirəm. Vətənimizin taleyini, xalqını, millətini düşünən, elini, obasını, əsgərini, torpağını bu qədər sevən, dəyər verən Prezident olduğunuz üçün Sizə təşəkkür edirəm. Sizi çox sevirik, dualarımız Sizinlədi. Sizə uzun ömür, qələbə arzulayıram.
Hörmətlə,
Məmmədova Təranə Məmməd qızı.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu.
X X X
Çox hörmətli Prezident.
Bu günlərdə cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr endirməsi bizi hədsiz sevindirir. Bu bizi inandırır ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Düşmənin yüzdən çox hərbçisinin ölməsi və yaralanması, xeyli hərbi texnikasının məhv edilməsi bir daha göstərir ki, Azərbaycanın Milli Ordusu erməniləri hər an yerində oturda bilər. Biz bununla fəxr edirik. Gənc dostlarımla birlikdə Sizin ətrafınızda sıx birləşmişik. Sizin əmrinizlə Vətənimizin ərazi bütövlüyünü bərpa etməyə biz də hazırıq.
Hörmətlə,
Məmmədov Araz.
Azərbaycan Respublikası, Lənkəran şəhəri.
X X X
Hörmətli cənab Ali Baş Komandan.
Menim 96 yaşım var. İkinci Dünya Müharibəsi veteranıyam. Sizin Qarabağ uğrunda döyüşlər aparmaq və erməni təxribatlarına cavab vermək barədə əmrinizi çoxdan gözləyirdim. Sizə və bütün xalqımıza qələbələr arzulayıram. Mən özüm də Sizin əmrinizdə hazıram. Vətən sağ olsun.
Hörmətlə,
Teymurov Sultan Xəlil oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Badamağac kəndi.
X X X
Hörmətli Prezidentim.
Sizə birinci mən ona görə təşəkkür edirəm ki, 76 yaşlı anam dünyasını dəyişsə də ürəyimdə heç bir nisgillik qalmadı. Mən bir azərbaycanlı ata kimi şadam ki, belə qəhrəman əsgərlərimiz, övladlarımız var. Oğlum 1995-ci ildən 1998-ci ilə qədər döyüş bölgəsində qulluq edib. Hazırda nəvəm Əli Sulxayev döyüş bölgəsində qulluq edir. Mən Sizlərə və Ordu sıralarında olan bütün əsgərlərimizə həyatda olan cansağlığı və Vətən sevgisinin daha da artmasını arzulayıram. Aprel ayının 2-dən 4 yaşlı nəvəm Sulxaylı Məhəmmədi hərbi geyimdə bağçaya yola salıram. Sizə və Ordumuza bu Vətənin xilası yolunda uğurlar arzulayıram.
Hörmətlə,
Sulxayev Rafael Lələ oğlu.
Azərbaycan Respublikası, Zaqatala rayonu, Aşağı Tala kəndi.
X X X
Hörmətli cənab Prezident, Ali Baş Komandan.
Cəbhədəki son döyüşlərdə zabit Quliyev İntiqam Çingiz oğlu torpaqlarımızın geri qaytarılması uğrunda qəhrəmancasına şəhid olmuşdur. Sizin göstərişiniz və tapşırığınız əsasında Gəncə şəhərində şəhidlər xiyabanında möhtəşəm izdihamla, vətənpərvərlik əhval-ruhiyyəsində şəhidlərimiz dəfn edildi.
Möhtərəm cənab Prezident, şəhid olmuş və yaralanmış hərbçilərimizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildiririk.
Torpaqlarımızın azadlığı uğrunda canımızdan keçməyə hər zaman hazırıq. Allah yaralı əsgərlərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
Zeynalov Qədir İbrahim oğlu,
II qrup Qarabağ müharibəsi əlili.
Azərbaycan Respublikası, Gəncə şəhəri.
X X X
Cənab Ali Baş komandan.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə keçirdiyi hərbi əməliyyat bütün Azərbaycan cəmiyyətinə, xüsusən biz gənclərə böyük örnəkdir. Bu əməliyyatın bir hissəsi olmaq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmək "Bakı yığması"nın hər bir üzvünün arzusudur. Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan düşmənin hərbi və siyasi rəhbərliyi bir sıra xarici kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına qarşı təxribat xarakterli süjetlər, məqalələr yayıb və bu siyasətdən imtina etmək niyyətində deyil. Buna görə bu cür addımların qarşısını almaq məqsədilə yığmamız Rusiyanın birinci kanalında Azərbaycan bayrağını qaldırmaqla düşmənə mediada layiqli cavab verməyə daim hazırdır. Biz Sizin uzaqgörən siyasətinizi bəyənir və dəstəkləyirik.
Hörmətlə,
Şahbazbəyov Cavid
Nağıyev Tamerlan
Rəsulov Cəbrayıl
Həsənli Tural
Musayev Qalib
Rəhimov İsa
Useynov Emin
Dadaşov Orxan
Mamayev Rüfət, "Bakı yığması"nın üzvləri.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Son günlər cəbhədə gedən döyüşlər bir Azərbaycan vətəndaşı kimi məni də narahat edir. Belə bir vaxtda düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Səfərbərlik barədə əmrinizi gözləyirəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq.
Hörmətlə,
Səfiyev Elnur Nizami oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Hörmətli cənab Prezident, Ali Baş Komandan.
Xalqımız Sizi və Ordumuzu dəstəkləyir. Son günlər keçirilən tədbirlər buna əyani sübutdur. Birliyimiz əbədidir və inanırıq ki, bu birliyimizlə biz düşmən tapdağında olan torpaqlarımızı da tezliklə işğaldan azad edəcəyik.
Cəbhədə Ordumuzun düşmən həmlələrinə layiqincə cavab verməsinə və bir neçə yaşayış məntəqəsinin işğaldan azad olunmasına görə Sizə minnətdarlığımı bildirirəm. Sizi qələbə və uğur münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Hörmətlə, Qələndərov Elvin Həmid oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Men Vətən uğrunda mübarizə aparmaq, icazənizlə ön cəbhəyə getmək istəyirəm. Sizdən həvəslə əmr gözləyirəm. Televiziya və internet vasitəsilə dünya azərbaycanlılarının Qarabağ məsələsində həmrəyliyini izlədikcə damarlarımızda qanımız coşur.
Hörmətlə,
Ulubəyov Elşad Yüzbəy oğlu, məktəbli.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.
X X X
Hörmətli Azərbaycan Prezidenti İlham Əliyev.
Bilin və arxayın olun ki, biz Təbriz türkləri daim Sizin arxanızdayıq. Siz istəsəniz Azərbaycan üçün canımızı verərik. Qarabağ bizimdir, bizim olacaq! Bunu qoy bütün dünya bilsin, bunu qoy ermənilər də yaxşı bilsinlər və Azərbaycan torpaqlarından çıxıb getsinlər.
Hörmətlə,
Türk Yaşar Məsum.
İran İslam Respublikası, Təbriz şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Vətənim Azərbaycan uğrunda vuruşmağa hər an hazıram. Mən cəbhədə olmaq və düşmənə qarşı döyüşlərdə iştirak etmək istəyirəm. Bunun üçün Sizin əmrinizi gözləyirəm.
Möhtərəm Prezident, biz Sizə güvənirik və əminik ki, tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik.
Hörmətlə, Əliyev Füzuli Həmid oğlu.
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Yazıb sizdən xahiş edirəm ki, məni Vətənin bu dar günündə ordu sıralarına könüllü olaraq qəbul edəsiniz. Mən də əsgər yoldaşlarım kimi, səngərlərdə düşmən üzərinə yürümək arzusu ilə yaşayıram. Mən müddətli həqiqi hərbi xidmətimi başa vurub ehtiyata buraxılmış artilleriya-rabitə manqa komandiriyəm. Mən və əsgər yoldaşlarım Sizin əmrinizi gözləyirik. Təşəkkür edirəm. Tanrı Sizi və xalqımızı qorusun.
Hörmətlə,
Kərimli Turan Abdulxalıq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Mən Qarabağ müharibəsi veteranıyam, zabitəm, tankçıyam. Yaşım çox olsa da fiziki cəhətdən tam yaxşıyam. Sizin əmrinizi gözləyirik ki, erməni işğalçılarını torpaqlarımızdan azad edək.
Hörmətlə,
Məhərrəmov Qulu Abdulkərim oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Uzun illər idi ki, torpaqlarımızın azad ediləcəyi günü görməyi arzulayırdıq. Bu iş artıq başlayıb. Buna görə Sizə minnətdarlığımı bildirirəm.
Mən Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Yenidən cəbhəyə yollanmağı özümə şərəf bilirəm. Əgər əmriniz olarsa, könüllü olaraq ön cəbhədə döyüşməyə hazıram. Uzun illər idi ki, bu günü gözləyirdim. Nəhayət, döyüşlər başlandı. İnanırıq ki, Sizin rəhbərliyinizlə Ordumuz tezliklə işğal altındakı torpaqlarımızı yağı düşməndən azad edəcək və biz qələbəni hər yerdə möhtəşəm şəkildə qeyd edəcəyik.
Hörmətlə,
Məhərrəmov İlham Akif oğlu.
Azərbaycan Respublikası, Goranboy rayonu.
X X X
Cənab Ali Baş Komandan.
Sizinlə qürur duyuram. Sizdən xahiş edirəm ki, mənim könüllü kimi cəbhə bölgəsinə getməyim üçün əmr verəsiniz. Əsgər qardaşlarımla çiyin-çiyinə döyüşməyi çox istəyirəm. Azərbaycana canım fəda olsun.
Hörmətlə,
Mərdanova Gülnarə Arif qızı.
Azərbaycan Respublikası, Xaçmaz rayonu.
X X X
Cənab Ali Baş Komandan İlham Əliyev.
