Müdafiə Nazirliyinin rəsmi xəbərləri gürcü KİV-lərinə da yayılır

Azərbaycanın hərbi uğurlarının və əməliyyatların tam obyektiv və operativ şəkildə gürcü mediasında işıqlandırılması üçün Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənclərdən ibarət qrup yaradılıb. Bu barədə "OLAYLAR"-a məlumat verən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin sədri Nərgiz Əliyeva deyib ki, həmin gənclər Azərbaycan Müdafiə Nazirliyinin rəsmi xəbərlərini tərcümə edərək gürcü KİV-lərunə ötürür: "Əsas məqsədimiz, gürcü və xarici mediaya bu hadisələr haqqında dolğun və düzgün xəbərlərin operativ şəkildə çatdırılmasıdır. Bunun üçün də gercü, rus, ingilis dilli gənclərimizi bu işə cəlb edərək maksimum şəkildə çalışırıq ki, həmin xəbərləri KİV-lərdə və sosial mediada paylaşaq".O, həmçinin bildirdi ki, Gürcüstanda yaşayan azərbaycanlı gənclər cəbhədəki son hadisələri yüksək ruh və həyəcanla izləyir, ordumuz, ölkəmiz və millətimizlə qürür duyur: "Bizimlə birlikdə gürcü xalqı da bu hadisələrdə Azərbaycanın ədalətli mövgeyini dəstəkləyərək nəhayət ki, işğal altında qalan Azərbaycan torpaqlarının azad olunması xəbərini səbirsizliklə gözləyir, Xatırladım ki, Gürcüstan da işğalçılıqdan əziyyət çəkir və bizi ən yaxşı anlayan xalqlardan biridir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31