Mahnı Teatrında balet- tamaşa
Yanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Qırmızı papaq” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. Teatrdan “Olaylar” - a verilən məlumata yanvarın 29-da “Şahzadə və Qurbağa” balet-tamaşası da balacaların ixtiyarına veriləcək.
17 Yanvar 2017 12:27 MədəniyyətYanvarın 22-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq. Teatrdan "Olaylar" - a verilən məlumata yanvarın 29-da "Şahzadə və Qurbağa" balet-tamaşası da balacaların ixtiyarına veriləcək.
Qeyd edək ki, hər iki tamaşanın rejissoru Ella Hacıyevadı. Tamaşalar ibrətamiz həyat hadisələrdən və şən musiqi, rəqslərlə zəngindi. "Qırmızı papaq" saat 14:00 - da, " Şahzadə və Qurbağa" isə 14:00 və 17:00 - da təqdim olunacaq.