Bizə yaratdığınız yüksək şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bir şəhid qızı olaraq son günlərdə cəbhədə qazandığımız uğurlar məni hədsiz dərəcədə sevindirir. İnaniram ki, atam Mirzəyev Nurəddin Mehman oğlu kimi minlərlə şəhidimizin qanı yerdə qalmayacaq. Ümid edirəm ki, Sizin rəhbərliyinizlə üçrəngli bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalandıracağıq. Biz Sizinlə fəxr edirik. "Qarabağ bizimdir, bizim olacaq!"
Hörmətlə,
Mehmanlı Cəmalə Nurəddin qızı.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
X X X
Hörmətli cənab Prezident.
Sizi Ordumuzun bütün cəbhə boyu qazandığı qələbələrə görə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzu edirəm.
Cənab Ali Baş Komandan! Sizin bir əmriniz bəs edər ki, mən də bir Azərbaycanlı olaraq əlimə silah alım, ordu sıralarına qoşulum. Düşmənlərə qarşı vuruşmağa hazıram.
Hörmətlə,
Cəlilov Hacı Səfa Əsgər oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Kəbirli kəndi.
X X X
Hörmətli cənab Prezident.
Cəbhə bölgəsində erməni silahlı dəstələrinin törətdiyi təxribata cavab olaraq Milli Ordumuzun düşmənə vurduğu zərbə hər birimizi hədsiz ruhlandırmışdır. Düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi bir daha sübut etdi ki, Milli Ordumuz düşmənin ordusundan qat-qat güclüdür və torpaqlarımızın işğaldan azad etməyə qadirdir.
Cənab Prezident, xalqımızla kimi biz də Sizin ətrafınızda sıx birləşmişik. Sizin əmrinizlə Vətən uğrunda canımızdan keçməyə hazırıq.
Hörmətlə,
Babayev Baba.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Tütəpeştə kəndi.
X X X
Hörmətli cənab Prezident.
Sizi və xalqımızı üç gündə ermənilər üzərində qazanılan qələbə münasibətilə təbrik edirəm. Lakin mən sadə vətəndaş və torpağı erməni işğalçılarının tapdağında olan bir vətəndaş kimi Sizdən xahiş edirəm ki, bu səfərdə atəşkəs pozularsa səfərbərlik əmri verin gedək canla başla o dığaların tutarlı cavabını verək. Mənim ürəyim bu arzuyla döyünür. Biz bunların nazı ilə çox oynadıq. Bütün millət döyüşə hazırdır.
Hörmətlə,
Alıhümbətov İltumas Aşır oğlu.
Azərbaycan Respublikası, Füzuli rayonu, Qaraməmmədli kəndi.
X X X
Hörmətli cənab Prezident.
Sizdən Moskvada yaşayan həmvətənlərimiz adından xahiş edirik ki, Dağlıq Qarabağ məsələni ya sülh yolu ilə ya da müharibə yolu ilə tezliklə həll edin. Əgər müharibə yolu ilə həlli varsa, Vətənin keşiyində durmağa hazırıq. Bezdik Vətənsiz yaşamağa, bezdik ermənilərin çirkin danışıqlarından!
Hörmətlə,
Ağayev Elnur Elşən oğlu.
Rusiya Federasiyası, Moskva şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Sizin daxili və xarici siyasətinizi alqışlayırıq. 2, 3, 4 aprel 2016-cı ildə döyüş bölgələrimizdə Ordumuzun qazandığı zəfərlər hamımızı sevindirir. Azərbaycan əsgərinin erməni faşistlərindən azad etdiyi öz torpaqları bunu sübut etdi ki, Ordumuz hər zaman torpaqların azad etməyə qadirdir. Allah şəhidlərə rəhmət eləsin. Biz də Azərbaycan vətəndaşları lazım gəlsə Ordumuz ilə bir yerdə torpaqlarımızı azad etməyə hazırıq.
Hörmətlə,
Abdullayev Əkrəm Ataxan oğlu,
Lerik rayon YAP Əliabad ərazi ilk partiya təşkilatının sədri.
Azərbaycan Respublikası, Lerik rayonu.
X X X
Hörmətli cənab Prezident.
Aprelin 2-də mənfur düşmənlərimizin törətdiyi təxribat nəticəsində hərbçilərimizin həlak olmasına çox üzülür. Sizə və xalqımıza başsağlığı verirəm. Ordumuzun bu təxribatlara layiqli cavab verərək düşmən əsgərlərini məhv etməsi və lazımi yüksəklikləri alması hər bir gənc kimi məni də sevindirir. Bu münasibətlə Sizi və xalqımızı təbrik edirəm. Mən də bir lerikli gənc kimi əsgərlərimizi dəstəkləyir, onlarla birgə döyüşmək üçün hər an əmrinizi gözləyirəm.
Yaşasın cənab Prezident!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Abbaszadə Orxan.
Azərbaycan Respublikası, Lerik rayonu, Vistən kəndi.
X X X
Hörmətli cənab Prezident.
Azərbaycandan uzaqda yaşasam da, ölkəmizdə baş verən hadisələri diqqətlə izləyirəm. Azərbaycanlı olaraq hər zaman Sizə və xalqımıza ləyaqətlə xidmət etməyə çalışmışam. Siz var olduqca ölkəmiz daim yüksəklərdə özünə layiqli yer tutacaq.
Mən hüquqşünasam, 6 xarici dil bilirəm. Sizin qərar və tapşırıqlarınızı müxtəlif ölkələrin və şirkətlərin nümayəndələrinə çatdırmaq üçün bütün mümkün vasitələrdən istifadə edirik.
Son günlər cəbhədə baş verənlərlə bağlı bildirmək istərdim ki, artıq düşmən Ordumuzun real gücünü gördü. Mən özüm ön cəbhədə xidmət keçmişəm, ona görə də erməni təxribatlarından xəbərdaram. Ümidvaram ki, bundan sonrakı addımlarında düşmən tərəfi indiki fiaskosunu nəzərə alacaq.
Cənab Ali Baş Komandan, düşünürəm ki, Dağlıq Qarabağı azad etməyin vaxtı artıq çatıb. Bütün azərbaycanlılar kimi, mən də Vətən uğrunda döyüşə getməyə hazıram. Biz Ali Baş Komandanımızın arxasınca getməyə hazırıq və əmrinizi gözləyirik.
Hörmətlə,
Rəsulov Bəxtiyar Şeruya oğlu.
Belarus Respublikası, Minsk şəhəri.
X X X
Cənab Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyev.
Paytaxtın minlərlə gənci və idmançısı öz vətəndaşlıq borcunu yerinə yetirmək üçün könüllü olaraq cəbhəyə yollanmaq istədiklərini bildirirlər. Azərbaycan gənclərinin ən ali məqsədi torpaqlarımızın işğaldan azad olunmasıdır. Onlar bu yolda canlarından keçməyə hazırdırlar. Hamımız bir nəfər kimi Sizin apardığınız siyasəti dəstəkləyir və Ordumuzun yanında olduğumuzu bildiririk.
Hörmətlə,
Bayramov Rauf Cümşüd oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.
X X X
Çox hörmətli cənab Prezident!
İlk növbədə, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının üzvləri - ukraynalı və azərbaycanlı alimlər Sizə olan ən xoş və əziz hisslərini ifadə edərək, son vaxtlar doğma Vətənimizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verən hadisələrə münasibətlərini bildirməkdən böyük məmnunluq duyurlar.
Tarixin gedişi təsdiq edir ki, xalqımızın geniş ürəkliliyini, qonaqpərvərliyini lazımınca qiymətləndirməyən namərd qonşularımız gec-tez öz paylarını almalı idilər. Bunu həyata keçirmək isə xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı kimi Sizin üzərinizə düşdü. Xalqımızın bir neçə əsr ərzində başına gətirilən bəlalar bizdə narahatlıq hissi yaratsa da, Sizin rəhbərliyinizlə Azərbaycanımızın bugünkü yekdilliyi və inkişafı inam yaradır ki, tezliklə Azərbaycan Respublikası öz müstəqilliyinin bütün hüquqi normalarına nail olacaqdır.
İnanın ki, biz Ukraynada yaşayan Azərbaycan alimləri Sizin siyasətinizi və həyata keçirdiyiniz tədbirləri yekdilliklə bəyənir, Sizə yeni-yeni uğurlar arzulayırıq.
Bir daha əminliklə bildiririk ki, Azərbaycan əsgəri öz Ali Baş Komandanının, şəxsən Sizin tapşırığınızı yerinə yetirməklə doğma torpaqlarımızın düşmən tapdağından azad olunması, işğal olunmuş ərazilərimizin qaytarılması uğrunda əzmlə döyüşəcəklər.
Çox hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizə və bütün xalqımıza ən xoş, ən səmimi arzularımızı yetiririk. Əminliklə bildiririk ki, Azərbaycanımızın daha da inkişafı naminə Sizin uğurlu və milli maraqlara uyğun siyasətinizə dəstək verməklə doğma ölkəmizdəki biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyəti qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi dəyərlərinin dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması sahəsində səylərimizi daha da gücləndirəcəyik.
Ən xoş arzularla və dərin hörmətlə,
Quliyev Arif, professor, "Ukrayna Azərbaycanlıları Alimlər Şurası" İctimai Təşkilatının sədri.
Ukrayna, Kiyev şəhəri.
---------
17:44
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik və Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Əsgərlərimizlə birlikdə cəbhədə gedən döyüşlərdə könüllü iştirak etməyə hazıram. Bunun üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm. Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Quliyev Məhəmməd Aqil oğlu.
Azərbaycan Respublikası, Zəngilan rayonu, Havalı kəndi
X X X
Hörmətli Prezident, cənab Ali Baş Komandan,
Cəbhədəki son döyüşlər və ordumuzun irəli addımlaması bizə qürur verir. Lakin torpaqlarımızdakı müharibəni Bakıdan izləmək mənə xoş deyil. Bir Azərbaycan oğlu olaraq, torpaqlarımız uğrunda döyüşməyə, Azərbaycan bayrağını Qarabağdan asmağa hazıram.
