Azərbaycan danışıqlar prosesinə üstün tərəf kimi gedir

İnformasiya müharibəsində də qalib gəlməyimiz vacibdir

Rəşadətli Azərbaycan ordusunun dördgünlük aprel müharibəsində əldə etdiyi qələbə bir sıra tarixi əhəmiyyətilə yadda qaldı. Bu şanlı qələbə ölkə vətəndaşlarının vətənpərvərlik fuhunu yüksəltməklə yanaşı, Azərbaycanın beynəlxalq alımdəki mövqeyini bir daha möhkəmlətmiş odu. Məlum olduğu kimi aprelin 2-5 tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində qoşunların təmas xəttində yerləşən işğalçı Ermənistan ordusunun mövqelərinə sarsıdıcı zərbə endirilmiş, düşmən həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilərə məruz qalmış və panik şəkildə geri çəkilməyə məcbur olmuşdur. Azərbaycan Ordusu cəbhədə mühüm hərbi-strateji yüksəklikləri ələ keçirmiş və orada möhkəmlənmişdir. Bununla da Azərbaycan Ordusu qısa müddətdə qarşısına qoyulan strateji missiyanı yerinə yetirmişdir. Nəticədə Azərbaycan Silahlı Qüvvələri haqqında cəmiyyətimizdə olan rəyi daha da möhkəmlətmiş, ona olan inamı artırmışdır. Sabiq millət vəkili Şahlar Ələsgərov bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin bu qələbəsi insanların orduya inamını bird daha artırmış oldu: "Əsgərlərimiz sucaət göstərdi, ordumuz peşəkarlığını ortaya qoydu, cəbhədədəki uğurlar bayram kimi qarşılandı. Atalar başlarını dik tutaraq, şəhid övladlarını Azərbaycan bayrağı altında torpağa tapşırdılar və "təki vətən sağ olsun" sözlərini dil ucu yox, ürəkdən dedilər. Bu səbəbdən də yaşından, cinsindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün təbəqələr dövlətin, ordunun yanında olduğunu göstərərək böyük birlik nümayiş etdirdi". Onun sözlərinə görə, bu müharibə həm də gənclərin vətənpərvərlik ruhunu yüksəltdi, həm də qələbəyə inamını artırdı: "Xüsusi ilə onlar cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İnsanlar yaralanmış əsgərlərə qan vermək ücün səhiyyə ocaqlarına üz tutdular". İndi qətiyyətlə deyə bilərik ki, Azərbaycan ordusunun uğurları qoşunların təmas xəttində balansı bizim xeyrimizə dəyişib. Artıq nəinki ruh düşkünlüyü yaranmış erməni hərbçiləri, hətta mənəvi sarsıntılara məruz qalmış ətraf ərazidə məskunlaşmış ermənilər də kəndləri boşaldırlar. Qeyd edilməlidir ki, Azərbaycan Ordusunun strateji yüksəklikləri ələ keçirməsi həm də sərhədyanı zonada, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrimizi ermənilərin illərdən bəri davam etdirdiyi təxribatdan qurtarıb. Artıq dinc əhali təhlükəsiz şəraitdə gündəlik fəaliyyıti ilə məşğul ola bilər. Qeyd etmək yerinə düşər ki, mövcud reallıq Azərbaycanla bağlı formalaşmış stereotipləri tam dağıtmışdır. Hazırda Azərbaycan vətəndaşı özünü məğlub ölkənin vətəndaşı hesab etmir, əksinə, onda qalibiyyət əhval-ruhiyyəsi formalaşmışdır. Həm ölkə daxilində, həm də xarici aləmdə qəti əminlik yaranmışdır ki, Azərbaycan Ordusu istənilən vaxt onun qarşısına qoyulan vəzifələri tam yerinə yetirmək və torpaqları azad etmək iqtidarındadır. Etiraf edək ki, bu 4 günlük müharibə həm də kimin kim olduğunu göstərdi. Dostla düşməni ayırmağa imkan verdi. Azərbaycanın haqq işini müdafiə edən dövlətlər öz münasibətlərini açıq şəkildə Azərbaycan Prezidentinə bildirdi. Türkiyyə, Pakistan, Türkmənstan, Belarusiya və dıgər dövlətlər Azərbaycanın yanında olduqlarını açıq mətinlə bəyan etdilər. Düşmənlə iş birliyində olanlar isə təbii susdular. Elə münaqişənin dinc yolla həlli məqsədilə yaradılmış ATƏT-in Minsk qrupu da öz ampulasında qaldı. Yenə də öz missiyası qarşısında aciz qalaraq problemin həlli vəzifədini tərəflərin üzərinə qoydu.Sirr deyil ki, yarandığı andan bu vaxta qədər ATƏT-in Minsk qrupu danışıq naminə danışıqlar təşkil edir, bütün məsuliyyəti tərəflərin üzərinə qoyur, işğalçı Ermənistana qarşı heç bir məcburetmə tədbirləri görmür. İndi isə həm Azərbaycana danışıqlar prosesinin intensivləşdirilməsi ilə bağlı beynəlxalq vasitəçilərdən müraciətlər artır, həm də Ermənistan konstruktiv dialoqa dəvət olunur. Deməli, baş verən hadisələrdə Azərbaycanın nümayiş etdirdiyi mövqe nəticəsində ATƏT MQ, beynəlxalq ələm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, burada intensiv atışmalar hər gün müşahidə olunur, insanlar ölür. Bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq deyilir. Hazırkı şərait belədir ki, artıq Azərbaycan məğlub, Ermənistan isə qalib tərəf kimi qəbul olunmur, ATƏT MQ isə danışıqlar prosesini uzatmaq fikrindən daşınmışdır. Millət vəkili Elman Məmmədov hesab edir ki, ATƏT-in Minsk Qrupu məsələ ilə bağlı ədalətli mövqeyini ortaya qoyaraq Qarabağda yerləşdirilən terrorçuların bütün dünyaya təhlükə olduğunu bəyan etməlidirlər: "Bu gün İşğal edilmiş Azərbaycan ərazilərində terrorçular məskunlaşıb. Terror yalnız Azərbaycana deyil, bütün dünyaya təhlükədir. Azərbaycan beynəlxalq səviyyədə terrorçulara qarşı aparılan bütün əməliyyatlarda yaxından iştirak edib. İndi onlar bizə dəstək verməlidirlər ki, bizim Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə toplaşan terrorçuları zərərsizləşdirək". Millət vəkili Məlahət İbrahimqızı vurğulayıb ki, həmsədrlər münaqişəni dondurulmuş adlandırırdılar, lakin onlar anlamırdılar ki, dondurulmuş münaqişə hər an əriyib elə selə dönər ki, onun qarşısını almaq da mümkün olmaz: "Aprelin 1-dən 2-nə keçən gecə ermənilərin Azərbaycanın mülki əhalisinə qarşı növbəti dəfə təxribat cəhdi bir daha onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinə heç zaman dondurulmuş münaqişə kimi baxmaq olmaz. Baş verənlər nümayiş etdirdi ki, Azərbaycan ordusu hər zaman Ali Baş Komandanın əmrinə hazırdır və ən qısa zamanda torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü təmin edə bilər. Əlbəttə, Azərbaycan xalqı müharibə istəmir, dövlətimizin başçısı 20 ildən artıqdır ki, bu problemin sülh yolu ilə həllinə çalışır. Son günlər əldə etdiyimiz nailiyyətlər şəhidlərimizin qanı bahasına başa gəldi".

