Azərbaycanın Fransada Dostları Assosiyasiyasının bəyanatı

Azərbaycanın Fransada Dostları Assosiyasiyası təssüflə bildirir ki, Ermənistan Respublikasının Fransadakı Səfiri, Azərbaycan Respublikasının Fransadakı Səfiri ilə France24 tele kanalında Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal olunmuş Dağlıq Qarabağ barədə debatdan imtina etmişdir. Bununla, Ermənistan atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüququ və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz  işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini bir daha subut edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31