Svante Kornell: ABŞ Cənubi Qafqaz regionuna ciddi yanaşmalıdır

ABŞ Cənubi Qafqaz regionuna ciddi yanaşmalıdır. Trend-in məlumatına görə, bu barədə Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu və İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornellin "The Wall Street Journal"ındakı məqaləsində deyilir. O hesab edir ki, əgər ABŞ Qafqazda irimiqyaslı müharibə istəmirsə, Azərbaycan və Ermənistanın danışıqlara cəlb edilməsi üzrə ciddi diplomatik təşəbbüsdə lider rol oynamalıdır: "Bu o zaman baş verə bilər ki, ABŞ Cənubi Qafqazdakı münaqişənin Ukraynadan tutmuş Suriyayadək uzun münaqişə cərgəsinin bir hissəsi olduğunu tanısın. Bundan başqa, bu münaqişələrdə ABŞ-ın maraqlarının Rusiyanın maraqları ilə müqayisədə tam əksi olduğunu etiraf etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31