Rusiyada işsizlik səviyyəsi rekord həddə - 2,6%-ə düşüb

2024-cü ilin aprelində Rusiyada qeydə alınmış işsizlik səviyyəsi tarixi minimuma çataraq cəmi 2,6%-ə düşüb. 

Olaylar.az Rosstatın rəsmi saytında dərc olunan məlumatlara əsasən xəbər verir ki, ölkədə 2 milyona yaxın insan işsiz kimi qeydiyyata alınıb.

"2024-cü ilin aprel ayında 15 yaş və daha yuxarı yaşda olan 2 milyon insan (Beynəlxalq Əmək Təşkilatının metodologiyasına uyğun olaraq) işsizlər kateqoriyasına daxil edilib", - departamentin hesabatında deyilir.

2024-cü ilin mart ayında işsizlik səviyyəsi 2,7% idi. Rosstat həmçinin işsiz vətəndaşların kateqoriyaları üzrə dəqiq statistika toplayıb. Belə ki, 2,6%-nin yarıdan çoxunu (52,8%) qadınlar təşkil edir. İşsiz olan iki rusiyalının 0,8 milyonu kənd yerlərində, qalanları isə şəhərlərdə yaşayır. Hazırda işsizlərin orta yaşı 38,5-dir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31