Bu məktubu yazmaqda məqsədim odur ki, səfərbərlik elan olunarsa, Sizin əmrinizlə döyüşə tam hazır olduğumu bildirim. Cənab Ali Baş Komandan, Sizin səfərbərlik barədə əmrinizi gözləyirəm.
Hörmətlə,
Sizin əsgəriniz
Məmmədov Fərrux Əli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu
X X X
Cənab Prezident,
Mən bir Azərbaycan vətəndaşı olaraq, Sizə bildirmək istəyirəm ki, hər zaman döyüşə hazıram. Vətən uğrunda canımdan belə keçməyə razıyam. Təki Vətənimiz Azərbaycan sağ olsun!
Hörmətlə,
Məmmədov Novruz Muşteba oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Məmmədxanlı kəndi
X X X
Cənab Ali Baş Komandan.
Mən bir Azərbaycan övladı kimi Sizin apardığınız uğurlu siyasətinizi bəyənir və dəstəkləyirəm. Son günlər eşitdiyimiz qələbə xəbərləri bizi qürurlandırır. Xahiş edirəm ki, düşmənlərimizi işğal edilmiş ərazilərimizdən qovub çıxarmağımız üçün bizə əmr edəsiniz. Bir vətənpərvər kimi bu, mənim üçün böyük şərəf olar. Mənim üçün erməni işğalçılarını torpaqlarımızdan qovmaqdan böyük xoşbəxtlik ola bilməz.
Sonda demək istəyirəm: "Bir kərə yüksələn bayraq bir daha enməz!"
Hörmətlə,
Heydərli Məmmədəmin Kamil oğlu.
Rusiya Federasiyası, Novosibirsk şəhəri.
X X X
Hörmətli cənab Prezident,
Sizi ordumuzun bir neçə yüksəkliyi düşməndən azad etməsi münasibətilə təbrik edirəm.
Cənab Ali Baş Komandan, bütün gənclər Sizin əmrinizi gözləyir, bir əmrinizlə hamımız Qarabağ uğrunda döyüşə hazırıq.
Hörmətlə,
Hüseynov Sadiq Yusif oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi
X X X
Hörmətli cənab Prezident,
Qazandığımız qələbə münasibətilə öz adımdan və ailəm adından Sizi və xalqımızı təbrik edirəm. Formalaşdırılmış peşəkar və güclü ordumuzla, Vətənimizlə fəxr edirəm. Arzu edirəm yaxın zamanlarda Şuşa, Laçın və digər işğal altında olan ərazilərimizi azad edək.
Cənab Ali Baş Komandan, bunun üçün səbirsizliklə Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
Tağıyev Sabit Cənnət oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
X X X
Cənab Ali Baş Komandan.
Mən 1994-98-ci illərdə Qarabağda Ağdam rayonunda hərbi xidmət keçmişəm. Döyüşlərin birində yaralanmışam, 2-ci qrup Qarabağ əliliyəm.
Aprelin 2-də erməni silahlı bölmələrinin qoşunların təmas xəttində təxribatlarının qarşısının uğurla alınması məni qürurlandırdı, yenidən ordu sıraları qayıtmağa həvəsləndirdi. Birinci Qarabağ müharibəsinin iştirakçısı kimi Sizdən xahiş edirəm ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qoşulmağımız üçün səfərbərlik əmri verəsiniz. Sizə minnətdaram.
Hörmətlə,
Yəhyayev Teymur Canəli oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Akuşəpeştə kəndi
X X X
Hörmətli cənab Ali Baş Komandan.
Son günlər cəbhədə baş verən döyüşlərlə əlaqədar bildirmək istəyirəm ki, könüllü olaraq müharibəyə yollanmaq arzusundayam. Sizdən xahiş edirəm ki, mənim və mənim kimi yüzlərlə gəncin bu arzusunu nəzərə alasınız. Çox sağ olun.
Hörmətlə,
Salahlı Uğur Zülfü oğlu.
Azərbaycan Respublikası, Bərdə rayonu, Zümürxan kəndi
X X X
Salam əziz Prezidentimiz İlham Əliyev.
Azərbaycan xalqını təbrik edirik. Mən ailəmlə birlikdə Qazaxıstanın Çimkənd şəhərində yaşayıram. Bütün xalqımız kimi, biz də hər an ailəliklə Vətənin müdafiəsinə qalxmağa hazırıq. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə olunan uğurlar bizi çox sevindirir.
Hörmətlə,
Heydərova Firuzə Ağa qızı
Qazaxıstan Respublikası, Çimkənd şəhəri
X X X
Hörmətli cənab Prezident.
Biz gənclər Sizinlə fəxr edir və edəcəyik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən fəxarət hissi keçiririk. Azad edilmiş torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza və özümüzə inanırıq. Sizinlə qürur duyuram, cənab Prezident!
Hörmətlə,
Əzizli Ülvi Vəliağa oğlu.
Azərbaycan Respublikası, İmişli rayonu, Şahverdili kəndi
X X X
Azərbaycan xalqının lideri, Hörmətli Prezident İlham Əliyev.
Məsafə olaraq uzaqda olsaq da, hər bir türk kimi mən də ölkənizdə baş verən hadisələri diqqətlə izləyirəm. Bildiyiniz kimi, türk milləti qəlbən Sizinlədir. Biz hər zaman Sizin üçün dua edirik. Allah köməyiniz olsun.
Hörmətlə,
Yıldırım Taner Kani oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri
X X X
Hörmətli cənab Prezident,
Biz Sizə və ordumuza inanır və güvənirik. Əminik ki, Qarabağı sülh yolu ilə alacağıq. Əks halda hər birimiz döyüşə hazırıq.
Allah şəhidlərimizə rəhmət eləsin və yaxınlarına səbir versin. Yaralılara isə Allahdan şəfa diləyirik.
Hörmətlə,
Əbilov Əsəd Muğdət oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Nərimankənd kəndi
X X X
Cənab Prezident, Ali Baş Komandan,
Bu günlərdə Qarabağ ərazisində gedən döyüşlərdə Silahlı Qüvvələrimizin düşmənə sarsıdıcı zərbə vurması, bir neçə yüksəkliyi azad etməsi məni çox sevindirdi. Mən də Qarabağ müharibəsi veteranı kimi lazım gəlsə, yenidən əlimə silah alıb torpaqlarımızı düşməndən azad etməyə hazıram.
Hörmətlə,
Cabbarov Oruc Rəhbər oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Quzanlı qəsəbəsi
X X X
Salam hörmətli Prezident, cənab Ali Baş Komandan.
Doğma Azərbaycanımız üçün gördüyünüz işlərə görə Sizə çox təşəkkürümü bildirirəm. Sizdən xahiş edirəm ki, torpaqlarımızı hərbi yolla geri qaytaraq və dünya Azərbaycanın gücünü bir daha görsün. Azərbaycan xalqı Sizə güvənir. Hər şeyə görə çox sağ olun.
Hörmətlə,
Bağırov Şahin Qədim oğlu,
Azərbaycan Respublikası, Şəmkir rayonu
X X X
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bir gənc kimi torpaqlarımızın işğal altında qalması ilə barışa bilmirəm. Sizin əmrinizlə könüllü surətdə son damla qanıma qədər Vətənimiz uğrunda döyüşməyə hazıram. Təki Vətən sağ olsun!
Hörmətlə,
Hüseynli Elnur Yaşar oğlu.
Azərbaycan Respublikası, Biləsuvar şəhəri.
X X X
Cənab Ali Baş Komandan.
Sizi böyük qələbənin ilk qədəmləri münasibətilə təbrik edirəm. Siz şanlı tariximizdə yeni səhifə açdınız və tarixi uğura imza atdınız Bu, illərdən bəri çəkdiyiniz misilsiz zəhmətin bəhrəsidir.
Mən Xətai rayonu 245 saylı məktəbin 8-ci sinif şagirdiyəm. Bu gün məktəbli yoldaşlarımla birgə torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Xaliq Əzizzadənin dəfn mərasimində iştirak etdim. Çox fəxr edirəm ki, həmin izdihamın içərisində mən də var idim. Məktəbli olsam da, Vətənimin mənfur ermənilərdən təmizlənməsi üçün hər an istənilən fədakarlığı etməyə hazıram. Hamı kimi mən də Sizin əmrinizi gözləyirəm. Tam əmin ola bilərsiniz ki, nəinki biz məktəblilər, bütün xalqımız Sizin arxanızdadır. Tarixə "Qarabağ uğrunda üçgünlük müharibə" kimi qızıl hərflərlə yazılmış günlərdə biz bunu bir daha gördük və buna əmin olduq.
Cənab Ali Baş Komandan, Sizə gərgin və şərəfli işinizdə uğurlar arzulayıram. Bilin və əmin olun ki, xalqımız Sizinlə fəxr edir.
Hörmətlə,
Hüseynli Mədinə Şaiq qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.
X X X
Salam, möhtərəm Azərbaycan Prezidenti.
Demək istəyirəm ki, atam da, mən də çağırışa və Dağlıq Qarabağın azadlığı uğrunda döyüşlərdə iştirak etməyə daim hazırıq.
Hörmətlə,
Abdullayev Fərid Qalib oğlu
Rusiya Federasiyası, Surqut şəhəri
X X X
Cənab Ali Baş Komandan.
Nə yaxşı ki, varsınız və Ordumuza ruh yüksəkliyi verirsiniz. İnşallah, Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, Vətənimin belə qüdrətli Ordusu və bu Ordunun başında Sizin kimi Ali Baş Komandanı var.
Bir daha Sizə təşəkkürümü bildirir, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, yaralananlara şəfa diləyirəm.
