“İkiyə bölünmüş DAK heç nəyə nail ola bilməyəcək” - Dünyaxanım Əliyeva
“Təşkilatın parçalanması bizim fəaliyyətimizə ciddi təsir göstərir”
20 İyun 2012 16:19 MüsahibəMüsahibiz DAK Qadınlar Təşkilatının sədri Dünyaxanım Dünyaxanım Əliyevadır
-Dünya xanım, bu gün diaspora sahəsində həyata keçirilən işləri necə qiymətləndirirsiniz?
-Azərbaycan diasporunun tarixinə nəzər salsaq bəlli olur ki, qədim tarixə malik olan diaspora səhəsində ən ciddi uğurlar son illərə qazanılıb. Bu da diaspora sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğının olması nəticəsində baş verib. Hər il dövlət büdcəsindən 10 milyondan artıq vəsaitin diaspora sahəsinə ayrılması da onu göstərir ki, Azərbaycan hökuməti Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə matdırılması, geniş arenada təbliğ olunması üçün ciddi uğurların qazanılmasında maraqlıdır. Bu gün dünyanın müxtəlif regionlarında diaspor təşkilatları fəaliyyət göstərir. 500-dən artıq diaspor təşkilatları həyata keçirdiyi tədbirlər nəticəsində istər Avropada, istər Asiyada, ABŞ-da fəaliyyət göstərən təşkilatlar Xocalı soyqırımı və ümumilikdə Azərbaycan həqiqətlərini təbliğ edirlər. Müşahidə etsək görərik ki, həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyənlərin sayı günbə-gün artır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan diasporu inkişaf edir. Ancaq ümumilikdə götürəndə diaspora səhəsində görülən işlərdə bir sıra çatışmamazlıqlar var. Bu da ondan irəli gəlir ki, bu gün bir sıra diaspor təşkilatı iş görmək əvəzinə özünü reklamla məşğul olur. Kiçik bir tədbir təşkil edib özlərini televiziya, qəzetlərdə reklam edirlər. Ancaq gəlin digər ölkələrinin diaspor təşkilatlarına baxaq. İsrail və digər diaspor təşkilatları işlərini sakit tərzdə aparırlar. Özlərini reklam eləmirlər. Nəticədə daha uğurlu layihələr həyata keçirib istəklərinə nail olurlar. Bax bizdə isə bu qeyd etdiyim çatışmamazlıqlar diasporanın inkişafına müəyyən təsir göstərir. Əgər hər bir diaspor təşkilatı və ya xaricdə yaşayan azərbaycanlılar çox danışmaq əvəzinə əməli işlə məşğul olsalar bizim uğurlar qat-qat artıq olar.
-DAK Qadınlar Şurası kimi sizin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması yönündə fəaliyyyətiniz nədən ibarətdir?
-Bizim vəzifəmiz odur ki, dünyada yaşayan azəri-türk qadınları ilə əlaqə qurub güney yaşayan qadınlarını qoruyaq, bütöv Azərbaycan uğrunda işlər görək. Bu istiqamətdə bir sıra tədbirlərimiz olur. Maddi imkanlar bizə o şəraiti yaratmır ki, xarici səfərlərdə olaq. Ancaq internet resurslarından istifadə edib öz fikirlərimizi xaricdə olan qadınlara çatdıra bilirik.
-Bu gün DAK ikiyə bölunüb. Bu sizin fəaliyyətinizə nə kimi təsir göstərir?
- DAK-ın ikiyə bölünməsi bizim fəaliyyətimiz üçün ciddi təsir göstərir. Mən hər zaman deyirəm ki, kim DAK-ın bütün işlərini həyata keçirə biləcəksə, yəni DAK-ın xarici əməkdaşlığına, qarşıya qoyulan işlərin icrasına töhfə verə biləcəksə o sədr olsun. Ancaq təssüflər ki, bu gün bunu eləmək mümkün deyil. Bilmirəmn bəlkə də DAK-ın belə fəaliyyət göstərməsi kimlərinsə maraqlarına xidmət edir. Ancaq səmimi deyirəm ki, ikiyə bölünmüş DAK heç nəyə nail ola bilməyəcək. Nə qarşıya qoyulan vəzifələrin icrası məsələsində, nə də digər ölkələrdə Azərbaycan həqiqətlərinin çatdırılması məsələsində. Buna görə də, mən DAK-ın birləşməsi arzusundayam. Bu yöndə müəyyən addımlar atılır. Ancaq son anda görürsən ki, müəyyən problem çıxır. Proses müsbət sonluğa çatmamış yarımçıq qalır. Baxın DAK olaraq dünyanın bir çox ölkələrdə nümayəndələrimiz var. Ancaq yetərincə işlər görə bilmirlər çünki bizdə birlik yoxdur. Baxın erməni iş adamları eləcə də yəhudi diasporlarına. Onlarda birlik var. Onlar lazım olanda 1saat ərzində milyonlarla insanı yığıb iş görə bilirlər. Ancaq bizim iş adamları bu yolda kömək etmirlər və biz cox çətinliklər çəkirik. Torpağımız gedib, namusumuz gedib, hələ də ayılmırıq. Bilirik düşmənlərimiz çoxdu. İstər ermənilər, istərsə də farslar türklərdən həmişə qorxublar. Biz bir olub düşmənlərimizi yerində oturtmalıyıq. Bizim başqa yolumuz yoxdu.
-Erməni diasporu sizin fəaliyyətinizə nə kimi təsirlər göstərir?
-Erməni diasporu bizə hec nə edə bilmir. Bizim sapı bizim olan baltalar bizim işlərə mane olurlar. Əlbəttə ki Azərbaycanda 30 min erməni olanda maneçilik edirlər. Bizim mərd qadınlarımız var bu yolda əllərindən gələni edirlər .
Ədil Ədilzadə