“Crocus" hadisəsi ilə bağlı daha bir tacik saxlanıldı
26 Aprel 2024 17:50 Ru"Crocus City Hall"da törədilən terror aktının mümkün iştirakçılardan daha biri həbs olunub.
Olaylar.az APA-ya istinadən bildirir ki, polisin keçirdiyi əməliyyat nəticəsində tutulan şəxs Cumoxon Kurbonovdur. Bununla da istintaqa cəlb olunanların sayı 11 nəfərə çatıb.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda onun həmin hadisədə iştirakı araşdırılır.
Qeyd edək ki, martın 22-də baş vermiş hadisə zamanı 150 nəfərə yaxın insan ölüb, 551-i isə yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31