Lenin məqbərəsi ziyarətçilər üçün bağlanır

Rusiyanın paytaxtı Moskvada Vladimir Leninin məqbərəsi üç həftə ziyarətçilər üçün bağlı olacaq.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

"Dövlət tədbirlərinin hazırlanması və keçirilməsi ilə əlaqədar 2024-cü il aprelin 23-dən mayın 16-dək ziyarətçilərin V.İ.Leninin məqbərəsinə və Kreml divarının yanındakı nekropola daxil olmasına icazə verilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31