Lavrov: "Azərbaycan nə AİB-in, nə də ki, KTMT-nin üzvüdür, lakin, bu vəziyyətin dəyişəcəyinə ümid edirik"

"Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm".   APA-nın məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov "TASS"a müsahibəsində deyib."Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: "AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa  nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?"  Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm", - deyə Lavrov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31