Mədəniyyət

“Silva” tamaşasının premyerası keçirilib

12 Yanvar 2017 14:05

Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a  bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.

Ənvər Əblucun yubiley tədbiri keçirildi

12 Yanvar 2017 14:04

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin – Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.

Yanvarın 13 – ü Filarmoniyada

12 Yanvar 2017 12:25

Yanvar ayının 13 – də Azərbaycan Dövlət Filarmoniyasında  Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, skripka ifaçısı Zəhra Quliyevanın 65 illiyinə həsr olunmuş konsert proqramı olacaq. Konsert proqramında Ü.Hacıbəyli adına Azərbaycan  Dövlət Simfonik Orkestrı çıxış edəcək. Orkestrin bədii rəhbəri və dirijoru  Rauf  Abdullayevdi.

“Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verildi

12 Yanvar 2017 12:22

 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Bunu “Olaylar”- a açıqlamasında “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib.

Yanvar ayı Kukla Teatrında

12 Yanvar 2017 12:15

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Olaylar” – a yanvar ayı üçün olan repertuarı təqdim etdi.

Avstraliyalı beynəlxalaq məsləhətçi Milli Kitabxanada

11 Yanvar 2017 18:53

Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.

Filarmoniyada “Muğam gecəsi”

11 Yanvar 2017 16:04

16 yanvar  saat 19:00 Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının Mədəniyyət kanalı birgə layihəsi olan “Muğam gecəsi” adlı ədəbi – bədii, musiqili gecə olacaq.

Kamera və Orqan Musiqisi yanvar ayında

11 Yanvar 2017 12:14

Azərbaycan Dövlət Filarmoniyası Kamera və Orqan Musiqi zalının 2017-ci il yanvar ayı üçün olan repertuarını “Olaylar”a təqdim etdi

Yanvar ayı Filarmoniyada...

11 Yanvar 2017 12:12

Azərbaycan Dövlət Filarmoniyası 2017 – ci il   yanvar ayı üçün olan repertuarını “Olaylar” – a təqdim edib.                

“Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün,sabah”

11 Yanvar 2017 12:10

2017-ci ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyi, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətovaadına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) birgə təşkilatçılığı ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.

Acundan “O Ses Türkiye”dən qovulan azərbaycanlılar haqda AÇIQLAMA

10 Yanvar 2017 16:19

Azərbaycanlı iştirakçıların "O Səs Türkiyə”dən uzaqlaşdırılması mediyada səs-küyə səbəb oldu. Həmin iştirakçılar Zülfü Əsədov, Müşviq Əliyev, Nofəl Aslanov, İlham Nəzərov və Gülşən İbadovadır.

Cəmiyyət bu cür insanlara sevgi ilə yanaşmalıdı...

10 Yanvar 2017 12:19

Ötən gün A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Əlil Qadınlar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən “İcma Teatrı”nın təqdimatı olub.