Milli Tarix MuzeyindəXVIII əsrə aid tüfəng
Milli Azərbaycan Tarixi Muzeyi öz zəngin fondlarında mühafizə olunan maddi mədəniyyət nümunələrinin bərpa edilərək gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi diqqət ayırır.
16 Yanvar 2017 18:41 MədəniyyətMilli Azərbaycan Tarixi Muzeyi öz zəngin fondlarında mühafizə olunan maddi mədəniyyət nümunələrinin bərpa edilərək gələcək nəsillərə düzgün çatdırılmasına xüsusi diqqət ayırır.
Milli Azərbaycan Tarixi Muzeyi "Olaylar" - a bildirdi ki, xüsusi maraq kəsb edən eksponatlardan biri də 1935-ci ildəmuzeyə hədiyyə olunan XVIIIəsrə aid çaxmaqdaşlı tüfəngdi. Dəməşq poladından hazırlanan tüfəngin üzərində cızma üsulu ilə işlənmiş qızılı nəbati naxışlar da var.
Muzeyin Bərpa laboratoriyası fondlarda mühafizə olunan eksponatların konservasiyası və bərpası işini daim diqqət mərkəzində saxladığından bərpaçı-rəssam T.Nəbiyev qeyd olunan eksponatın bərpasına yüksək peşəkarlıqla yanaşmışdır. Bərpaçı-rəssam tərəfindən kimyəvi üsullarla bərpa olunan eksponat mühafizə edilməsi üçün Silahlar və bayraqlar fonduna təhvil verilmişdi.