Yeddi Gözəl – 820
Ötən gün Xətai Sənət Mərkəzində Dahi Azərbaycan şairi ve mütəffəkkiri Nizami Gəncəvinin "Həft Peykər" Yeddi Gözəl" poemasının qəhrəmanlarının libaslarından ibarət bədii tikmə Dekorativ tətbiqi sənət sərgisi açılıb. Sona Məhərrəmovanın “Olaylar” – a verdiyi məlumata görə sərgi "Yeddi Gözəl" poemasının 820 illiyinı həsr olunur.
17 Yanvar 2017 12:20 MədəniyyətÖtən gün Xətai Sənət Mərkəzində Dahi Azərbaycan şairi ve mütəffəkkiri Nizami Gəncəvinin "Həft Peykər" Yeddi Gözəl" poemasının qəhrəmanlarının libaslarından ibarət bədii tikmə Dekorativ tətbiqi sənət sərgisi açılıb. Sona Məhərrəmovanın "Olaylar" - a verdiyi məlumata görə sərgi "Yeddi Gözəl" poemasının 820 illiyinı həsr olunur.
Dünya ədəbiyyatının günəşi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan "Yeddi Gözəl" poemasının qəhrəmanlarının Bəhram Gur,Fitnə və yeddi gözəllərin (Hindistan,Rum,Xarəzm,Slavyan,Məğrib,Çin və İran) libaslarının poemada əks olunduğu kimi tikilməsi geniş tamaşaçı kütləsinə təqdim edilib. İştirakçılar sərgidə canlı poema qəhrəmanlarını izləyiblər.
Qeyd edək ki, "Yeddi gözəl" adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gerçəkləşib. Böyük Azərbaycan şairinin "Yeddi gözəl" poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək.