Beş rayonun qaytarılmasının gündəmə gəlməsi istisna deyil

"İndiki mərhələdə işğal altında olan ətraf beş rayonun qaytarılmasının gündəmə gəlməsi istisna deyil və yəqin ki, bu məsələ artıq Rusiya ilə müzakirə obyekti ola bilər". Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Arzu Nağıyev səsləndirib. Bildirib ki, bundan sonra Dağlıq Qarabağ və onun status məsələsinə baxmaq mümkündür: "Qeyd edildiyi kimi bu yeni bir mərhələnin başlanğıcı və gələcəkdə digər rayonlarla da bağlı qərarların yerinə yetirilməsinin təməlini qoyan amil ola bilər". Arzu Nağıyev onu da deyib ki, bu gün əsas məsələ geri qaytarılan mövqelərdə möhkəmlənməkdən ibarət ola bilər: "Bununla da Ermənistan tərəfinə qərarlarımızı diqtə edə bilərik. Belə bir üstünlük şəraitində və keçirilən hərbi əməliyyat nəticəsində Azərbaycan Ordusu Ermənistan hərbi birləşmələri ilə bağlı süni yaratdlqları mifi sındlrdı. Bunu eyni zamanda Dağlıq Qarabağda yaşayan erməni millətindən olan Azərbaycan vətəndaşları da dərk etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31