Siyasi ekspetlər isə hesab edirlər ki, Azərbaycanın kifayət qədər üstün mövqeyi olduğu bir şəraitdə cəmiyyətdə müharibə çağırışları, hərbi ritorika ölkəmizin əleyhinə işləyəbilər. Bu vəziyyət davam edən danışıqlar prosesinə maneçilik törədir. Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi isə bir sıra mənfi fəsadlarla nəticələnə bilərdi. Ekspertlərin qənaətincə, uzunmüddətli müharibənin davam etdirilməsi nəticəsində Azərbaycana qarşı beynəlxalq ictimai rəyin dəyişməsi gözlənilən idi. Elə beynəlxalq təşkilatların atəşkəs rejiminə əməl edilməsi barədə qətiyyətli çağırışları bi fikri bir daha təsdiq edir. Əks halda ölkəmiz beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin qınaq hədəfinə çevrilə bilərdi. Azərbaycana qarşı sanksiyalar tətbiq olunardı və məcburetmə tədbirləri həyata keçirilərdi. Nəticədə Azərbaycan beynəlxalq arenada təklənərdi. Ermənistana isə beynəlxalq miqyasda kömək göstərilərdi Artıq biz beynəlxalq praktikada belə halların şahidi olmuşuq. Azərbaycan birtərəfli qaydada atəşkəsi dayandırmaq barədə qərar qəbul etməklə ölkəmizin müharibənin tərəfdarı deyil, yalnız ermənilərin təxribatlarına qətiyyətli cavab verdiyini beynəlxalq aləmə çatdırdı. Onu da qeyd edək ki, hazırda beynəlxalq aləmdə Azərbaycanın nüfuzu daha da artmış, mövqeyi möhkəmlənmişdir. Azərbaycan Prezidentinə xaricdən olan müraciətlər, Azərbaycana dəstək bəyanatları bunu bir daha təsdiq edir. Bu vəziyyətdə Azərbaycan danışıqlar prosesinə də üstün tərəf kimi gedir və bunun məntiqi nəticəsi də tam realdır. Sadalanan faktlar deməyə əsas verir ki, hazırda cəmiyyətdə olan yüksək əhval-ruhiyyədən irəli gələn çağırışlar ziyanlı hal kimi davam etdirilə bilməz. Cəmiyyət artıq bu əhval-ruhiyəni dəyişərək bütün mümkün vasitələrdən istifadə etməklə ermənilərə qarşı informasiya müharibəsini gücləndirilməlidir. Necə ki, erməni gəncləri və diasporası beynəlxalq alımdə bu istiqamətdə fəaliyyətini artırıb, Azərbaycan tərəfi də bu işdə aktiv olmalıdır. Necə deyərlər silah savaşı informasiya savaşına çevrilməlidir.


Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31