Şəfiyeva Məryəm Rzabala qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri.
X X X
Hörmətli Azərbaycan Respublikasının Prezidenti.
Sizin yeritdiyiniz siyasətə, şəxsi ləyaqət hissinizə və cəsarətinizə heyranam. Əlli beş yaşım var, Qarabağ müharibəsi veteranıyam. Vətənimizin müdafiəsində iştirak etmək istəyirəm. Hazırda Vətənin hüdudlarından kənardayam və Azərbaycanın vətəndaşı deyiləm, amma gəlməyə hazıram. Xahiş edirəm, işğalçılara qarşı döyüş əməliyyatlarında mənim kimilərin iştirak etməsinə şərait yaratmaq imkanlarını nəzərdən keçirəsiniz. Hesab edirəm ki, hücum dəstələrində və cəbhənin ən təhlükəli yerlərində yaşı 50-dən yuxarı olanlar döyüşməlidirlər.
Dərin hörmətlə,
Əliyev Qabil Zirəddin oğlu
Rusiya Federasiyası, Moskva şəhəri
X X X
Hörmətli Ali Baş Komandan İlham Əliyev.
Mən, Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuşam. Hazırda Rusiyanın Yekaterinburq şəhərində yaşayıram. Çox fəxr edirəm ki, Vətənimin belə güclü Prezidenti var. Dağlıq Qarabağda baş vermiş son hadisələr nöqteyi-nəzərindən demək istəyirəm ki, Sizin ilk əmrinizlə Azərbaycana gəlib Vətənimi müdafiə etməyə hazıram. Azərbaycanın dövlət bayrağının altında döyüşmək mənim üçün böyük şərəfdir. Erməni qəsbkarlarına qarşı mübarizədə əldə olunan uğurlar münasibətilə təbrik edirəm. Azərbaycana eşq olsun! Prezidentimizə eşq olsun! Silahlı Qüvvələrimizə eşq olsun!
Hörmətlə,
Abbasov Müqtədir Məmməd oğlu
Rusiya Federasiyası, Yekaterinburq şəhəri
X X X
Hörmətli cənab Prezident, Ali Baş Komandan. Mənim 43 yaşım var, ehtiyatda olan zabitəm. Sizin əmrinizi gözləyirəm, torpaqlarımızın mənfur düşməndən azad olunması üçün hər an hazıram. Allah sizə yar olsun!
Hörmətlə,
Quliyev Laçın Məhəmməd oğlu,
Azərbaycan Respublikası, Zaqatala rayonu.
X X X
Salam, cənab Prezident.
Sizi və böyük Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun.
Hörmətli Prezident, mən və Nijni Novqorod Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri döyüşə tam hazır vəziyyətdə doğma tarixi torpaqlarımızın müdafiəsinə qalxmaq üçün Sizin əmrinizi gözləyirik. Yaşasın Azərbaycan və dəyərli Azərbaycan xalqı! Həlak olmuş qəhrəmanlarımıza görə kədərlənirik. Azərbaycanın ləyaqətli oğullarına eşq olsun!
Hörmətlə,
Əliyev Elmir Vahab oğlu
Rusiya Federasiyası, Nijni Novqorod şəhəri
X X X
Əziz Prezident. Rusiya Federasiyasında yaşayan bütün azərbaycanlılar adından Sizdən xahiş edirəm ki, geri çəkilməyəsiniz. Biz Sizinləyik. Mən ölkəmlə və Prezidentimlə fəxr edirəm. İnşaallah, biz Vətənimizi müdafiə etməyə hazırıq. Mən Tibb İnstitutunun tələbəsiyəm, xəstəxanada işləyirəm. Öz tərəfimdən qürur hissi ilə bildirirəm ki, ölkəmə bilavasitə təmas xəttində kömək etməyə hazıram. Öz köməyimi fərəh hissi ilə təklif edirəm və Azərbaycanımız uğrunda canımdan keçməyə hazıram. Təki geri çəkilməyin. Torpaqlarımızı qaytarın. Biz Sizə inanırıq və Sizin göstərişlərinizi gözləyirik. Biz birlikdəyik və biz bunu edəcəyik. Amin!
Hörmətlə,
Əhmədova Qumral Həsən qızı
Rusiya Federasiyası, Krasnoyarsk şəhəri
X X X
Hörmətli cənab Prezident.
Son günlər Azərbaycan əsgərlərinin göstərdiyi qəhrəmanlıq biz gəncləri daha da ruhlandırdı. Biz Salyan gəncləri Qarabağı geri qaytaracağımıza inanırıq. Düşmənə daha ağır zərbələr endirməyə və şəhidlərimizin qisasını almağa hər an hazırıq, Sizin əmrinizi gözləyirik. Düşmən özü də Ordumuzun gücünü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmiş oldu. Elə buna görə də hazırda təşviş içindədir.
Hörmətli cənab Prezident, Allah Sizi, xalqımızı və Ordumuzu qorusun. Yaşasın Azərbaycan!
Hörmətlə,
Xəlilov Sübhan Siyasət oğlu, məktəb direktoru.
Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.
X X X
Hörmətli, cənab Prezident.
Allah şəhidlərə rəhmət eləsin. Hazırda mən Rusiya Federasiyasının vətəndaşı olsam da, təbii ki, azərbaycanlı olaraq qalıram. Vətənini sevən hər kəs kimi, mən də borcumu hər hansı şəkildə - ya əldə silah, ya da peşəkar cərrah kimi yerinə yetirməyə hazıram. Allah Sizi və Azərbaycanımızı hifz etsin!
Hörmətlə,
Nastakalov Şamil Veysər oğlu
Rusiya Federasiyası, Simlyansk şəhəri
X X X
Çox hörmətli Prezident İlham Heydər oğlu Əliyev.
Sizə Rusiya Federasiyasının Tomsk şəhərindən yazıram. Sizə dərin hörmətimi ifadə edirəm. Ümidvaram ki, məktubum Sizə çatacaq. Vətənimin hüdudlarından uzaqda yaşamağıma baxmayaraq, ölkəmin - Azərbaycanın vətənpərvəriyəm. Allahdan Sizə və hörmətli Mehriban xanıma cansağlığı diləyirəm. İnşallah, Allahın mərhəməti sayəsində tezliklə torpaqlarımızı işğaldan azad edəcəyik. İnşallah, mən də həmişəlik gözəl Bakıya və Qaxa qayıdacağam. Ordumuzun qüdrətini artırdığınıza və bizim gözəl Azərbaycan Respublikasını qorumaq əzminizə görə çox sağ olun. Sizə və görkəmli insan Heydər Əliyevə həmişə böyük ehtiram bəsləmişəm. Ulu Öndərimizə Allah rəhmət eləsin. Bu məktubu bir də ona görə yazıram ki, biləsiniz soyuq Sibirdə də vətənpərvərlər var!
Hörmətlə,
Məmmədova Vüsalə
Rusiya Federasiyası, Tomsk şəhəri
X X X
Möhtərəm cənab Prezident, Azərbaycan gənci özünün intellekti, yüksək yaradıcılıq potensialı, vətənpərvərliyi və igidliyi ilə daim seçilir. Bu potensialı görən və qiymətləndirən ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan uğurlu gənclər siyasəti Sizin sayənizdə daha da inkişaf etdirilərək uca zirvələri fəth etməkdədir. Məhz bu siyasətin məntiqi nəticəsidir ki, onların hər biri dövlətin ali xidmətləri naminə uğurlu nəticələr əldə edir, onun müstəqilliyinin, suverenliyinin qorunması və gələcək inkişafının təmini baxımından Sizin rəhbərliyiniz altında fədakarlıq göstərirlər. Qeyd etmək istəyirik ki, belə diqqət və qayğıdan bəhrələnən, Sizin dəmir iradənizdən və qətiyyətinizdən ruhlanan İsmayıllı gəncləri də ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, gələcək yaradıcılıq fəaliyyətlərini çağırışlarınıza və tövsiyələrinizə adekvat həyata keçirməyə cəhd göstərirlər.
Son günlər cəbhə xəttində düşmənin təxribatlarının qarşısını qətiyyətlə alan və ona layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin uğurları biz İsmayıllı gənclərini çox sevindirməklə yanaşı, həm arxayın edir, həm də ruhlandırır. Ciddi itki verərək geri çəkilmək məcburiyyətində qalan ermənilər Azərbaycan Ordusunun gücünün bir daha şahidi oldular.
Hörmətli cənab Prezident, cəbhədə baş verən son proseslər bir daha göstərdi ki, Vətənimizin qeyrətli oğulları Sizin kimi Ali Baş Komandanın rəhbərliyi altında düşmənlə mübarizə aparmaq üçün silaha sarılmağa hər an hazırdır.
Sizin qətiyyətiniz, iradəniz və cəsarətiniz çoxsaylı vətənpərvər gənclərimiz kimi, biz ismayıllılara da komandanlığınız altında silaha sarılaraq torpaqlarımızı qorumaq üçün düşmən üzərinə getməyə əlavə güc və cəsarət verir. Bizim hər birimiz buna hazırıq.
Cənab Ali Baş Komandan, hər bir İsmayıllı gənci Sizin əmrinizi gözləyir. Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmaq, Vətən uğrunda döyüşmək və qismət olarsa, bu yolda şəhid olmaq İsmayıllı gəncləri üçün böyük şərəf olardı.
Ulu Tanrı xalqımıza yeni-yeni qələbələr nəsib etsin!
Dərin hörmətlə,
İsmayıllı gənclərinin dəstək mitinq-yürüşü iştirakçıları
X X X
Çox hörmətli cənab Prezident.
Milli Ordumuzun Qarabağda keçirdiyi uğurlu əməliyyat münasibətilə Novlu kəndinin sakinləri adından və ailəmiz adından Sizi ürəkdən təbrik edirik.
