Elmar Məmmədyarov Moskvaya gedir
7 Aprel 2016 17:41 SiyasətBu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək. APA-nın məlumatına görə, o, sabah Moskvada keçiriləcək MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq. Görüşün gündəliyinə MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin müzakirəsi daxildir. Nazirlər MDB-nin 2015-ci il üçün çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının reallaşdırılmasını müzakirə edəcək və 2016-cı il üçün analoji plan təyin edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31