Moskva vilayətində elektrik qatarı yandı
22 May 2024 20:17 RuRusiyanın Moskva vilayətində şəhərətrafı elektrik qatarı yanıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, Solneçnoqorsk ərazisində, Leninqrad istiqamətində, "Povarovo-1" stansiyasının yaxınlığında vaqonlardan biri tüstülənməyə başlayıb.
Dərhal qatar dayandırılıb və sərnişinlər təxliyə edilib. Heç kim xəsarət almayıb.
Xətdə hərəkət müvəqqəti məhdudlaşdırılıb, yanğınsöndürənlər hadisə yerindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31