Cənab prezident, biz Novlu əhalisi belə bir uğurlu əməliyyatın Qubadlıda keçirmək və üçrəngli bayrağımızı Novluda dalğalandırmaq üçün Sizin əmrinizi gözləyirik. İnanırıq ki, apardığınız uğurlu xarici siyasət və Ordumuzun şücaəti nəticəsində tezliklə Qubadlıya və işğal olunmuş digər rayonlarımıza qayıdacağıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qəbirləri nurla dolsun. Yaralı əsgərlərimizə tezliklə sağalmalarını arzu edirik.
Hörmətli cənab prezident, biz həmişə Sizin arxanızdayıq. Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.
Hörmətlə,
Cavadov Elçin Xansuvar oğlu.
Azərbaycan Respublikası, Qubadlı rayonu.
X X X
Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.
Damarlarında türk qanı axan insan olaraq, bu məktubu Sizə yazmağı özümə borc bilirəm.
Cənab Ali Baş Komandan, etnik xüsusiyyətlərinə görə dünyada ən aşağı səviyyədə olan ermənilərə qarşı apardığınız mübarizədə Allahdan sizə uğurlar arzu edirəm. Vətənpərvər gənc olaraq, qəlbim və ruhum sizinlə birlikdə Qarabağdadır. Mən həm məktəbdə, həm də universitetdə oxuyarkən Xocalı soyqırımının ildönümlərində "Ya Qarabağ, ya ölüm" şüarı ilə yaşayan və böyüyən türk gənciyəm.
Böyük öndər Mustafa Kamal Atatürkün "Türk birliyi bir gün mütləq qurulacaq" kəlamını həyatımın məqsədi və özüm üçün prinsip kimi müəyyən etmişəm. Mərhum atanız Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" kəlamının qüruru ilə yaşayan bir gəncəm. Siz orada müharibə şəraitində olarkən mən İstanbulda məmur işlədiyim bələdiyyədə rahat otağımda oturub baş verənləri kənardan izlədiyim üçün utanıram. Çünki mən də türk qanı daşıyıram. Azərbaycan üçün ölənədək döyüşməyə hazıram. Buna görə xahiş edirəm ki, şərəfli Azərbaycan Ordusunda xidmət etməyimə göstəriş verəsiniz.
Hörmətlə,
Özpınar Kaan Mehmet oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri
X X X
Hörmətli Prezident, cənab Ali Baş komandan.
Son günlər cəbhədə aparılan uğurlu döyüş əməliyyatları bizi sevindirir. Bu qətiyyətli addımınız bir daha sübut etdi ki, Siz xalqını, Vətənini sevən lidersiniz. Bir Millət olaraq Sizi ömürlük Azərbaycan Respublikasının Prezidenti olmağınızı istəyirik. Qələbə münasibətilə Sizi təbrik edirəm. Sizə və Sizin Ailə üzvlərinizə uzun ömür, möhkəm cansağlığı, tutduğunuz bu müqəddəs yolda uğurlar arzu edirəm. Ulu Tanrı Sizi qorusun ki, Sizdə müstəqil Azərbaycanımızı və xalqınızı qoruyasınız.
Hörmətlə,
Bayramov Şahin Şirin oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
X X X
Möhtərəm cənab Prezident.
Sizi salamlayır, bu müqəddəs yolda Sizə uğurlar arzulayıram. Son günlər cəbhə xəttində baş verən hadisələrdən xəbərdaram. İlk növbədə, şəhid olan qardaşlarımıza rəhmət diləyir, ruhlarının şad olmasını arzu edirəm. Eləcə də Ordumuzun qazandığı zəfər məni çox sevindirir və ruhlandırır. Sizin çıxışınız isə hər zaman bizdə ruh yüksəkliyi yaradır. Sizə yazmağımda əsas məqsəd hərbiyə səfərbər olmağa hazır olduğumu bildirməkdir. Mən hərbi xidmətimi Ağdam rayonunda, ön cəbhədə etmişəm. Dəfələrlə düşmən təxribatının qarşısının alınmasında iştirak etmişəm. Vəzifəm sanitar təlimatçı olub və yaralı yoldaşlarıma ilkin tibbi yardım göstərərək, onları yaşatmağa çalışmışam. Bu, mənim borcum idi. Mənim atam da birinci Qarabağ savaşında iştirak edib və hazırda ikinci qrup Qarabağ əlilidir. İndi Atam da, mən də Sizin o tarixi əmrinizi gözləyirik. İstərdim ki, səfərbərlik elan olunsun, yarım qalmış vəzifəmi tamamlayım. Dağlıq Qarabağ işğaldan azad edilənə kimi bu uğurlarımızın davamlı olmasını istərdik.
Dərin hörmətlə,
Gülverdiyev Şəmsi Mövsüməli oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
----------
15:01
Hörmətli cənab Prezident, yazıb Sizə bildirmək istəyirəm ki, mən və mənim kimi yüzlərlə gənc Sizin səfərbərlik əmrinizi gözləyirik. Bir astaralı olaraq mən də cəbhə xəttinə getmək və düşmənə qarşı vuruşmaq istəyirəm. Xalqımız Sizi dəstəkləyir. Son nəfəsimizə kimi əmrlərinizi yerinə yetirməyə hazırıq, yetər ki əmr verin. İnşallah sizin komandanlığınızla bayrağımız bütün Qarabağda dalğalanacaq. Yaşasın Prezidentimiz cənab İlham Əliyev! Ulu öndər Heydər Əliyevin, şəhidlərimizin ruhu şad olsun!
Hörmətlə,
Qəribli Valid Güləhməd oğlu,
Azərbaycan Respublikası, Astara rayonu
x x x
Hörmətli cənab Prezident.
Torpaqlarımızın işğaldan azad edilməsi naminə, lütfən, intizarında olduğumuz əmri verin. Bütün dünya azərbaycanlıları, o cümlədən mən bir yumruq kimi birləşərək, Vətənin müdafiəsinə qalxacağıq. Sizə qabaqcadan təşəkkür edirəm.
Hörmətlə,
Kazakov Elnur Mahir oğlu
Ukrayna, Vasilyevka şəhəri
x x x
Hörmətli cənab Prezident.
Biz gənclər Sizinlə fəxr edir və edəcəyik. Ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən fəxarət hissi keçiririk. Azad edilmiş torpaqlarımız uğrunda şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyirik.
Cənab Ali Baş Komandan, biz döyüşməyə hazırıq. Əmr edin, torpaqlarımızı düşmən tapdağından azad edək. Biz Sizə, Ordumuza və özümüzə inanırıq. Sizinlə qürur duyuram, cənab Prezident!
Hörmətlə,
Əzizli Ülvi Vəliağa oğlu.
Azərbaycan Respublikası, İmişli rayonu, Şahverdili kəndi
x x x
Hörmətli Prezident İlham Əliyev.
Əvvəla bildirim ki, Türkiyə hər zaman Sizə dəstək verəcək. Allah Sizə böyük zəfərlər nəsib etsin, gücünüzə güc qatsın. Əgər kömək lazım olsa, biz də Qarabağda döyüşməyə hazırıq. Tanrı türkü qorusun.
Hörmətlə,
Ayaz Eren İsmət oğlu
Türkiyə Respublikası, İzmir şəhəri
x x x
Hörmətli cənab Prezident,
Biz Sizə və ordumuza inanır və güvənirik. Əminik ki, Qarabağı sülh yolu ilə alacağıq. Əks halda hər birimiz döyüşə hazırıq.
Allah şəhidlərimizə rəhmət eləsin və yaxınlarına səbir versin. Yaralılara isə Allahdan şəfa diləyirik.
Hörmətlə,
Əbilov Əsəd Muğdət oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Nərimankənd kəndi
x x x
Cənab Ali Baş Komandan.
Mən 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Müharibə veteranıyam, üç uşaq atasıyam. Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm. İnşallah, qələbə müjdəsi ilə sevinərik. Mən də öz növbəmdə Sizin - Ali Baş Komandanımızın əmrinə, torpaqlarımız uğrunda döyüşməyə hər an hazıram.
Cənab Ali Baş Komandan, bu şərəfli yolda Sizə uğurlar arzulayırıq.
Sonda demək istəyirəm: "Şəhidlər ölməz, Vətən bölünməz!".
Hörmətlə,
Kazımov Asif Məcid oğlu.
Azərbaycan Respublikası, Samux rayonu, Qarayeri qəsəbəsi
x x x
Cənab Ali Baş Komandan.
Azərbaycanımızın igid əsgərlərinin son günlər Qarabağda qazandığı uğurlar münasibətilə Sizi və Sizin simanızda bütün xalqımızı təbrik edir, Sizə dərin təşəkkürümü bildirirəm. Döyüşlərdə həlak olan şəhid qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfa diləyirəm.
Mən bir sahibkar və ehtiyatda olan hesablayıcı manqa komandiri kimi hər an cəbhədə əsgər qardaşlarımızla birlikdə döyüşməyə hazıram. Vətənimiz uğrunda döyüşmək üçün səbirsizliklə döyüş əmrinizi gözləyirik. İnanırıq, Sizin komandanlığınızla qüdrətli Ordumuz işğal olunmuş torpaqlarımızı azad edəcək, Azərbaycan bayrağını Qarabağda dalğalandıracaq. Özümüz cəbhədə olmasaq da, ürəyimiz əsgərlərimizlə bir döyünür. Qüdrətli Ordumuzla qürur duyuruq. Biz Sizə, əsgərlərimizə inanır, yürütdüyünüz bu siyasəti tam dəstəkləyirik. Allaha əmanət olun.
Hörmətlə,
Kərimli Əlirza Əlican oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu
x x x
Əziz Prezident, sevimli Ali Baş Komandan cənab İlham Əliyev.
Aprelin 2-dən cəbhədə məlum hadisələri izləyirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, aşağıda yazdıqlarımın mümkünlüyü üçün göstəriş və ya icazə verəsiniz.
