Azərbaycan İran və Rusiya XİN rəhbərləri ümumi razılığa gəldi

Aprelin 7-də Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Xarici İşlər Nazirliyindən "OLAYLAR"-a daxil olan məlumata görə,  Elmar Məmmədyarov, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında keçirilən görüşün yekununda mətbuat üçün açıqlama verilib. Açıqlamada tərəflər ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək üçtərəfli formatda görüşünün vacibliyini vurğulayıblar. XİN rəhbərləri bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər. Hər üç ölkənin xarici siyasət idarəsinin rəhbəri regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd ediblər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə ediblər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31