Akademik Milli Dram Teatrında “Xəcalət”
Yanvarın 19 – da Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidi. Əsərdə əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və Məzahir Cəlilov canlandıracaqlar.
16 Yanvar 2017 16:49 MədəniyyətYanvarın 19 - da Əməkdar İncəsənət Xadimi Bəhrəm Osmanovun quruluşunda Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun iki hissəli "Xəcalət" dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq. Tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq Artisti Siyavuş Kərimidi. Əsərdə əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və Məzahir Cəlilov canlandıracaqlar.
"Xəcalət" pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdi.
Tamaşa müharibədə çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir. Həmçinin tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.
Tamaşa boyu dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.