1990-cı illərdə Qarabağda müharibə başlayanda hərbi komissarlığa dəfələrlə müraciət etsəm də, mənə yaşım çatmadığına görə könüllülərin sırasına qoşulmağa icazə vermədilər. Özbaşına Ağstafa-Qazax döyüş bölgələrindəki sektorlara gedəndə isə oradan bizi gətirib hərbi komissarlığa təhvil verdilər. Hərbi xidmətə gedəndə isə artıq atəşkəs elan olunmuşdu. Üç ildən çox hərbi xidmətdə olduğum müddətdə və ordudan ehtiyata buraxıldıqdan sonra döyüş əmrini səbirsizliklə gözləyirdim. Hesab edirəm ki, bu, bir şansdır. Hər insana nəsib olmur Vətəni uğurunda döyüşüb şəhid olsun, müharibə veteranı olsun. Arzularımın reallaşmasının bir addımlığındayam. Amma təəssüf ki, cəbhədə döyüşlərdə iştirak etmək üçün bu dəfə də hərbi komissarlıqdan icazə verilmədi. Möhtəşəm qələbəmiz üçün cəbhədə döyüşmək istəyirəm.
39 yaşım olmasına baxmayaraq, səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq idmanla məşğulam. Özümü 18-20 yaşlarımdakı vaxtımdan da gümrah hiss edirəm. İnanıram ki, arzularımın reallaşmasında Respublika Gənclərinin III və IV Forumunun iştirakçısı kimi mənə kömək edəcəksiniz.
Dərin hörmətlə,
Cahangirov Elşad Allahşükür oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
x x x
Cənab Ali Baş Komandan.
Mən ali təhsilli gənc kimi könüllü olaraq ön cəbhədə hərbi əməliyyatlarda iştirak etmək istəyirəm. Torpaqlarımızın azad olunması üçün verəcəyiniz istənilən əmri yerinə yetirməyə hər an hazıram.
Hörmətlə,
Məmmədov Zaur İsa oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu
x x x
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Hazırda Türkiyədə yaşasam da, özüm Naxçıvan Muxtar Respublikasının Şərur rayonundanam. Azərbaycanda 5 il hərbi xidmətdə olmuşam və bu gün də könüllü kimi Vətən uğrunda döyüşə getməyə hazıram. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə son damla qanıma qədər vuruşmağa hazıram.
Hörmətlə,
Camalov Fariz Telman oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri
x x x
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.
Erməni canilərinin atəşkəsi pozmaları nəticəsində itirdiyimiz şəhidlərə görə Sizə və Azərbaycan xalqına səbir diləyirik. Biz Azərbaycan Silahlı Qüvvələrinə və Sizə güvənirik. Azərbaycan Ordusunun cəbhədə əldə etdiyi nailiyyətlə fəxr duyuruq. Sizdən xahiş edirik ki, bizim də döyüşlərdə iştirakımıza kömək edəsiniz. Biz həmişə Azərbaycan üçün döyüşə hazırıq. Bütün Cənubi azərbaycanlılar Sizi dəstəkləyir və sizinlə birgə düşmənə qarşı döyüşə hazırıq.
Hörmətlə,
Abdulrza Zahidi Əbülfəz oğlu
İran İslam Respublikası, Astara şəhəri
x x x
Hörmətli cənab İlham Heydər oğlu.
Sizi Xəzər rayonu Şağan kənd sakinləri və ailəmiz adından Azərbaycan xalqının çoxdan gözlədiyi qələbələr münasibətilə təbrik edir, Sizə səmimi təbriklərimizi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuruq.
Bu gözəl fürsətdən istifadə edərək, qəti əminliyimi bildirmək istəyirəm ki, xalqımız daim Sizinlədir, Sizi dəstəkləyir.
Hörmətlə,
Qurbanov Ziyad Sahib oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri
x x x
Möhtərəm cənab Prezident, Ali Baş Komandan.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin işğal edilmiş torpaqlarımızın azad edilməsi məqsədilə keçirdiyi hərbi əməliyyat bütün gənclərimizdə böyük ruh yüksəkliyi, əzmkarlıq və fərəh hissi yaşatdı. Bu əməliyyatda iştirak üçün Azərbaycan Şən və Hazırcavablar Klubunun hər bir üzvü cəbhə bölgəsinə döyüşə getməyə hazırdır. Son günlər antiazərbaycan niyyətli qüvvələr xarici kütləvi informasiya vasitələrinə olan təsirindən istifadə edərək ölkəmiz haqqında təxribat xarakterli məlumatlar yaydılar. Sizə bildiririk ki, düşmənin informasiya təsirinin azalması və bu cür məlumatların qarşısının alınması üçün var gücümüzü ortaya qoyacağıq. Biz Sizin uzaqgörən siyasətinizə inanırıq, hər gördüyümüz iş Sizin siyasətinizə arxalanıb.
Hörmətlə,
Əzizov Rəşad Fikrət oğlu, Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri,
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
x x x
Hörmətli cənab Prezident,
Öz adımdan və bütün Rusiyada yaşayan azərbaycanlılar adından əvvəla şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm.
Cəbhədə qazanılmış uğura görə Sizə minnətdarlığımızı bildiririk. Allah Sizə cansağlığı versin, biz Sizinlə fəxr edirik. Hər zaman döyüşə hazırıq. Rusiyada yaşamağımıza baxmayaraq, ürəyimiz Azərbaycanladır. Biz Dağlıq Qarabağı işğaldan azad etməyi özümüzə borc bilirik. Səbirsizliklə əmrinizi gözləyirik.
Dərin hörmətlə,
Toğrul Məmmədov,
Vüsal Əliyev,
Həsən Nəbiyev,
Elcan Məmmədov,
Tural Nəbiyev,
Rüfət Nəbiyev,
Teyyub Abbasov,
Eyyub Abbasov və başqaları
Rusiya Federasiyası, Moskva şəhəri
x x x
Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.
Biz - ölkəmizdən uzaqda - Nyu-York şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri doğma Vətənimizdə yaşanan bütün hadisələri yaxından izləyir, hər zaman ruhən Sizin və həmvətənlərimizin yanında olduğumuzu hiss edirik. Vətənlə aramızda olan məsafənin uzaq olması bizim Azərbaycanda baş verən hadisələr barədə zamanında xəbər tutmağımıza mane olmur. Vətəndə baş verənləri diqqətlə izləyir, ölkəmizin nailiyyətlərinə ürəkdən sevinirik.
Cənab Prezident, 20 ildən artıqdır ki, doğma torpaqlarımız işğal altındadır. Atəşkəs olsa da, Vətənimiz şəhidlər verir. Mübariz, Fərid və onlar kimi yüzlərlə digər cəsur oğullarımız şəhid olub.
Son günlərdə cəbhə bölgəsində gərginliyin artması ilə bağlı xəbərlər alırıq. Düşmən tərəf həmişəki kimi atəşkəsi pozur, cəbhə zonasına yaxın rayonlarına atəş zərbələri endirir. Əsgərlərimizlə yanaşı, dinc sakinlər arasında da yaralananlar, hətta ölənlər olur. Bu hal bizi çox narahat edir. Ancaq onu da bilirik ki, şanlı Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.
Mən şəhid bacısıyam. Qardaşım Kaşiyev Nəsib Nadir oğlu 1991-ci ildə Şəki şəhərindən Qarabağ uğrunda döyüşə yollandı və 1992-ci ildə Şuşada şəhidlik zirvəsinə ucaldı.
Mən şəxsən öz adımdan, 80 yaşlı anam İsmət Kaşıyevanın və Nyu Yorkda yaşayan Azərbaycan diasporunun üzvləri, xüsusilə azərbaycanlı qadınlar adından xahiş edirəm ki, düşmənin layiqli cavabının verilməsi üçün əmr verəsiniz. Yalnız torpaqlarımız azad ediləcəyi zaman şəhidlərimizin ruhu şad olar. Artıq düşmən tapdağı altında sızlayan Azərbaycan torpaqlarının azad edilməsinin zamanı yetişib. Azərbaycanımın hərbi gücü buna yetər. Azərbaycanın vicdanlı, qeyrətli oğulları Sizin Sərəncamınızı gözləyirlər.
Biz xaricdə yaşayan azərbaycanlılar da Sizə hər zaman dəstək olmağa hazırıq. Hər zaman müsəlləh əsgər kimi əmrinizi gözləyirik.
Ordumuzun işğal altında olan torpaqlarımızın bir qismini azad etməsi xəbəri qəlbimizi sevinc hissi ilə doldurur, bizə ruh yüksəkliyi verir. Böyük qələbəni qeyd edəcəyimiz gün çox yaxındır. Buna bütün qəlbimizlə inanırıq. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!
Dərin hörmətlə,
Vahabova Minəvvər,
Nyu-York Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin yaradıcısı və rəhbəri.
ABŞ, Nyu-York
x x x
Salam, hörmətli İlham Heydər oğlu.
Mən Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin tələbəsiyəm, hazırda Rusiyada yaşayıram və buna görə də çox təəssüf edirəm, çünki Vətənimiz və xalqımız üçün heç nə edə bilmirəm. Çarəsizlikdən Sizə bu müraciəti yazıram. Azərbaycan üçün etdiklərinizə görə Sizə bütün doğmalarım adından minnətdarlığımı bildirirəm. Azərbaycan Silahlı Qüvvələrinə ayrıca təşəkkür edirəm. Biz ordumuzun bu uğurunu çoxdan gözləyirdik. Xahiş edirəm, başladığınız işi dayandırmayın. Bütün xalqımız bunun davamını gözləyir. Şəhidlərimiz döyüşüblər ki, düşmənin axırına çıxsınlar. Biz bunu 25 il gözləmişik və hamımız buna hazırıq. Mən də silaha sarılıb düşmənlə vuruşmağa hazıram, təki torpaqlarımız qayıtsın. Xalqımızın döyüş ruhu və hünəri o dərəcədə yüksəlib ki, hamımız yalın əllə döyüşə atılmağa hazırıq. Qoy, şəhidlərimizin qanı yerdə qalmasın. Vətən naminə, şəhidlərimiz naminə geri çəkilməməliyik. Cənab Ali Baş Komandan, biz həmişə Sizin yanınızdayıq.
