İtaliyadan şəhid ailələrinə maddi yardım göndəriləcək

İtalya və ətrafında yaşayan Azərbaycan icmasının mənsubları dünən İtaliya-Azərbaycan Fondunun yaradılması barədə qərara gəliblər. İcma üzvləri hər ay mütəmadi olaraq öz aralarında pul toplayıb Azərbaycana - şəhid ailələrinə göndərəcək.

Milli.Az xəbər verir ki, bunu İtaliyadakı Azərbaycan icmasının üzvlərindən olan Aysel Həmidovabildirib.

A.Həmidova qeyd edib ki, Fond hər kəsin güvəndiyi bir şəxsi Azərbaycanda özünün təmsilçisi təyin edəcək və toplanan pullar ona yollanacacaq: "Həmin şəxs şəhid ailələrimiz Azərbaycanın harasında olursa-olsun, pulları həmin ailələrə çatdıracaq. Şəffaflıq baxımından pulun təhvil verilməsində dair protokol tərtib ediləcək və fotolar çəkilərək mediada və sosial şəbəkələrdə paylaşacaq ki, heç kimdə zərrə qədər də olsun şübhə yeri qalmasın. Düzdür, heç bir maddiyyat şəhid itkisinin yerini doldura bilməz, amma biz düşünürük ki, bu addımımızla Vətənimiz üçün, bizlər üçün müqəddəs yolda canlarını fəda edən Vətən övladlarının geridə qalan ailə üzvləri üçün bəlkə az da olsa, mənəvi bir dəstək olar".

Onun sözlərinə görə, analoji fondların yaradılması üçün Avropanın digər ölkələrində də yaşayan azərbaycanlılara da müraciət ünvanlanacaq: "Fondumuzun adını İtalya-Azərbaycan qoyduq. Biz bu addımı atmaqla düşündük ki, daha sonra İtalya və Avropanın başqa şəhərlərində yaşayan icma üzvlərimizə də müraciət edək ki, eyni addımı onlar da atsınlar və bu kimi fondlar qurararq şəhid və yaralı əsgərlərimizin ailələrinə yardımçı olsunlar. Beləliklə, millətimizə xidmət yolunda həm də xoş olan bir rəqabət mühiti yaratmaq istədik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31