Mədəniyyət

Gənc Tamaşaçılarda heftesonu

19 Yanvar 2017 19:01

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.

Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb

19 Yanvar 2017 19:00

Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa vuraraq Təbrizdən vətənə qayıdıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrın bu nüfuzlu festivalda iştirakı çox uğurlu və yaddaqalan olub. “Əminliklə deyə bilərəm ki, bizim bu səfərimiz çox səmərəli və uğurlu oldu. Düşünürəm ki, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil etdik. Mən festivalının açılış mərasimində çıxış etdim. Çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bülüşdüm.

Musiqili Teatrın kollektivi Şəhriyarın məqbərəsini ziyarət edib

19 Yanvar 2017 16:00

Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak edib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirib. Tamaşanın nümayişindən öncə Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi və Azərbaycan nümayəndə heyətinin üzvləri böyük şair, ustad Məhəmmədhüseyn Şəhriyarın məqbərəsini və Təbriz şəhərində yerləşən “Azərbaycan Muzeyi”ni ziyarət ediblər. Daha sonra “Ər və arvad” tamaşası festival iştirakçılarına və Təbrizli tamaşaçılara təqdim edilib. Böyük maraq və rəğbətlə qarşılanan tamaşanın nümayişi anşlaqa səbəb olub və təbrizlilərin xahişi ilə ikinci dəfə nümayiş olunub. Dövlət Musiqili Teatrının üç üzvü festivalın mükafatını qazanıb. Azərbaycan Respublikasının Əməkdar artistləri Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olublar.

Leoni Mergenin “Qarabağ kolleksiyası” Berlində

19 Yanvar 2017 13:14

Ötən gün Almaniyanın paytaxtı Berlin şəhərində “MERSEDESBENZ MODA HƏFTƏSİ” çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyiilə baş tutan tədbirdə Qarabağ mövzusu və irsi diqqət mərkəzində olub. Cəmiyyətdən “Olaylar” – a verilən məlumata görə Berlində yaşayan gənc dizayner Leoni Mergen tərəfindən öz gözəlliyi  ilə ictimaiyyətin diqqətini çəkən yeni “Qarabağ kolleksiyası” podiumda təqdim edilib.

Musiqili Teatrın aktyorları mükafata layiq görülüb

18 Yanvar 2017 18:35

Azərbaycan Dövlət Musiqili Teatrının 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakı uğurla yekunlaşıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Musiqili Teatr dünyanın təqribən 20 ölkəsinin təmsil olunduğu bu nüfuzlu festivalda dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib. Tamaşanın nümayişi anşlaqa səbəb olub. Səhnə əsəri festival iştirakçıları və Təbrizli tamaşaçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Bakı Xoreoqrafiya Akademiyasının tələbələri Opera və Balet Teatrında

18 Yanvar 2017 16:31

Yanvarın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Bakı Xoreoqrafiya Akademiyasının hazırladığı P.İ.Çaykovskinin “Şelkunçik” baletinin premyerası keçirilib.

“Zamanın sorağında”

18 Yanvar 2017 15:27

Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib.

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi

18 Yanvar 2017 15:26

Nizami Kino Mərkəzində 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanları haqqında çəkilmiş sənədli fılmlər nümayiş olunur .

Qalmaqalları məhkəməyə qədər gedib çıxan yerli məşhurlar - SİYAHI

18 Yanvar 2017 15:03

Tanınmış simalar arasında qalmaqal tez-tez yaşanır. Bu davaların bəzisi barışıqla nəticələnsə də, bir çoxu məhkəməylə bitir. Həmkarını polisə şikayət edən tanınmışların siyahısını təqdim edir:

Milli Dram Teatrın səhnəsində premyera

17 Yanvar 2017 18:04

Yanvarın 21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının “Almaz” tamaşasının premyerası keçiriləcək.Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, iki hissəli dramın yeni səhnə redaksiyasının müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdu. Yeni səhnə əsərinin müəllifi xalq artisti Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı xalq artisti Siyavuş Kərimidi.

“İçəri Şəhər” Hindistanın növbəti film festivalında

17 Yanvar 2017 16:24

“İçəri Şəhər” bədii filmi Hindistanın 7-ci “Yaşvant” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 20-26 yanvar tarixlərində Mumbay şəhərində keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. “İçəri Şəhər” filmi hal-hazırda Hindistanda 15-ci “Pune” Beynəlxalq Film Festivalı çərçivəsində nümayiş olunur.

Nizami Abbas – 60

17 Yanvar 2017 13:48

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından“Olaylar” – abildirilibki, Azərbaycanmədəniyyətinin,millikinosənətimizininkişafında özyeriolan, özünəməxsusbaxışı ilə seçilənkinooperator, rejissor, AzərbaycanRespublikasının Əməkdarincəsənətxadimi Nizami Abbasın anadan olmağının 60 illiyi münasibətiilə yubiley tədbiri keçirilib.

Mikayıl Müşfiq anılacaq

17 Yanvar 2017 13:12

Yanvarın 27-də saat 19.00. Azərbaycan Dövlət “Yuğ” Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan “Olaylar” – a  bildirilib ki, “Söz”ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğ”un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış musiqilər ifa olunacaq.

Mahnı Teatrında balet- tamaşa

17 Yanvar 2017 12:27

Yanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Qırmızı papaq” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. Teatrdan “Olaylar” - a verilən məlumata yanvarın 29-da “Şahzadə və Qurbağa” balet-tamaşası da balacaların ixtiyarına veriləcək.