Ermənilər yeganə millətdir ki, Qafqaza adaptasya oluna bilmədilər

Onlar bölgədən köçüb getməyə məhkumdurlar

Aprel ayının ilk günlərindən başlayaraq ermənilərin cəbhə xəttində yeni bir təxribata əl atması və nəticə etibarilə Qarabağ uğrunda savaşın yeni bir mərhələyə qədəm qoyması nə qədər təəssüfedici olsa da, son proseslər Azərbaycan xalqı, dövləti üçün bir o qədər də qürurverici oldu. Belə ki, ermənilərin təxribat xarakterli hücum cəhdlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin əks hücuma keçməsi və uzun illərdən bəri erməni işğalı altında olan bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi Azərbaycan Ordusunun gücünü, potensialını ortaya qoymuş oldu. Qısa müddət ərzində Azərbaycan Ordusu tərəfindən sarsıdıcı cavab zərbələri alan ermənilər atəşkəs təklifi ilə çıxış etdi. Bununla işğalçı ölkə təkcə statistik rəqəmlər deyil, real həyatda da Azərbaycan qarşısında gücsüz, aciz olduğunu bir daha nümayiş etdirdi. Heç şübhəsiz ki, Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi nailiyyətlər Azərbaycan xalqı, onun müxtəlif təbəqələrini təmsil edən ayrı-ayrı peşə, sənət sahibləri, ictimai-siyasi təşkilat və qurumlar tərəfindən də alqışlanır, təqdir olunur. İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı deyir ki, Allahın köməkliyi ilə ordumuzun Qarabağ döyüşlərində qazandıqları uğurlar ruhumuzda qürur, özünə inam, sevinc və qələbəlik gətirdi. O, bildirib ki, bu müharibəni millət uddu: "Millətin ruhu, silahdan istifadə və ruh yüksəkliyi hər kəsi sevindirdi. Yaddan çıxarmayaq ki, Allahın razılığı, dinimizin bərəkəti və milli ruhiyyə olmasaydı, əsgər və zabitlərimiz yüksək əhvali-ruhiyyə ilə şücaət göstərib, yüksək nailiyyətlər əldə edə bilməzdi. Allah aramızdan say-seçmə oğullarımızı şəhidlik zirvəsinə ucaltdı. Sevindirici hallardan biri də o idi ki, bu arada meydanda və televizyalarda sönük tanınmış məhşurlar əvəzinə, işıqlı-nurlu və milli ruhiyyəmizi oxşayan insanlarımız çağırışlar etməklə vətəndaşlarımızda yüksək əhval- ruhiyyə yarada bildilər". Hacı Tahir Abbaslı onu da qeyd edib ki, cərəyan edən proseslər fonunda bəzi neqativ qüvvələrin yanlış baxışlarına və təfəkkürlərinə də rast gəlindi: "Bütün cəbhələrədə (ön və arxa) basqı altında olsaq da, qazanılan mümkün qələbə, milli əhval ruhiyyəmizdə önəmli rol oynadı və şərəfli tarix yazdı. İndi bütün um-küsləri kənara qoyub, ümummilli maraqları başımızın üstündə tutub, gələcək qələbələrə nail olmalıyıq. Bu gün dost, qardaş, və əzizi itirmək vaxtı deyil. Düzdür cəmiyyətimizdə narahat insanlarımız da var. Bu bizi narahat etməməlidi. "Beş barmağın hamısı eyni deyil "məsəli bizlər üçün təsəlli kimi olmalıdır". AİDP sədri bildirib ki, ermənilər bölgədən köçüb getməyə məhkumdurlar: "Xüsusən son əsrdə onların əsl simaları açıldığından regionda qalmağa üzləri qalmayıb. Çünki ermənilər yeganə millətdir ki, Qafqaza adaptasya oluna bilmədilər. Bu onların xarakter və xususiyyətləri ilə bağlıdır. Zahirdə özlərini məzlum, yazıq kimi göstərsələr də, batildə yırtıcılıq gizlənmişdi. Hədəfə çatmaq üçün insanlıq dəyərlərini itirmək, lazım gələrsə belə onu tapdalamağa hazır cəmiyyətdir. Regionda güc ölkələrinin hesabına Azərbaycanın torpaqlarından alınaraq Ermənistan dövləti yaradılsa da, millət və dövlət kimi müstəqil idarə etmə sistemi yaratmaq qabiliyyətləri olmadı. Zorakılıq, nahaqdan qan tökmək, qətliam terror yolu ilə bölgədə xüsusən Türkiyə və Azərbaycanın arasına arxadan bıçaq vırmaq rolunu oynayan terrorçu dövlət yaradıldı ki, sonda torpaqlarımızın işğalı ilə nəticələndi. Bu cür dövlətin yaradılması dünya üçün bir pis nümunə oldu". Partiya sədri deyir ki, Rusiya və Avropa ölkələrinin siyasi maraqlarına uyğun olaraq müsəlman ölkələrini, xüsusən Türkiyə və Azərbaycan dövlətlərini taqətsiz hala salmaq, ağıllı siyasi gedişlərin qanlı-qadalı, insanların doğma ocaqlarından qaçqın və didərgin düşməsi, günahsız dinc əhalinin ölümləri kimi addımlar atıldı.. Yaranmış Ermənistan dövləti ASALA erməni terrorçularının vətəni oldu. Dünyanın hər yerində xüsusən keçmiş SSRİ-də törətdikləri qanlı cinayətlər, onların nə qədər amansız və imansız olduqlarının sübutudur". Hacı Tahir Abbaslı hesab edir ki, Rusiya və Avropanın güc ölkələri isə bu gün də müsəlman dünyasına qarşı apardıqları yanlış siyasətlərinin qurbanı olmaqdadırlar: "Müsəlman ölkələrini zəiflədərək zərərsizləşdirmək məqsədi ilə terrorçulardan silah kimi istifadə bu gün də davam edir. Türk dünyasının yaxınlaşması və vəhdətləşməsinə mane ola biləcək xristian radikal dini cərəyan, terror dövlətinin yaranmasında mühüm əhəmiyyətli rol oynadı. Vəhabilik cərəyanı da elə süni yaradılmış yanlış dini təfəkkürdən qaynaqlanır və hədəf, məqsədləri eynidir. Allah bəşəri belə üzdəniraq yanlış dini cərayanların şərindən qorusun". Ermənistan prezidenti Serj Sərkisyanın Almaniyaya səfərinə də toxunan Tahir Abbaslı deyib ki, işğalçı ölkənin dövlət başçısı yenə də öz ampluasındadır: " Almaniyanın kansleri Anqela Merkellə görüşdə Ermənistan prezidenti yenə də yalan danışdı. İşğalçı ölkənin dövlət başçısı iddia edib ki, guya Qrabağda əlahiddə bir xalq yaşayır və məqsədləri də onları qorumaqdır: "Soruşmaq lazımdır. Tutaq ki, ermənilər lap qədim, 5 min il tarixi olan millətlərdəndir, Yaxud ərazisi və dövlətçilik tarixləri olub. İndi dünya onları tapıb keçmiş əraziləri onlara verməlidi?".


Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31