Hörmətlə,
Rzayeva Ləman Rafiq qızı
Rusiya Federasiyası, Surqut şəhəri
---------
12:28
Hörmətli cənab Prezident!
Bugünkü gün o qədər sevinirik ki, Sizin kimi şəxsiyyətli, müdrik, savadlı rəhbərimiz var. Azərbaycanın haqq səsini dünyaya çatdırır, torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsi üçün mühüm işlər görmüsünüz. Bunun tezliklə bəhrə verəcəyinə inanır, beynəlxalq ictimaiyyəti ədalətə çağırış edirik!
Hörmətlə,
Həbilov Elşad Rza oğlu
Azərbaycan Respublikası, Samux rayonu
x x x
Cənab Ali Baş Komandan.
Vətənimizi qorumaq hər birimizin müqəddəs borcudur. Mən 1992-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm. İkinci qrup əliləm. Amma buna baxmayaraq, yenidən əlimə silah götürüb cəbhəyə getməyə hazıram.
Möhtərəm Prezident, mən Sizin düşünülmüş və uzaqgörən siyasətinizi dəstəkləyirəm və daim yanınızdayam. Yaşasın Ali Baş Komandan, yaşasın Azərbaycan!
Hörmətlə,
Zöhrabov Fuad Abbas oğlu.
Azərbaycan Respublikası, Beyləqan rayonu
x x x
Cənab Ali Baş Komandan İlham Əliyev.
Biz saatlılılar Sizin siyasətinizi daim dəstəkləyirik. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu son günlər cəbhədə erməni işğalçılarına sarsıdıcı zərbələr endirir. Bizim nə qədər güclü Ordumuz olduğunu ermənilər artıq dərk və etiraf edirlər. Gün o gün olsun ki, Azərbaycan bayrağı Şuşada dalğalansın. Allah Sizə kömək olsun.
Hörmətlə,
Quliyev Abuzər Novruz oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qaracalar kəndi
x x x
Azərbaycanımın əziz Prezidenti,
Əvvəlcə sizi çox istədiyimi demək istəyirəm. Mən azərbaycanlı olduğum üçün fəxr edirəm. Sizinlə qürur duyuram. Sizin üçün çoxlu dualar edirəm.
Son günlər cəbhədə erməni təxribatı nəticəsində düşmənə sarsıdıcı zərbələr vuruldu, şəhidlərimiz də oldu. Allah şəhidlərimizə rəhmət eləsin.
Mənim iki məktəbli oğlum var, sizi çox istəyirlər. Hər çıxışınızı izləyirlər. Bu məktubu onların istəyi ilə yazıram. Sizi çox sevdiyimizi bilməyinizi istəyirik. Allaha əmanət olun. İnşallah, Allah bu çətin yolda Sizin yardımçınız olar.
Hörmətlə,
Ağamirova Afaq Meybulla qızı
Azərbaycan Respublikası, Astara rayonu, Təngərüd kəndi
x x x
Hörmətli cənab Prezidentim.
Biz bir millət, iki dövlətik. Azərbaycanlı qardaşlarıma hücum etmək bizə hücum etmək deməkdir. Qardaşlarımızın dərdinə biz də şərikik. Bizim keçmişimiz də, gələcəyimiz də birdir. Bütün dualarımız Sizinlədir. Düşmənlərimiz Azərbaycanın tək olmadığını birdəfəlik dərk etməlidir. Biz nə bir qarış torpağımızın itirilməsinə, nə də qardaşlarımızın qanının tökülməsinə göz yuma bilmərik. Təkcə Ermənistan yox, bütün dünya gəlsə, türk olaraq can Azərbaycanın yanında olacağıq. Buna hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
Barış Halimə Zəki qızı.
Türkiyə Respublikası, İstanbul şəhəri
x x x
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Ermənilərin cəbhəboyu ərazilərdə törətdiyi təxribatlar bütün xalqımız kimi məni də hiddətləndirirdi. Son günlər Milli Ordumuzun bu təxribatların qarşısını qətiyyətlə alması isə məni çox sevindirdi. Düşünürəm ki, düşmən layiqli cavabını aldı. İndi mənfur düşmən Azərbaycan Ordusunun gücünə bələddir.
Cənab Ali Baş Komandan, mən də bir Azərbaycan vətəndaşı kimi Ordumuzda xidmət etməyi özümə borc bilirəm. Vətənim üçün son damla qanıma qədər vuruşmağa hazıram. Allah Sizi və Ordumuzu qorusun.
Hörmətlə,
İsmayılov Anar Əhəd oğlu.
Azərbaycan Respublikası, Qusar rayonu, Balaqusar kəndi
x x x
Hörmətli cənab Prezident.
İlk növbədə, Ordumuzun cəbhədə qazandığı uğur münasibətilə Sizi təbrik edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Sizə və xalqımıza dərin hüznlə başsağlığı veririk.
Cəbhədə baş verən son hadisələrlə bağlı onu demək istəyirik ki, mən və dostlarım Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşməyə hər an hazırıq. Bunun üçün Sizin əmrinizi gözləyirik.
Hörmətlə,
İsmayıllı İbrahimxəlil Məhəmmədəli oğlu.
Ukrayna, Dnepropetrovsk şəhəri
x x x
Möhtərəm Ali Baş Komandan,
Mən zabit kimi Fövqəladə Hallar Nazirliyində xidmət edirəm. Vətənim uğrunda döyüşməyə, canımı qurban verməyə hazıram. Sizdən bir zabit kimi xahiş edirəm ki, ön cəbhədə vuruşmağım üçün müvafiq göstəriş verəsiniz.
Hörmətlə,
Abdullayev Elşən Firudin oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri
x x x
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Rəhbərliyiniz altında, uğurlu siyasətiniz sayəsində müstəqil ölkəmizdə yaşayan bir gənc kimi bu günlərdə cəbhədə qazandığımız qələbə münasibətilə başda Siz olmaqla, bütün xalqımızı təbrik edirəm!
Möhtərəm Prezident, bütün varlığımla, qanımla, canımla Vətənimi qorumağa hər an hazıram və əmrinizi gözləyirəm. Hərbi xidmətimi 2012-2013-cü illərdə Xocavənd rayonunda etmişəm və bu gün də içimdəki böyük qələbə sevinci və qalib gəlmək əzmi ilə yenidən Qarabağa döyüşə getməyə tam hazıram! Cənab Ali Baş Komandan, Allahın izni ilə qələbə sevincini Sizə, ailəmə və xalqımıza bəxş etmək üçün canımdan da keçməyi özümə ən şərəfli vəzifə bilirəm.
Cənab Prezident, bütün Azərbaycan gəncləri döyüşə tam hazırdır və əmrinizi gözləyirik.
Hörmətlə,
Heydərli Ehtiram Etibar oğlu
Azərbaycan Respublikası, Siyəzən rayonu
x x x
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik və Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə inanırıq. Əsgərlərimizlə birlikdə cəbhədə gedən döyüşlərdə könüllü iştirak etməyə hazıram. Bunun üçün Sizin əmrinizi səbirsizliklə gözləyirəm. Sizə uğurlar arzulayıram.
Hörmətlə,
Quliyev Məhəmməd Aqil oğlu.
Azərbaycan Respublikası, Zəngilan rayonu, Havalı kəndi
--------------------
06.04.2016
21:39
Qardaş və doğma Azərbaycanın Ali Baş Komandanı hörmətli Prezident İlham Əliyev.
Azərbaycanın əzəli torpağı olan Qarabağda göstərdiyiniz qəhrəmanlığa görə bir türk olaraq, qürur hissi keçirdim. Qorxaq və işğalçı ermənilərə qarşı qazandığınız zəfər bizim də qələbəmizdir. Tanrı Azərbaycanı qorusun. Şəhid qardaşlarımızın qanı yerdə qalmadı. Allah şəhidlərimizdən, əsgərlərimizdən, Azərbaycan xalqından, bu zəfərin əmrini verən Sizdən razı olsun.
Mən siyasi, hərbi və logistika məsələləri ilə məşğulam. Hörmətli Prezident, bilin ki, ürəyi Azərbaycan ilə bir döyünən Türkiyə vətəndaşı olaraq, hər zaman əmrinizdəyəm.
Hörmətlə,
Değerli Mustafa Güray Yaşar oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri
X X X
Möhtərəm cənab Prezident!
Son günlər cəbhədə baş verənlərdən hamı kimi mən də narahat oldum. Gürcüstanda yaşasam da ölkəmizdəki hadisələri diqqətlə izləyirəm. Əsgərlərimizin şücaəti və ələ keçirdikləri ərazilər barıədə eşidəndə qürurlandım. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm.
Möhtərəm Prezident, mən də könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək istəyirəm. Səfərbərliklə bağlı əmrinizi səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Əliyev Camal Xanəhməd oğlu.
Gürcüstan, Marneuli.
X X X
Hörmətli cənab Prezident.
Ölkənizin ərazi bütövlüyü uğrunda haqlı mübarizənizdə Sizə və qardaş Azərbaycan xalqına qələbələr arzulayıram. Türkiyə vətəndaşları kimi, mən də Sizinlə qürur duyuram. Azərbaycanlı qardaşlarımı çox sevirəm. Allah köməyiniz olsun.
