MN: Döyüş meydanında qalmış hərbçilərin meyitlərinin götürülməsi prosesinə başlanılacaq

Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq, qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ATƏT nümayəndələri və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsi planlaşdırılır.Əlavə məlumat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31