Avropadan ABŞ-la əlaqələrə zərbə vuracaq addım
8 Aprel 2016 13:27 SiyasətAvropa Birliyi ABŞ və Kanada vətəndaşları üçün viza tətbiqi məsələsinə baxacaq. Faktxeber.com bildirir ki, bu addım Brüssel ilə Vaşinqton arasındaki ticarət razışlaması barədə danışıqlarda ciddi gərginlik yarada bilər. Vaşınqton və Ottava AB-ya daxil olan Rumınya və Bolqarıstan vətəndaşlarından viza tələb edir. Həmçinin ABŞ 2007-ci ildə Xorvatiya və Polşa üçün də viza tətbiq edib. "Görünür, məsələnin siyasi həlli üçün ciddi müzakirələr aparılmalıdır. Həqiqətən də, AB-nin ABŞ və Kanada üçün viza tətbiqi təhlükəsi olduqca yüksəkdir", - AB-dəki mənbə bildirib. ABŞ və Kanada məsələ ilə bağlı hər hansı şərh verməkdən imtina edib.
Qeyd edək ki, AB Kanada və ABŞ üçün viza tətbiqi məsələsinə aprelin 12-sində baxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31