Gənc Tamaşaçılarda heftesonu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
19 Yanvar 2017 19:01 MədəniyyətAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Teatrdan "Olaylar" - a verilən məlumata görə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Mənim ağ göyərçinim" tamaşası 20 yanvar saat 15.00-da "Aytam" uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Yanvar ayının 21-də gündüz saat 12.00 və 14.00-da uşaqlar üçün Ş.Perronun "Çəkməli pişik", axşam saat 19.00-da İ.Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" tamaşaları göstəriləcək.
Yanvarın 22-də gündüz saat 12.00 və 14.00-da A.Şaiqin "Tıq-tıq xanım", axşam saat 19.00-da böyüklər üçün Ə.Haqverdiyevin "Pəri Cadu" tamaşası nümayiş etdiriləcək.
Tamaşaların biletləri mərkəzləşdirilmiş kassalardan və Asan Xidmət Mərkəzlərindən əldə etmək mümkündü.