Hörmətlə,
Adem İbalı
Türkiyə Respublikası, İzmir şəhəri
X X X
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin həyata keçirdiyiniz uğurlu daxili və xarici siyasəti bəyənir və dəstəkləyirəm. Ölkəmizin gündən-günə artan nüfuzu, qazandığı nailiyyətlər bizi sevindirir. Ordu quruculuğu sahəsindəki islahatlarınız da öz bəhrəsini verməkdədir. Cəbhədə düşmən təxribatının qarşısının layiqincə alınması bunun bariz nümunəsidir.
Cənab Ali Baş Komandan, mən də bir azərbaycanlı kimi daim cəbhəyə yollanmağa, Sizin bütün əmrlərinizi yerinə yetirməyə hazıram. Ulu Tanrı Sizi qorusun.
Hörmətlə,
İsrafilov İsgəndər Babasən oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
X X X
Salam hörmətli cənab Prezident.
Dağlıq Qarabağda vəziyyətlə əlaqədar Milli Ordunun əsgəri olmağa namizədliyimi təklif etmək istərdim. Yaşımın az olmasına baxmayaraq Vətənimə kömək etmək istəyirəm. Doğma Vətənim uğrunda döyüşməyə hazıram. Razılıq versəniz doğmalarımla çiyin-çiyinə döyüşməyə şad olaram. Atam tankçıdır. O da böyük məmnuniyyətlə Vətəni uğrunda döyüşəcək.
Hörmətlə,
Eyvazov Əsəd Əsəd oğlu
Rusiya Federasiyası, Moskva vilayəti
X X X
Hörmətli cənab Prezident İlham Əliyev.
Vətənin müdafiəsi kimi ali dəyərlər uğrunda apardığınız haqlı mübarizənizi illərdir yaxından izləyir və azərbaycanlı qardaşlarımı fəal dəstəkləyirik. Son bir neçə gün ərzində cəbhə xəttində həlak olmuş şəhidlərimizlə əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm. Bu itkilər sizin qədər məni də çox kədərləndirir. Sizlərə olan sevgimi, hörmətimi, dəstəyimi bu məktubu yazaraq ifadə etmək istəyirəm.
Əlbəttə ki, biz qardaşıq və bir qardaşın canı yananda digərinin bundan kədərlənməməsi mümkün deyil. Azərbaycanın böyük və güclü dövlət olduğunu bilirəm. Lazım gəlsə, Azərbaycan əsgərləri ilə çiyin-çiyinə ermənilərə qarşı mübarizə aparmaqdan böyük xoşbəxtlik və şərəf duyacağımı bildirmək istəyirəm. Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sevgi, hörmət və salamlarımı çatdırıram.
Hörmətlə,
Hatip Əkrəm Emin oğlu
Bolqarıstan Respublikası, Eski Zağra şəhəri
X X X
Salam hörmətli Prezident.
Rusiya vətəndaşı olsam da, 1997-ci ildən burada yaşasam da Vətənimlə, düşmən qarşısında dərhal birləşən, Ali Baş Komandanın əmri ilə döyüşə atılmağa hazır olan xalqımla bir azərbaycanlı kimi qürur duyuram. Qətiyyətinizə görə Sizə, birləşdiyinə görə xalqıma, əzəli Azərbaycan torpaqları uğrunda döyüşlərdə göstərdikləri rəşadət və mərdliyə görə igid əsgər və zabitlərimizə minnətdarlığımı bildirmək istəyirəm. Bəli, xalqımız qardaşlarını, oğullarını və atalarını itirdi. Amma onlar əbəs yerə şəhid olmadılar.
Xalqımızın, dövlətimizin qüdrəti və birliyi düşmənə, işğalçıya layiqincə nümayiş etdirildi. Üstəlik, dünya da gördü ki, Azərbaycan xalqı təkcə xeyirxah, qonaqpərvər və tolerant deyil, həm də məğrur, cəsur, güclü və mütəşəkkil xalqdır, torpaqlarını, Vətənini, tarixini qorumağa və onların uğrunda canından keçməyə hazırdır.
Cənab Ali Baş Komandan, bu gün bütün Azərbaycan xalqı, dünyadakı 50 milyondan çox azərbaycanlı, o cümlədən mən Sizinlə həmrəyik, Sizin yanınızda möhkəm dayanmışıq və əmrinizlə döyüşə atılmağa hazırıq.
Hörmətlə,
Quliyev Fuad Rafiq oğlu
Rusiya Federasiyası, Moskva şəhəri
X X X
Çox hörmətli Prezident İlham Əliyev.
Mən İstanbulda yaşayıram. Bir müddət əvvəl Sumqayıtda və Bakıda da yaşamış, Qafqaz Universitetində hazırlıq kursu keçmişəm. Bu müqəddəs Vətənin çörəyini yemiş, suyunu içmiş Türkiyə vətəndaşı olaraq, səmimiyyətlə deyirəm ki, qardaş Azərbaycanın əsgəri kimi, torpaqlarımızın müdafiəsi üçün borcumu yerinə yetirməyə hazıram. Hələ də tələbə olduğumdan hərbi təcrübəm yoxdur. Ancaq əmin ola biləsiniz ki, Nuru Paşanın əsgərləri və yetirmələri hələ də yaşayır. Nə mutlu türkəm deyənə.
Sizə hörmət və ehtiramımı bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Yaşar Furkan İlhan oğlu
Türkiyə Respublikası, Çorum şəhəri
X X X
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Hazırda cəbhədə gedən döyüşlər və Ordumuzun irəliləməsi mənə və bütün xalqımıza qürur hissi yaşadır. Doğma yurdum Kəlbəcərin işğaldan azad ediləcəyi günü səbirsizliklə gözləyirəm. Lakin bu prosesləri kənardan izləmək mənə çox çətindir. Bir Kəlbəcərli olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək mənim üçün böyük şərəfdir. Bütün azərbaycanlı qardaşlarım kimi mən də könüllü olaraq Vətən uğrunda döyüşməyə hazıram, səfərbərlik əmrinizi gözləyirəm.
Hörmətlə,
Məhərrəmov Elin Nizami oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
X X X
Möhtərəm Prezidentim.
Ermənilərə qarşı apardığınız şərəfli mübarizədə hər an yanınızdayıq. Bizim üçün Türkiyə nə qədər əzizdirsə, digər türk dövlətləri, o cümlədən Azərbaycanda da bir o qədər əzizdir. Türkün bayrağının dalğalandığı hər yer Vətənimizdir.
Xain ermənilərə qarşı apardığınız uğurlu əməliyyatlarda bizim də hər an döyüşə hazır olduğumuzu nəzərə almağınızı və lazım gəlsə Azərbaycan Ordusuna çağırmağınızı xahiş edirəm. Cəbhədəki vəziyyətlə bağlı xəbərləri diqqətlə izləyirəm. Allah köməyiniz olsun. Tanrı türkü qorusun və ucaltsın.
Sonsuz ehtiramla,
Karahan Bülent Ensar oğlu
Türkiyə Respublikası, İstanbul şəhəri
X X X
Hörmətli cənab Prezident.
Mən həkim, cərrah olaraq istənilən an ən ağır təmas nöqtələrinə getməyi öz müqəddəs borcum bilirəm. Hesab edirəm ki, peşəsindən və sənətindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətənin çətin günündə öz əməyini əsirgəməyəcəkdir. Bu, düşmən üzərində qələbəmiz üçün ən başlıca amalımızdır.
Hörmətlə,
Seyidov Vaqif Cavad oğlu, tibb elmləri doktoru, professor, Əməkdar Həkim.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.
X X X
Hörmətli cənab Prezident.
Mənim 39 yaşım var. Ağdam rayonunda anadan olmuşam. Xahiş edirəm Ali Baş Komandan kimi bu çətin günlərdə ön cəbhədə döyüşmək üçün mənim ordu sıralarına qatılmağıma kömək edəsiniz. Bir azərbaycanlı kimi, torpağını itirmiş bir vətəndaş kimi ön cəbhədə Sizin başçılığınız altında layiqincə döyüşməyə ozümü qadir hiss edirəm. Biz torpaqlarımız uğrunda gözümüzü qırpmadan şəhid olmağa hazırıq.
Hörmətlə,
Muxtarlı Əli Cahid oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu.
X X X
Çox hörmətli Prezident.
Təbrizdən Sizə salamlar. Başda Siz olmaqla şanlı ordumuzun qazandığı zəfərlər münasibətilə bütün dünyada yaşayan, Azərbaycan üçün ürəyi döyünən soydaşlarımızı təbrik edir, Uca Tanrıdan bu zəfərləri yaratmaq uğrunda şəhid olanlarımıza rəhmət diləyirəm. Hörmətli cənab Prezident, əmin olun ki, bugün burada Sizin böyük bir ordunuz var. Bugün mən, qardaşlarım, dostlarım və on minlərcə azərbaycanlı cismən burda yaşasaqda, ruhumuz və qəlbimiz Sizinlədir. Biz şanlı ordumuza tam güvənirik. 50 milyon azərbaycanlı tam dəstəklə Sizin arxanizdayiq. Biz döyüşə hazırıq, Babəkin sərbazıyıq.
Hörmətlə,
Əhmədoğlu Əlirza Nasir oğlu.
İran İslam Respublikası, Təbriz şəhəri.
X X X
Möhtərəm Prezident.
Son zamanlar respublikamızın hər bir evində kiçik zəfərlər qeyd edilir. Əlbətdə ölkəmizdə baş verən irəliləyişlər zamanla həmişə olub. Amma belə ruhən sevinclər bizə bəxş etdiyinizə görə mən şəxsən öz adımdan Sizə dərin təşəkkürümü bildirirəm. Əgər ehtiyac olarsa, arxa cəbhədə edə biləcəyim bütün işləri görməyə canla başla hazıram. Əzəldən ana-nənələrimizdən belə sözlər bizə miras qalıb. Mən bu gün Sizə demək istəyirəm ki, boyunuza qurban, Allah Sizi qorusun!
Hörmətlə,
Ələsgərova Flora Tofiq qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.