Qələbə paradında Putini qoruyan snayperlərdə bu silah olub - FOTO

Mayın 9-da Moskvada keçirilən Qələbə Paradında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSO) snayperləri "Steyr-Mannlicher SSG 08" tüfəngi ilə görüntülənib.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Hərbi Xəbərçi" Teleqram kanalı məlumat verib.

Məlumatda Qırmızı Meydanda Rusiya prezidenti Putinin təhlükəsizliyini təmin edən snayper cütlüyünə diqqət çəkilib. Atıcının qarşısında bipod üzərində SSG 08 snayper tüfəngi quraşdırılıb.

Avstriyanın "Steyr-Mannlicher" şirkəti tərəfindən hazırlanan silindrli tüfəng ilk dəfə 2008-ci ildə təqdim edilib. Lüləsinin uzunluğu 600 millimetr olan silahın çəkisi 5,7 kiloqramdır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31