“Zamanın sorağında”
Yanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş “Zamanın sorağında” (rusca) kitabının təqdimat mərasimi keçirilib.
18 Yanvar 2017 15:27 MədəniyyətYanvarın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevə həsr olunmuş "Zamanın sorağında" (rusca) kitabının təqdimat mərasimi keçirilib.
Tarix İnstitutundan "Olaylar" - a bildirili ki, kitabın müəllifi Ağa Musa Nağıyevin nəvəsi və tədqiqatçısı Dilarə Ağamusa Nağıyevadı. Nəşrin elmi redaktoru isə akademik Arif Həşimovdu.
Təqdimat mərasimini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, Ağa Musa Nağıyev kapitalını ancaq bina tikintisinə deyil, həm də o dövrdə cəhalət girdabında boğulan xalqın maariflənməsinə, onun dünyagörüşünün və ümumi mədəni səviyyəsinin yüksəldilməsi istiqamətinə sərf edib.
Təqdimat mərasimində çıxış edən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Dilarə Cəbrayılova və başqaları Ağa Musa Nağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətindən söz açıblar.
Tədbirdə Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənovun "Ağamusa Nağıyev: Azərbaycanın böyük sənayeçisi", Tarix İnstitutunun aparıcı elmi işçisi Sevinc Mustafayevanın "Məşhur xeyriyyəçi Ağamusa Nağıyev" adlı məruzələri dinlənilib.
Qeryd edək ki, hazırda Ağa Musa Nağıyevin tikdirdiyi "İsmailiyyə" binasında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yerləşir.