Mikayıl Müşfiq anılacaq
Yanvarın 27-də saat 19.00. Azərbaycan Dövlət “Yuğ” Teatrında “Söz” ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan “Olaylar” – a bildirilib ki, “Söz”ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə “Yuğ”un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış musiqilər ifa olunacaq.
17 Yanvar 2017 13:12 MədəniyyətYanvarın 27-də saat 19.00. Azərbaycan Dövlət "Yuğ" Teatrında "Söz" ədəbi layihəsi çərçivəsində növbəti görüş keçiriləcək. Teatrdan "Olaylar" - a bildirilib ki, "Söz"ün budəfəki şeir gecəsi şair Mikayıl Müşfiqə həsr ediləcək. Gecədə "Yuğ"un aktyorlarının ifasında Mikayıl Müşfiqin şeirləri səsləndiriləcək, sözlərinə yazılmış musiqilər ifa olunacaq.
Qeyd edək ki, Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur. Şair Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu) 1908-ci il iyunun 5-də Bakının Xızı kəndində ziyalı ailəsində dünyaya gəlmişdir. Hələ ay yarım olarkən anasını, 6 yaşında isə atasını itirən Mikayıl bacı və qardaşları ilə birlikdə yetim qalmışdı.
Poetik yaradıcılığa 1926-cı ildə Gənc İşçi qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlayan gənc şair müntəzəm olaraq dövri mətbuatda çıxış edir və eyni zamanda bədii tərcümə ilə də ciddi şəkildə məşğul olur. A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə) və M.Y.Lermontovun "Demon" poemalarını (R.Rza ilə birlikdə), Xəyyamın bir çox rübailərini, T.Şevçenkonun şerlərini və başqa şairlərin irsindən nümunələri tərcümə edən Mikayıl Müşfiq M.F.Axundovun A.S.Puşkinin ölümünə yazdığı məşhur "Şərq poeması"nı da azərbaycan dilinə çevirir. M.Müşfiq həbs edilməmişdən əvvəl "Çağlayan" şerlər toplusunu tərtib edib nəşriyyata vermişdir. Buraya şair son illərdəki şe`rləri ilə birlikdə bundan əvvəl yaratmış olduğu ən yaxşı poetik əsərlərini də daxil etmişdi. "Çağlayan" bir növ onun on illik poetik fəaliyyətinin yekun kitabı olacaqdı ki, 1937-ci ildə şair "Xalq düşməni" damğası ilə həbs edilir və 1938-ci il yanvarın 6-də qısaca çəkən məhkəmə iclasında haqqında çıxarılmış ölüm hökmü elə həmin gün icra olunur.