“Krokus Siti Holl”un yerində nə olacaq? - Qubernator
11 May 2024 19:41 RuMən hələ buna cavab verməyə hazır deyiləm, orada heç bir iş görülmür.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Moskva vilayətinin qubernatoru Andrey Vorobyov "Krokus Siti Holl"un yerində nəyin tikiləcəyi ilə bağlı RİA-nın sualına cavabında deyib.
O bildirib ki, "Krokus Siti Holl"un yerində nə olacağını söyləmək hələ tezdir.
Qeyd edək ki, "Krokus Siti Holl"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə xəsarət alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31