“Vurğuna vurğun gəlin” hazırlanır...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. Teatrdan “Olaylar” – a bildirilib ki, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
17 Yanvar 2017 11:52 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında növbəti tamaşanın hazırlıqlarına start verilib. Teatrdan "Olaylar" - a bildirilib ki, yeni tamaşa teatrın aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın 70 illik yubileyi münasibətilə hazırlanır.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi "Vurğuna vurğun gəlin" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyevadı.
Məlumat üçün bildirək ki, yeni səhnə əsəri yaxın günlərdə ADGTT-nın kiçik səhnəsində nümayiş etdiriləcək.