Almaniyadan Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik PLAN
7 Aprel 2016 17:53 SiyasətAlmaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində təmas xəttində gərginliyin azalması, davamlı sülhün təmin olunması və münaqişənin dinc yolla həllini özündə ehtiva edən 7 maddəlik təkilflər planı təqdim edib. Report bildirir ki, bu haqda Almaniya XİN-dəki mənbə bildirib. Mənbənin sözlərinə görə, XİN hesab edir ki, bölgədəki hazırkı status-kvo risklidir və uznumüddətli deyil. "Almaniyanın xairic işlər naziri ATƏT-in sədri olaraq, bu mürəkkəb vəziyyətdə mümkün vasitələrdən istifadə edərək fəaliyyət göstərəcək", - mənbə vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31